1. Kül tökülən yer. Toyuqlar küllükdə eşələnir. – Külü küllükdən götür. ( Ata. sözü ).
Zibil təpə olsa, küllük dağ olmaz; Yel əsəndə alçaqlara endirər.
Kəndin qırağındakı küllükdən keçib çayı adlamalı idik.
2. məc. Xarabalıq, xaraba yer.
Küllük eylədilər gülüstanlığı.
◊ Köhnə küllükləri eşələmək – unudulmuş, vaxtı ilə olmuş, yaddan çıxmış bir hadisəni, pis işi, nöqsanları xatırlamaq, yada salmaq.
Kim isə Hacının keçmişini qurdaladı, köhnə küllükləri eşələdi.