online ehtiyat hisseleri baki
www.4teker.az — Azərbaycanda avtomobil ehtiyat hissələrinin onlayn satışını həyata keçirən bir platformadır və Bakı şəhəri ilə yanaşı, digər şəhər və rayonlara da sürətli çatdırılma xidmətləri təqdim edir.

İSTAMBUL

"şəhərə gedirəm" mənasında olan "istin polis" sözünün dəyişilmiş forması; t. islambol (Türkiyədə ən böyük şəhər).
İSRAİL
İSTANBUL
OBASTAN VİKİ
İstambul
İstanbul, köhnə Azərbaycandilli mənbələrdə İstambul — Türkiyənin ən böyük şəhəri və ölkənin 81 ilindən biri. Ölkənin iqtisadi, tarixi və sosial-mədəni əhəmiyyətli şəhərlərindən biridir. İqtisadi böyüklüyünə görə dünyada 34-cü, əhalisinə görə Avropada birinci, Dünyada isə Laqos şəhərindən sonra altıncı sırada yer alır. İstanbul Türkiyənin şimal-qərbində, Mərmərə dənizi və Bosfor sahili boyunca salınmış şəhərdir. Qitələrarası şəhər olan İstanbulun Avropa hissəsinə Avrupa yakası, Asiyadakı hissəsinə isə Anadolu Yakası deyilir. Üç tərəfi su sahəsi — Mərmərə dənizi, Bosfor və Haliç ilə əhatə olunmuş yarımada üzərində qurulan İstanbulun qərb sərhədi Konstantinopol qala divarlarını meydana gətirir. Şəhərin böyümə və inkişafı prosesində qala divarlarının sərhədləri 4 dəfə qərbə daşınmışdır. Şəhər 39 ilçədən ibarətdir. Böyükşəhər bələdiyyəsi ilə birlikdə 40 bələdiyyəyə malikdir. Dünyanın ən qədim şəhərlərindən biri olan İstanbul, 330–395-ci illər arasında Roma İmperiyası, 395–1204 və 1261–1453 illəri arasında Bizans İmperiyası, 1204–1261 arasında Latın İmperiyası və son olaraq da 1453–1922 illəri arasında Osmanlı İmperiyasına paytaxtlıq etmişdir.