KƏMALƏDDİN

dinin kamilliyi, yetkinliyi.
KƏMALƏ
KƏMANDAR
OBASTAN VİKİ
Kəmaləddin Behzad
Kəmaləddin Behzad (1455-1536) — Şərqin görkəmli ustad rəssamlarından biri, Səfəvilər saray kitabxanasının rəisi. == Həyatı == Kəmaləddin 1455-ci ildə Orta Asiyanın Xocənd şəhərində anadan olmuşdu. 1510-cu ildə, yəni Şeybani xanın ölümündən sonra məşhur rəssam Təbrizə gələrək, Şah İsmayılın sarayına daxil olmuşdu. Üç hökmdarın sarayında yaşamış Behzad Şah İsmayılın hakimiyyəti zamanı daha çox şöhrət qazanmışdır. Şah İsmayıl Xətainin istedadlı sənət adamlarına necə yüksək qiymət verdiyini XVI əsr Bağdad sənətşünaslarından Mustafa Çələbi Əlinin 1578-ci ildə yazdığı "Mənaqibi hünərvəra" adlı əsərində görmək olar. Müəllif göstərir ki, Şah İsmayıl 1514-cü ildə I Sultan Səlim ilə müharibədən bir qədər əvvəl, məşhur rəssam Behzad və öz şəxsi saray xəttatı Mahmud Nişapurini düşmən əlinə əsir düşməsinlər deyə, onların salamat saxlanması barədə tədbir görmüşdür. Bu tarixi həqiqət haqqında Şah İsmayılın dilindən deyilmiş sözlərin sadələşdirilmiş şəklini misal gətiririk: "...Sultan Səlim Şah İsmayıl ilə Çaldıran səhrasında yaxın bir məsafadə idi... "Kim bilir, bəlkə müharibədə öldüm və ya məmləkətimdə qarət və qarışıqlıq baş verdi", - deyərək, Sultan Səlim xan Ruminin əlinə əsir düşməmək üçün əvvəl Şah Mahmud Nəjadi və ikincisi misilsiz ustad rəssam Behzadı bir mağarada gizlətmişdi. Və "Sizin hifsinizi Allaha tapşırdım" deyib müharibəyə getmişdi. Ol zaman ki, müharibədə məğlub olub geriyə qayıtdı, cümlədən əvvəl yuxarıda adları zikr olunanları tapmaq üçün həmin məhəlləyə varıb diqqətlə axtardı.
Kəmaləddin Heydərov
Kəmaləddin Fəttah oğlu Heydərov (15 iyul 1961, Çeşməbasar, Naxçıvan rayonu) — Azərbaycan Respublikasının fövqəladə hallar naziri (2006-cı ildən), general-polkovnik, Azərbaycan Taekvondo və Boks federasiyalarının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti. == Həyatı == Kəmaləddin Fəttah oğlu Heydərov 15 iyul 1961-ci ildə Naxçıvan MR-in Babək rayonunun Çeşməbasar kəndində anadan olub. 1978-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbi, 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. Azərbaycan Universitetində ikinci ali təhsil alıb. Əmək fəaliyyətinə 1978-ci ildə "Xəzərdənizneftqaz" kəşfiyyatı idarəsində başlamış, texnik və geoloq vəzifələrində çalışmışdır. 1995-ci ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, 2006-cı ilin fevral ayında Azərbaycan Respublikası Fövqalədə Hallar Naziri vəzifəsinə təyin edilmişdir. == Ailəsi == Ailəlidir. 2 övladı var. Sabiq deputat, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun oğludur. "Avropa-Azərbaycan Cəmiyyəti"nin sədri, "Qəbələ" Futbol Klubunun keçmiş prezidenti Tale Heydərovun atasıdır.
