HÜRKÜTMƏK

f. Hürkməsinə səbəb olmaq; hürkdürmək, ürkütmək, qorxutmaq. Qoyunları hürkütmək.
– …Səs emalatxananın dalında cərgələnmiş sığırçınları hürkütdü. M.Hüseyn.

// Eyni mənada adam haqqında.
[Uşaqları] bu sözlər hürküdürdü. Mir Cəlal.
[Seymur:] Mən onu hürkütmək istəmirdim. H.Seyidbəyli.

◊ Hürkütməsən saymaq (sanamaq) olmaz – çoxuşaqlı ailə haqqında zarafatla işlədilir.
[Ata:] Bizdə elədir ki, hürkütməsən sanamaq olmaz. S.Rəhimov.

Etimologiya

  • HÜRKÜTMƏK Yürükdürmək sözünün dəyişilmiş formasıdır.Hürküt mənbələrdə yürükdür kimi yazılıb. Deməli, “qorxudub qaçırmaq” anlamını verir, yürümək sözünün dəyişmi
HÜRKÜTMƏ
HÜRMƏ

Digər lüğətlərdə