Azərbaycanın görkəmli şəxsiyyətləri
Azərbaycanın görkəmli şəxsiyyətləri — M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından tərtib etdiyi biblioqrafiyalara aiddir. Biblioqrafiya ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı‒biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Biblioqrafiyada ədəbiyyat xronoloji qaydada qruplaşdırılmış, daxildə isə əlifba sırası gözlənilmişdir.
== Tarixi ==
Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci ilin "Nizami Gəncəvi İli" elan edilməsinə dair Sərəncamı çərçivəsində ərsəyə gəlmişdir.
== Biblioqrafiya ==
Kitabda Azərbaycan tarixində müstəsna xidmətləri olan 31 görkəmli və tanınmış şəxsiyyətin həyatı, yaradıcılığı və fəaliyyəti haqqında geniş məlumat verilib. Onların arasında Nizami Gəncəvi, Əfzələddin Xaqani, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Aşıq Ələsgər, Həsən bəy Zərdabi, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Hacı Zeynalabdin Tağıyev, Hüseyn Cavid, Məmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Yusif Vəzir Çəmənzəminli, Mikayıl Müşfiq, Heydər Əliyev, Mir Cəlal Paşayev, Yusif Məmmədəliyev, Səttar Bəhlulzadə, Həzi Aslanov, Niyazi, Kərim Kərimov, Mehdi Hüseynzadə, Qara Qarayev, Lütfi Zadə, Fikrət Əmirov, Ziya Bünyadov, Bəxtiyar Vahabzadə, Xudu Məmmədov, Azad Mirzəcanzadə, Müslüm Maqomayev və başqaları var.
Kitabda həmçinin Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanından və II Dünya müharibəsində Balkan ölkələrinin alman faşizmindən azad edilməsində qəhrəmanlıq göstərmiş, azərbaycanlılardan ibarət 223-cü diviziyanın döyüş yolundan da bəhs edilib.
== İstinadlar ==
== Xarici keçidlər ==
Azərbaycanın görkəmli şəxsiyyətləri ilə bağlı altı məkan
Azərbaycan. Mədəniyyət və turizm, Prezident Kitabxanası
AZƏRBAYCAN QEYRİ-MADDİ MƏDƏNİ İRS NÜMUNƏLƏRİNİN DÖVLƏT REYESTRİ, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Kazimova, Nikki, Azerbaijan - Culture Smart!: The Essential Guide to Customs & Culture, Kuperard., 2011
Vikianbarda Azərbaycan mədəniyyəti ilə əlaqəli mediafayllar var.