Kəmaləddin Məmmədov
Kəmaləddin Məmmədzadə
Kəmaləddin Mərəşi
Kəmaləddin ibn Qəvaməddin əl-Hüseyni əl-Mərəşi (Amul, Mazandaran ostanı – 1398) — XIV əsr İran dövlət adamı və şair. == Həyatı == Kəmaləddin ibn Mir Qəvaməddin Təbəristanın Amul şəhərində dünyaya gəlmişdi. Həzrət Əli soyundan olub, Mərəşiyyyə seyidləri kökənlidir. Təriqət şeyxi olan atası Seyid Qəvaməddin müstəqil bir idarəçilik qurmaq amacıyla 1349-cu ildə qiyam qaldırdı; oğulları və müridlərinin yardımı ilə Mazandaranın böyük bir qismini ələ keçirdi və Mərəşilər xanədanını qurdu (1359). Qəvaməddinin yerinə keçən oğlu Kəmaləddin, Əmir Teymur tərəfindən uşaqları və qardaşlarıyla birlikdə Mavəraünnəhirə sürüldü (1393). Əmir Teymur o zamanlar Mərəşi soyundan olan şiə sülaləsi tərəfindən idarə edilən Mazandaran vilayətinə hücum çəkir. Mərəşi dövlətinin başçısı Seyid Kəmaləddin qısa müqavimətdən sonra təslim olur. Əmir Teymur Mərəşiyyə əyanlarını hüzuruna gətirməyi əmr edir və görüş zamanı Seyid Kəmaləddinə deyir: "Mən sizin mal-mülkünüzü əlinizdən almaq üçün vilayətinizə gəlməmişəm. Bura ona görə gəlmişəm ki, sizin məzhəbiniz (əqidəniz) pisdir!" Seyid Kəmaləddin soruşur: "Ey əmir, bizim məzhəbimizin nəyi pisdir?" Əmir Teymur o zamanlar şiələr haqqında əhli-sünnədə formalaşmış fikri dilə gətirir: "Siz səhabələri söyürsünüz və rafizi məzhəbsiniz!" . Seyid Kəmaləddin Mərəşi 1398-ci ildə Kaşqarda vəvat edib.
Kəmaləddin Qafarov
Kamaləddin Qafarov (7 sentyabr 1976, Naxçıvan) — V, VI və VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı. == Həyatı == Kamaləddin Qafarov 7 sentyabr 1976-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1993-cü ildə Azərbaycan Tibb Universitetinin kimya-biologiya təmayüllü Respublika Baza Litseyində orta təhsilini başa vurub. Həmin ildə Y. H. Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinə daxil olub, 1997-ci ildə meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirib. Daha sonra ikinci ali təhsil almaq üçün Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub və 2009-cu ildə həmin universitetin maliyyə və kredit ixtisasını bitirib. 2005-ci ildən Əczaçılıq şirkətində operatorluqdan başlayaraq müxtəlif vəzifələrdə çalışıb. 2013-cü ildə həmin şirkətin maliyyə direktoru vəzifəsinə irəli çəkilib. 2014-cü il sentyabrın 16-da başqa işə keçməsi ilə əlaqədar öz xahişi ilə işdən azad edilib. 2014–2015-ci illərdə Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktor müavini vəzifəsində çalışmışdır. == Siyasi fəaliyyəti == 2015-ci il 9 saylı Binəqədi İkinci Seçki dairəsindən V və 2020-ci ildə VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.
Kəmaləddin Qədim
Kəmaləddin Qədim — azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Kəmaləddin Qədim 1957-ci il may ayının 24-də Naxçıvan MSSR-nin Sədərək rayonunda anadan olub. İxtisasca tarixçidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Kəmaləddin Qədim "Türk ədəbiyyatına xidmət" (Türkiyə) və "Vektor" Beynəlxalq Elm Mərkəzinin Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı laureatı, Prezident mükafatçısıdır. Kəmaləddin Qədim bir neçə Beynəlxalq Poeziya Mükafatları laureatıdır. == Yaradıcılığı == Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir. Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edib. Şeirləri Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanları "Azərbaycan", "Ulduz" jurnallarında, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub. Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.
Kəmaləddin İsmayılov
Musa Kəmaləddin
Musa Kəmaləddin (1156 Ərbil -1241 Ərbil) Kürd astronom, filozof və riyaziyyatçı. Aslen Ərbilli eğitimi Bağdatta almıştır. Tam adı "Musa bin Yunus bin Muhammed bin Men’a" dır. Riyaziyyat dersini Şərəfəddin Tusi den almışdır.
