HƏYYULAYİ
HƏZAQƏT
OBASTAN VİKİ
Cinsi həz
Orqazm (q.yun. ὀργασμός, ὀργάω sözündən — coşmaq, şişmək; bəzən seksual klimaks kimi qeyd olunur) — güclü məmnunluq, həzzi hissi ilə xarakterizə olunan cinsi coşqunun kuliminasiya zirvəsi. Kişilər və qadınlar tərəfindən yaşanan orqazmlar məcburi və ya avtonom sinir sistemi tərəfindən idarə olunur. Bunlar ümumiyyətlə bədənin bir çox bölgəsindəki əzələ spazmları, ümumi eyforik hiss və tez-tez bədən hərəkətləri və səsləndirmələr daxil olmaqla qeyri-iradi hərəkətlərlə əlaqələndirilir. İnsanlarda orqazmlar, ümumiyyətlə, kişilərdə penisin (adətən boşalma ilə müşayiət olunur) və qadınlarda klitorun fiziki cinsi stimullaşdırılması ilə nəticələnir.
Cinsi həz hissi

General Həzi Aslanov (1945)
== Məzmun == Xüsusi buraxılışdır. Filmdə Azərbaycan xalqının qəhrəman oğlu Həzi Aslanovun dəfn mərasimi, xalqımızın bu igid sərkərdəyə olan dərin məhəbbət və ehtiramı öz əksini tapmışdır. Filmdə onun cənazəsinin təyyarə limanına gətirilməsi, Bakı Zabitlər Evində şəhər ictimaiyyətinin generalla son dəfə vidalaşması, dağüstü parkda dəfn prosesi, izdihamlı mitinq göstərilmişdir. Kinolentdə Həzi Aslanovun cəbhədə vuruşması anlarını canlandıran xronikadan da istifadə edilmişdir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Rejissor: Niyazi Bədəlov Ssenari müəllifi: Niyazi Bədəlov Operator: Seyfulla Bədəlov, Əlibala Ələkbərov == Mənbə == Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр.
General Həzi Aslanov (film, 1945)

Hafiz Həziyev
Həzar Məscid dağları
Həzar Məscid dağları (fars. رشته‌کوه هزارمسجد‎) — İranda dağ silsiləsi. Kopetdağ silsiləsinin cənub-şərq hissəsini təşkil edir. İranın Rəzəvi Xorasan ostanında, Dərgəzdən təxminən 20 kilometr (12 mil) şərqdə və Məşhəddən 70 kilometr (43 mil) şimalda yerləşir. Dağ silsiləsi ölkənin ucqar şimal-şərq hissəsində yerləşir. Hündürlüyü 3,040 metr olan Həzar Məscid dağı qrupun ən yüksək zirvəsidir və dağ silsiləsinin demək olar ki, mərkəzi hissəsində yerləşir. == Etimologiya == "Həzar Məscid" fars dilindədir və iki sözdən ibarətdir. Bunlar "min" mənasını verən "həzar" və "məscid"dir. Odur ki, . "Həzar Məscid" adı "min dənə məscid" deməkdir.
Həzaracat
Həzaracat. Həzaristan — Əfqanıstanın mərkəzində əsasən həzaraların yaşadığı tarixi ərazi.
