1. “Hazırlamaq”dan məch.
Patronlar yoxlanıldı, qumbaralar, pulemyotlar hazırlandı.
// Hazırlıq işləri aparılmaq. Bayrama hazırlanmaq. Qonaqları qarşılamağa hazırlanmaq.
– Hələ Novruza və çərşənbələrə hazırlanmaq daha da böyük bir maraq təşkil edərdi.
2. f. Hazır olmaq, özünü hazırlamaq, hazırlaşmaq. Bayrama hazırlanmaq.
– Vaxt keçmişdi, çayçı, dükanının qapılarını içəridən bağlayıb yatmağa hazırlanırdı.
Məhərrəm cavab vermək üçün hazırlandı.
3. məch. Qayrılmaq, düzəldilmək. Əlavə çoxlu ehtiyat hissələri hazırlandı.
– Bu hissələr hazırlandıqca bir-birinin ardınca zavoda göndərilirdi.