KÜFTƏ

is. [ fars. ]
1. bax küftəbozbaş. Küftə bişirmək.
– Kişmişdən, badamdan, nanü həlvadən; Qovurmadan, … küftə, dolmadan verdilər. Q.Zakir.
[Seyid:] Müsəlman aşpazı saxlayıram, gözəl plov, dovğa, dolma, küftə bişirir ki, ölü yesə dirilər… Ə.Haqverdiyev.
[Rüstəm Səkinəyə:] Arvad, küftənin iyi ətir kimi bir kilometrdən vurur. M.İbrahimov.

2. Küftəbozbaşa, xəmiraşıya, sulu xörəklərə salınmaq üçün döyülmüş ət yumruları. Küftə tutmaq. Küftə qayırmaq.
KÜFRAN
KÜFTƏBOZBAŞ

Digər lüğətlərdə