Həzaralar
Həzaralar (fars. هزاره‎) — Əfqanıstan əhalisinin 18%-9%-ni təşkil edən, farsdilli Türk-Monqol xalq. Əfqanıstan İslam Respublikasında kompakt halda, az sayda Pakistanda, İranda, Tacikistanda və digər ölkələrdə yaşayırlar. Sayları təxminən 2,913 milyon nəfərdən – 5,828 milyon nəfərə qədərdir. Dinləri islam, məzhəbləri islam dininin şiə məzhəbidir. Həzaraların azlığı Sünni dininə etiqad edir. dari dilində danışırlar. Kabil-Herat-Həzaracat bölgələrində yaşayırlar. Qismən Qəndəhar, Nəngərhar və Bədəxşan bölgələrində də yayılmışlar. == Tayfaları == Şeyxəli Tirələri: əlicam, kəriməli, qara, dövlətbəy, türkmən, parsa, mənsur, şadiuşağı, aşxoca, pəncqavl Besut Tirələri: çoban, abdal, pəhləvan, dövlətbay, qənbərəli, xaliqdad, poladi, mart, paxlun, dehqan, dehmərdəqan, sekpa, demarda, dərbəli, dərviş Dayzəngi Dayzeynət Daykundi Tirələri: dövlətbəy, rövşənbəy, heydərbəy, qauş, barat Qavi Caquri Dayçoban Daymirdad Çura Uruzqan Poladi Daya Zavali Mirodina Sultanəhməd == İstinadlar == == Xarici keçidlər == Encyclopædia Iranica :HAZĀRA iv.
Həzarkəndi (Pərsabad)
Həzarkəndi (fars. ‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 688 nəfər yaşayır (152 ailə).
Həzb-i İslami
Hizbul-İslami (fars. افغانستان اسلامي حز‎).Mənası ərəbcə "İslam partiyası" deməkdir. Əfqanıstandakı kommunizm və SSRİ-Əfqanıstan müharibəsinə görə yaradılıb. İlk lideri Gülbəddin Hikmətyar olub. Partiya 1975-ci ildə yaranıb. Əsasən ölkənin dininin qorunub saxlanılması üçün yaradılsa da, bir çox dövlət tərəfindən "terror qruplaşması" kimi tanınıb. Hizbul-İslami siyasi partiyasının "Hizbul-İslami Xalid", "Hizbul-İslami Gülbəddin" və "Həzbi İslami Xalid Faruki" qolları var.
Həzi Aslanov
Həzi Əhəd oğlu Aslanov (22 yanvar (4 fevral) 1910, Lənkəran, Lənkəran qəzası – 25 yanvar 1945, Priekuli volostu[d], Tsesis qəzası[d]) — sovet-Azərbaycan hərbçisi, general-mayor. 2 dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş yeganə azərbaycanlı. 8-ci çağırış Bakı Sovetinin üzvü olub. 1937-ci ildə Ukrayna SSR-ın Obruç şəhər sovetinin deputatı seçilib. İkinci dünya müharibəsinə qədər, Sovet Ordusunda, vzvod komandiri, tank rotasının komandiri, əlahiddə tank batalyonu məktəbinin rəisi, batalyon komandirinin tədris-atıclıq hissə üzrə köməkçisi, batalyon komandiri, 10-cu tank-mühəndis diviziyası komandirinin texniki hissə üzrə köməkçisi hərbi vəzifələrində çalışıb. 1940-cı ilin noyabrında vaxtından əvvəl mayor rütbəsi verilib. 1941-ci ildə Donbas ətrafında düşmən hücumlarını beş ay dəf etdiyindən və onu ağır tələfata uğratdığından sonra Moskvaya çağırılıb və Krıma 55-ci əlahiddə tank briqadasında, briqada komandirinin müavini vəzifəsinə təyin edilib. == Həyatı == === Uşaqlığı və gəncliyi === Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olub. İbtidai təhsilini Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində alıb. 1923-cü ildə atası Əhəd kişi Kərbəla ziyarətində olarkən həlak olub və orada da dəfn edilib.
Həzi Aslanov (Ağstafada qəsəbə)
Həzi Aslanov — Azərbaycan Respublikasının Ağstafa rayonunun Qarayazı qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Meyvə tingliyi sovxozu yanında salınmışdır. Tank qoşunları qvardiya general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun (1910-45) şərəfinə adlandırılmışdır. Memorial toponimdir. == Təhsil == 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 230 000 manat vəsait ayrılmışdır.
