GİZLİCƏ

zərf
1. Heç kəs görmədən, gözə görünmədən; xəlvəti. Gizlicə görüşmək. Gizlicə danışmaq.
– Deyirlər tüstüsüz bir şair yanar; Qəlbi öz dərdini ağlar gizlicə; Bəzən gözlərində gəlib dayanar; Sevdiyi çəmənlər, dağlar gizlicə. M.Araz.

2. Heç kəs bilmədən, heç kəsin xəbəri olmadan; məxfi.
Uzaqdan bir kölgə [Səlim və Mehribanı] pusur, gizlicə təqib edirdi. S.Hüseyn.
Bayandır xan … [quldurların] üstünə gizlicə göz qoydurmuşdu. M.Rzaquluzadə.
Mənə gizlicə baxır; Qəzəblə dolu gözlər. B.Vahabzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GİZLİCƏ xəlvətcə
GİZLİ-GİZLİ
GİZLİQOVUŞANLAR

Digər lüğətlərdə