GERİLƏMƏK

f.
1. Geri çəkilmək.
[Gülsabah:] [Gülər] qorxdu, o qorxaqcasına gerilədi, döndü, qaçdı. C.Cabbarlı.
Mehriban [Zeynalı] elə halda görüncə qorxub gerilədi. S.Hüseyn.

2. məc. İnkişafdan qalmaq, qabağa getməmək, geri qalmaq, tənəzzül etmək.
3. məc. Sözündən dönmək, sözünü danmaq, dediyini yerinə yetirməmək, vədindən qaçmaq.
[Namaz:] Zalxa, get uşaqlara de ki, dəxi cəfa çəkməsinlər, Tarverdi gerilədi. M.F.Axundzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GERİLƏMƏK arıqlamaq — zəifləmək
  • GERİLƏMƏK çəkilmək — uzaqlaşmaq

Antonimlər (əks mənalı sözlər)

  • GERİLƏMƏK GERİLƏMƏK – AYAQLAŞMAQ – Bəri gəl, cənab, – deyə qadın təkrar edərkən soldat bir neçə addım da gerilədi, cəld tüfəngini atəşə hazırladı (M
GERİLƏMƏ
GERİLƏTMƏ

Digər lüğətlərdə