Həzi Aslanov (II)
Həzi Arif oğlu Aslanov (1965, Bakı) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə baş İdarəsinin rəisi, polis general-mayoru == Həyatı == Həzi Aslanov 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1986–1988-ci illərdə SSRI Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət keçmişdir. 1989-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1989-cu ildən Azərbaycan Respublikası Daxili işlər orqanlarında xidmət edir. 1993–2003-cü illərdə Bakı şəhəri Yasamal rayon polis idarəsinin İstintaq şöbəsinin rəisi, 2003–2005-ci illərdə Bakı şəhər Baş Polis İdarəsinin Təşkilati-İnspektor İdarəsinin rəisi vəzifələrində çalışmışdır. 2005-ci ilin sentyabr ayından Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsindədir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2006-cı il tarixli 1546 nömrəli Sərəncam ilə "polis general-mayoru" xüsusi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1 iyun 2008-ci il tarixli 2912 nömrəli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2018-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur. Hüquq elmləri üzrə fəlsəfə doktorudur.
Həzi Aslanov (dəqiqləşdirmə)
Həzi Aslanov — Sovet İttifaqı Qəhrəmanı olmuş azərbaycanlı. Həzi Aslanov (polis) — İnsan Alverinə Qarşı Mübarizə baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov metrostansiyası — Bakıda metrostansiyası. Həzi Aslanov (qəsəbə, Ağstafa) — Ağstafa rayonunun inzibati ərazi vahidində qəsəbə. Həzi Aslanovun heykəli (Bakı, 1949) — Həzi Aslanovun qəbir üstü abidəsi. Həzi Aslanov (qəsəbə, Xətai) — Xətai rayonunda yaşayış massivi.
Həzi Aslanov (polis)
Həzi Arif oğlu Aslanov (1965, Bakı) — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə baş İdarəsinin rəisi, polis general-mayoru == Həyatı == Həzi Aslanov 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1986–1988-ci illərdə SSRI Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmət keçmişdir. 1989-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1989-cu ildən Azərbaycan Respublikası Daxili işlər orqanlarında xidmət edir. 1993–2003-cü illərdə Bakı şəhəri Yasamal rayon polis idarəsinin İstintaq şöbəsinin rəisi, 2003–2005-ci illərdə Bakı şəhər Baş Polis İdarəsinin Təşkilati-İnspektor İdarəsinin rəisi vəzifələrində çalışmışdır. 2005-ci ilin sentyabr ayından Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsindədir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2006-cı il tarixli 1546 nömrəli Sərəncam ilə "polis general-mayoru" xüsusi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1 iyun 2008-ci il tarixli 2912 nömrəli Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2018-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur. Hüquq elmləri üzrə fəlsəfə doktorudur.
Həzi Aslanov (qəsəbə, Ağstafa)
Həzi Aslanov — Azərbaycan Respublikasının Ağstafa rayonunun Qarayazı qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Meyvə tingliyi sovxozu yanında salınmışdır. Tank qoşunları qvardiya general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun (1910-45) şərəfinə adlandırılmışdır. Memorial toponimdir. == Təhsil == 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılmasına 5 aprel 2018-ci il tarixli "Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Tovuz və Şəmkir rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı"na əsasən 230 000 manat vəsait ayrılmışdır.
Həzi Aslanov (qəsəbə, Xətai)
Həzi Aslanov — Bakı şəhərinin Xətai rayonunda qəsəbə. Girişdə Həzi Aslanovun heykəli var.
Həzi Aslanov metrostansiyası
Həzi Aslanov metrostansiyası — Bakı metrosunun Qırmızı xəttinin sonuncu stansiyasıdır. 2002-ci ildə istifadəyə verilmişdir. Bu stansiyaya keçid rolunu oynayacaq olan Məhəmməd Hadi stansiyasının tikintisi hal-hazırda davam edir. Stansiyaya daxil olan qatarlarda "Ay işığında" musiqisindən fraqment səslənir. 12 dekabr 2002-ci ildə istismara verilmişdir. Tikintisi Avropa Birliyi tərəfindən maliyyələşdirilmişdir. == Tarixi == Qırmızı xəttin bu günə qədər istifadəyə verilmiş sonuncu stansiyasıdır. Stansiya Azərbaycan xalqının şanlı oğlu, iki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun adını daşıyır. Stansiya iki dəfə açılış tarixi yaşaması ilə də tarixə düşüb. 2002-ci il dekabrın 10-da ilk sərnişinlərini qəbul edən stansiyanın rəsmi açılış mərasimi 2003-cü ilin iyul ayının 7-də keçirildi.
