Heşin (Ermənistan)
Heşin — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor)
rayonunda kənd.
== Tarixi ==
Rayon mərkəzindən 14 km şərqdə, Elpinçayın sağ qolu olan Heşin çayının sahilində yerləşirdi. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Fikrimizcə, 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə adı çəkilən Meşin kəndi ilə Heşin kəndi eyni kəndlərdir.
== Toponimi ==
Toponim türk dilində "yaşayış məntəqəsi" mənasında işlənən keş sözünə, türk dilində (daxma, koma, mağara) mənasında işlənən in sözünün birləşməsi əsasında əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
== Əhalisi ==
1727-ci ilə aid mənbədə Heşin kəndində 3 azərbaycanlı ailəsinin yaşadığı qeyd olunur. Kənddə 1831-ci ildə 62 nəfər, 1873-cü ildə 174 nəfər, 1886-cı ildə 272 nəfər, 1897-ci ildə 229 nəfər, 1904-cü ildə 237 nəfər, 1914-cü ildə 260 nəfər, 1916-cı ildə 311 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra kənd sakinlərindən sağ qalanlar öz yurdlarına dönə bilmişdir.