HİDROLOJİ́

sif. [ yun. ] Hidrologiyaya aid. Hidroloji tədqiqat.
– Hamı [Quliyevin] hidroloji kəşfiyyatı yaxşı apardığını təsdiq edə bilərdi. Ə.Sadıq.

HİDROLÓGİYA
HİDROLOKÁSİYA
OBASTAN VİKİ
Azərbaycanda hidroloji rejim
Azərbaycanda su ehtiyatları−Azərbaycanda 8359 çay var, onlardan ikisinin (Kür və Araz çaylarının) uzunluğu 500 kilometrdən artıqdır. Daha 22 çayın uzunluğu 101–500 km arasında, 40 çayın uzunluğu 51–100 km, 107 çayın uzunluğu isə 26–50 km arasındadır. Kür çayı hövzəsində 5141, Araz çayı hövzəsində 1177 çay var. Qolları ilə birlikdə birbaşa Xəzər Dənizinə tökülən çayların sayı 3218-dir. Ümumilikdə çay şəbəkəsinin sıxlığı 0,36 km/km2 -dir. == Hidroloji müşahidə şəbəkəsi == Azərbaycanın əsas transsərhəd çayları (21 çay) Kür, Araz, Qanıxçay, Qabırrıçay, Samurçay, Astaraçay çayları və Kür, Araz çaylarının qollarını təşkil edən, kiçik çaylardır. Respublikanın su obyektlərində — çaylarda, göllərdə və su anbarlarında stasionar hidroloji müşahidələr Milli Hidrometeorologiya Departamenti tərəfindən 59 hidroloji məntəqədə aparılır. Həmin məntəqələrdə təlimata uyğun olaraq su obyektlərinin vəziyyəti, suyun səviyyəsi, temperaturu, su sərfləri, dalğalanma və su rejiminin başqa elementləri üzərində standart hidroloji müşahidələr aparılır. == Yerüstü su ehtiyatları == Azərbaycanın su ehtiyatları Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə məhduddur və bütöv regiondakı su ehtiyatının yalnız 15 faizini əhatə edir. Qafqazda cəmi 310 milyard kubmetr su ehtiyatı var ki, bunun da Azərbaycan üzrə adambaşına düşən su payı qonşu respublikalarla müqayisədə ən aşağı səviyyədədir.

Digər lüğətlərdə