GİRVƏNKƏ

is. köhn. 400 qrama bərabər köhnə ağırlıq ölçüsü. İki girvənkə yağ.
[Əsgər bəy:] Girvənkəsi bir manata alınan çay burada manat yarıma göydə gedir… M.F.Axundzadə.
Uşaq on dörd yaşına çatan kimi, gündə ona iki girvənkə xurma verirdilər. C.Məmmədquluzadə.

◊ Girvənkə qıfıl – şəkilcə çəki daşına oxşayan, açılarkən hissələri bir-birindən ayrılan asma qıfıl.
Əjdər qapının birinin üzərindəki asma girvənkə qıfılı açıb … otağa girdi. S.Rəhman.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GİRVƏNKƏ GİRVƏNKƏ (köhn.) (400 qrama bərabər çəki ölçüsü) Tomas bir oturuma beş girvənkə turş alça, üstündən də üç girvənkə qıcqırmış qatıq içərdi (Çəmənzəminl
GİRVƏ
GİRVƏNKƏ-TƏRƏZİ
OBASTAN VİKİ
Girvənkə
Girvənkə— riyaziyyatda əski çağlarda çəkini ölçmək üçün istifadə edilən çəki ölçü vahidi. == Ümumi məlumat == Girvənkə ən çox işlədilən çəki vahidlərindən biridir. Bir girvənkə 400 q-a bərabərdir. Çəkisi 400 q olan çəki daşına da girvənkəlik daş deyilir. Vaxtilə girvənkə daha çox ərzaq ticarətində işlədilmişdir. Girvənkə həm də su ölçü vahidi kimi işlədilmişdir. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh.

Digər lüğətlərdə