Kürklü Venera (roman)
Kürklü Venera - Almaniya yazıçısı Leopold fon Zaxer-Mazox tərəfindən 1870-ci ildə yazılmış roman.
== Hekayə ==
Kürlü Venera romanında yazıçı sevdiyi qadınlarla olan münasibətlərini açııq şəkildə sərgiləyir. Romanda Sever ilə dul qadın Vanda arasında yaşanan məhəbbətdən bəhs olunur. Sever sevdiyi qadın üçün hər şey edir. Həmçinin sevdiyi qadın tərəfindən əziyyət görməkdən, onun qulu olmasından zövq alır. Sever tanrı kimi gördüyü Vandanın köləsi olması üçün yalvarır. Vanda onun istəyini qəbul edir və onlar müqavilə imzalayırlar. Roman boyunca Sever Vanda tərəfindən əziyyət görməkdən və başqa kişilərlə gəzməsindən acı duysa da istəmədən bundan zövq alır. Vanda isə onun bu halına görə sevmək ilə nifrət etmək arasında qalır, çünki qısqac kişiyə sahib olacağına, amma sonsuza qədər olacağını bilir. Sonda Vanda Severə əziyyət verməkdən o da zövq almağa başlayır və ona qarşı sevgisi məhv olur.