Həzi Aslanovun Ev-Muzeyi
Həzi Aslanovun ev muzeyi — iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general mayoru, Həzi Aslanovun ev-muzeyi. == Muzey binası == 2 otaqdan ibarət olan muzeyin sahəsi 35 kv/m əhatə edir. Muzeyin binası açıq eyvanlı bir mərtəbəli həyət evidir. Geniş yaşıllıqlı həyətyanı sahəsi vardır. Muzey eksponatlarının ümumi sayı 2012 ədəddir. Xatirə əşyalarından generalın hərbi geyimi, yorğança sırıqlı şalvarı, əl dəsmalı, 2 boşqab,, süfrə, fincan, üzqırxan dəsti, bıçaq, qaşıq, məişət əşyaları, hərbi çanta, çaynik, qəndqabı, yağqabı, stolüstü saat,2 ədəd teleqram 1 ədəd məktub, və s. qorunub saxlanılır. H. Aslanovun ev muzeyi 38 ildir ki, fəaliyyət göstərir. Bu illər ərzində muzeyi 650 mindən artıq tamaşaçı ziyarət etmişdir. Muzeyə dünyanın bir çox yerlərindən Amerika, Norvec, Latviya, Kanada, Fransa, Litva, Bolqarıstan, Rusiya, Polşa, Türkiyyə, Kuba, Ukrayna və s.
Həzi Aslanovun heykəli (Bakı, 1949)
Həzi Aslanovun heykəli — 2 dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş yeganə azərbaycanlı general-mayor Həzi Aslanovun xatirəsinə 1949-cu ildə qoyulmuş qəbir üstü abidə. == Abidənin qoyulması == Abidə 1949-cu ildə Həzi Aslanovun qəbrinin üstündə Dağüstü parkda qoyulmuşdur. Abidəni heykəltaraş Fuad Əbdürəhmanov hazırlamışdır. Abidə 2012-ci ildə əsaslı təmir olunub.
Həzi Həsənli
Həzi Həsənov
Həzi Həsənov - Laçın rayonunun sosial-iqtisadi həyatının fəal iştirakçısı, İkinci dünya müharibəsi iştirakçısı, kapitan. == Həyatı == Həsənov Həzi Cəfər oğlu 1913-cü ildə Laçın rayonunun Qızılca kəndində anadan olub. İbtidai və səkkizillik təhsil aldıqdan sonra təhsilini davam etdirmək üçün rayon mərkəzinə gəlmiş, tam orta təhsilini burda başa vurmuşdur. 1937-ci ildə Laçın rayonunda komsomol işinə başlayan Həzi Həsənov sonralar rayon komsomol komitəsində şöbə müdiri, katib və II katib vəzifələrinə irəli çəkilmişdir. 1937-ci ildə Qızılca kənd sakini Meyxanım Əkbərova ilə ailə qurmuşdur. Bu ailənin dörd övladı olmuş və onlar da rayonun müxtəlif işlərində çalışmışlar. Həzi Həsənov müharibə başlayarkən rayon komsomol komitəsinin katibi kimi könüllü olaraq cəbhəyə getmişdir. Tiflis şəhərində 6 aylıq zabit kursunu bitirdikdən sonra 416-cı milli atıcı diviziyanın tərkibində Mazdokdan Vyanaya qədər çox şərəfli döyüş yolu keçmişdir. 1946-cı ildə kapitan kimi ehtiyata buraxılmışdır. O, döyüşdə 6 dəfə müxtəlif yaralar almış və ömrünün sonuna kimi II qrup müharibə əlili statusa ilə partiya və digər işlərdə çalışmışdı.
