1. Bir iş görmək və ya bir yerə getmək üçün hazırlıq görmək, hazırlanmaq, özünü hazır etmək. Yola düşməyə hazırlaşmaq. Köçməyə hazırlaşmaq.
– …Bir istəkan çay içib, bir tikə çörək yeyib hazırlaşdım evdən çıxmağa.
[Qəhrəman:] Hər iki tərəf qəti hücuma hazırlaşırdı.
2. Oxuyub öyrənmək, bir şey üzərində işləmək, çalışmaq. Fizikadan hazırlaşmaq. Mühazirələrə hazırlaşmaq. Universitetə girməyə hazırlaşmaq.
– Bütün qrup bir neçə briqadaya bölünür, briqadanın rəhbərliyi ilə dərsə hazırlaşırdı.
[İkram] kəndə getməsəydi dostu Məmməd onun yanına gələcək, fizikadan imtahan vermək üçün oxuyub yaxşı hazırlaşacaqdılar.