HÖNKÜRTÜ

is. Hönkürüb ağlayarkən çıxarılan səs.
Lələ ilə dayənin hönkürtü ilə ağlamalarını görən Kiçikbəyim də özünü saxlaya bilmədi. Çəmənzəminli.
Qapıdan yenicə içəriyə girən Kərimqulunun kal səsi də Əmiraslan babanın hönkürtüsünə qarışdı. S.Rəhimov.

□ Hönkürtü vurmaq (qoparmaq) – hönkürtü ilə, səslə, hıçqıra-hıçqıra ağlamaq.
Uşaq əlini Qaragözün əlindən çəkib, daha ucadan hönkürtü qopararaq ayaqları dolaşa-dolaşa alaçığa getdi. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HÖNKÜRTÜ ağlama — hıçqırtı

Antonimlər (əks mənalı sözlər)

  • HÖNKÜRTÜ HÖNKÜRTÜ – QƏHQƏHƏ Sevincimdən hönkürtü ilə ağladım (M.Talıbov); Hər tərəfdən qəhqəhələr ucaldı (S.S
HÖNKÜRMƏK
HÖNKÜRÜŞMƏ

Digər lüğətlərdə