Həziabad
Həziabad — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Komanlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Burovar silsiləsinin yamacındadır. Oykonim Həzi (Həzi Aslanov) və abad (kənd) komponentlərindən düzəlib "Həzi kəndi" deməkdir. Memorial toponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1788 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həzm aparatı
Həzm aparatı (lat. apparatus degistorius) — daxili üzvlərin təşkil elədikləri üç aparatdan biri olub, həzm kanalından və bir sıra vəzilərdən ibarətdir. İnsanın həzm kanalı (lat. canalis degestorius) 8–10 m uzunluğunda olub, bir neçə hissələrə bölünür: I. Ağız boşluğu — lat. cavum oris, bura dişlər, ağız vəziləri, dil, damaq aiddirlər. II. Ön bağırsaq Udlaq Qida borusu Mədə III. Orta ya nazik bağırsaq Onikibarmaq bağırsaq Acı bağırsaq Qalça bağırsaq IV. Arxa ya yoğun bağırsaq Kor bağırsaq Qalxan çənbər bağırsaq Köndələn cənbər bağırsaq Enən çənbər bağırsaq S-ə bənzər çənbər bağırsaq Düz bağırsaq V. Vəzilər Dilaltı vəzi Çənəaltı vəzi Qulaqaltı vəzi Qaraciyər: Öd kisəsi; Öd Mədəaltı vəzi Ağız boşluğuna düşən əzilmiş, islanmış qida əsnək dəliyindən (lat. isthmus faucium) udlağa keçərək və oradan qida borusu vasitəsilə mədəyə düşür. Mədəyə daxil olan qida həzm olunduqdan sonra nazik bağırsağa (lat. intestinum tenue):onikibarmaq (lat. duodenum), acı (lat.
Həzm sistemi
Həzm sistemi — həzm aparatının ayrı-ayrı hissələrində başa çatır. Həzm aparatı həzm kanalından və bir sıra həzm vəzilərindən ibarətdir. İnsanın həzm kanalı 8–10 metr uzunluğunda olub, bir çox hissələrə bölünür. Birinci hissəni ağız boşluğu təşkil edir. Buraya dişlər, ağız suyu vəziləri, dil aiddir. == Ağız boşluğu == Ağız boşluğu həzm kanalının ön hissəsini təşkil edir. Bunun divarlarını dodaqlar, yanaqlar, damaq və ağız dibi təşkil edir. Alt və üst çənələrdə dişlər yerləşir. İnsanda dişlər iki dövrdə inkişaf edir. I dövrdə süd dişləri və II dövrdə daimi dişlər aiddir.
Həzovi
Həzovi və ya Xozavi — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 187 nəfərdir. == Toponimiyası == Yerli əhali tərəfindən Həzovi kimi tələffüz edilən bu oykonimi tədqiqatçılar talış dilindəki həzo (min) və vi (söyüd ağacı) komponentlərindən ibarət "söyüdlük", "çoxlu söyüd olan yer" mənalı soz kimi izah edirlər.
Həzr qəzası
Həzr qəzası (ərəb. قضاء الحضر‎) — İraq Respublikasının Ninəvə mühafazasında inzibati ərazi vahidi, inzibati mərkəzi Həzr şəhəridir. == Ərazisi == 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 9.738 km² ərazini əhatə edir. == İnzibati-ərazi bölgüsü == İnzibati cəhətdən iki nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Həzr nahiyyəsi (ərəbcə: ناحية الحضر) və Təl nahiyyəsi (ərəbcə: ناحية التل). == Əhalisi == 10 oktyabr-20 dekabr 2009-cu il siyahılarına əsaslanan rəsmi təxminlərə görə Həzr qəzasının əhalisi 49.420 nəfər olmuşdur. Eyni təxminlərə görə bütün Nineva mühafazasında 3.106.948 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Həzr qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 1.59%-ni təşkil edirdi.