is. [
ər. ]
1. Hər hansı bir səbəbdən doğan daxili təlaş, narahatlıq, təşviş, iztirab.
Qətibənin iztirab və həyəcanı həddindən aşmışdı. M.S.Ordubadi.
Ağca həyəcandan qızarmış, başını aşağı salmışdı. Mir Cəlal.
□ Həyəcan keçirmək – narahat olmaq, təlaş keçirmək, iztirab keçirmək, həyəcanlanmaq.
Çərkəz, dostunun da həyəcan keçirəcəyini, bu xəbəri eşidən kimi əl-ayağa düşəcəyini və onun dərdinə şərik olacağını gözləyirdi. İ.Şıxlı.
Teymur qaranlıqda qızın üzünü görə bilməsə də, onun həyəcan keçirdiyini hiss etdi. H.Seyidbəyli.
□ Həyəcana düşmək (gəlmək) – təşvişə düşmək, narahat olmaq, həyəcanlanmaq, iztiraba düşmək.
Vəliəhdə gəldikdə, gözəl qızın həya tərləri içərisində üzdüyünü görüncə həyəcana düşmüşdü. M.S.Ordubadi.
[Musa kişi] Firidunu görmədikdə həyəcana düşdü. M.İbrahimov.
2. Vəlvələ, çaxnaşma, küy.
[Tərxan:] Bax, nədir o axın, yürüş, həyəcan? A.Şaiq.
3. Təhlükə, təhlükəli vəziyyət, həmin vəziyyəti bildirən siqnal.
Həyəcan siqnalı döyüşçüləri ayağa qaldırdı. Ə.Vəliyev.
4. məc. Dalğalanma, kükrəmə, coşma, tüğyan.
Dənizin həyəcanını sahilin sakitliyi əvəz eləmişdi. B.Bayramov.
5. Həyəcanla şəklində
zərf – həyəcan içində, həyəcanlı surətdə, coşqunluqla. Həyəcanla danışmaq. Həyəcanla oxumaq.
– Sinif qapıları açılır birdən; Çıxır həyəcanla birbir uşaqlar. N.Rəfibəyli.
Günlər həyəcanla ötüşdü bir-bir; Yatmadım bəzən də səhərə qədər. N.Xəzri.