Memar Kəmaləddin
Əhməd Kəmaləddin (türk. Ahmed Kemaleddin; 1870[…] – 13 iyul 1927, Ankara) — XX əsrin əvvəllərində əsərləri ilə tanınan türk memarı, Birinci Milli Memarlıq hərəkatının qabaqcıl simalarından biri. Əhməd Kəmaləddin 1870-ci ildə İstanbulun Acıbadəm səmtində orta gəlirli bir ailənin tək övladı olaraq dünyaya gəlib. Atası Dəniz Donanması miralaylarından Əli bəy, anası isə Sadbərk xanım idi. O, ibtidai təhsilini 1875-ci ildə İbrahim Ağa İbtidai məktəbində alıb. Orta təhsilini isə 1881-ci ildə atasının tutduğu vəzifəsi ilə əlaqədar olaraq yaşadıqları Kritdə davam etdirib. Bir müddət sonra ailəsi ilə birlikdə İstanbula qayıdan Kəmaləddin bəy orta təhsilini Numune-i Terakkidə (İstanbul Oğlan liseyi) tamamladı. Mühəndisliyə marağı olan Kəmaləddin bəy 1887-ci ildə 17 yaşında Hendese-i Mülkiye məktəbinə (İstanbul Texniki Universiteti) daxil oldu. 1891-ci ildə mühəndislik təhsilini başa vurduqdan sonra həmin məktəbdə dərs deyən alman akademik Yaxmundun assistanı təyin edildi. Dörd il assistanlıq edən Kəmaləddin, məktəbdən kənarda da şəxsi ofisini açıb ilk işlərinin dizaynına başladı.
Kəmaləddin Sami Gökçən
Kəmaləddin Sami Gökçən (türk. Kemalettin Sami Gökçen; 1884, Sinop – 15 aprel 1934, Berlin) — Türk əsgəri və siyasətçisi. == Hərbi fəaliyyəti == 1905-ci ildə İmperiyanın Hərbi Mühəndislik Məktəbini və 1908-ci ildə isə Hərbi Akademiyanı kapitan rütbəsi ilə bitirdi. Daha sonra 4-cü ordunun əmrinə verildi. 1911-ci ildə İtaliya-Osmanlı müharibəsi zamanı Yaniyaya getdi. Hərbi məktəbdə müəllim kimi fəaliyyət göstərdi. 1915-ci ildə Şahzadə Ömər Fərrux Əfəndinin müəllimi kimi onunla birlikdə Avropaya getdi. İstanbulun işğalından sonra 5 dekabr 1920-ci ildə Anadoluya gələrək Türkiyə İstiqlaliyyət müharibəsinə qoşuldu. 31 mart 1921-ci ildə polkovnik rütbəsi ilə İkinci İnönü döyüşü və Sakarya meydan döyüşündən sonra Böyük hücumda iştirak etdi. 31 avqust 1922-ci ildə general-leytenant rütbəsinə yüksəldi.
Əhməd Kəmaləddin Əfəndi
Əhməd Kəmaləddin Əfəndi (3 dekabr 1847, Konstantinopol – 26 aprel 1905, Konstantinopol) — 31. Osmanlı sultanı Əbdülməcidin səkkizinci oğlu, Osmanlı şahzadəsi və Osmanlı ordusunun general-leytenantı. Şahzadə Əhməd Kəmaləddin Əfəndi 1848-ci ildə Çırağan sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə onun yeddinci xanımı Verdicanan Qadınəfəndidir. Uşaqlığı doğma bacısı Münirə Sultanla birlikdə keçdi və ilk təhsilinə qardaşları Rəşad Əfəndi, Burhanəddin Əfəndi, bacısı Bəhicə Sultanla birlikdə 29 iyul 1853-cü ildə Çırağan sarayında başlayan Kəmaləddin Əfəndi 9 aprel 1857-ci ildə Dolmabağça sarayında qardaşları Nurəddin Əfəndi, Rəşad Əfəndi və Burhanəddin Əfəndiylə birlikdə sünnət edildi. Ögey qardaşı II Əbdülhəmidin 1876-cı ildə taxta çıxmasından sonra Osmanlı taxtının ikinci vəliəhdi oldu. Bu müddət ərzində Osmanlı ordusunda fəaliyyət göstərdi və 1901-ci ildə general-leytenant rütbəsinə qədər yüksəldi. Bundan başqa Osmanlı imtiyaz medalına layiq görüldü. Buna baxmayaraq böyük qardaşı Sultan Muradın yenidən taxta çıxması üçün Sultan Əbdülhəmidə qarşı fəaliyyətə başlamışdı. Bu səbəblə Sultan Əbdülhəmid səltənətində maddi olaraq çətinlik çəkməyə başladı.
Mehmed Kəmaləddin Paşa
Mehmed Kəmaləddin Paşa (1869 – 1920, Konstantinopol, Osmanlı imperiyası) — Plevna qəhrəmanı Qazi Osman Paşanın oğlu, Sultan Əbdülhəmidin kürəkəni. == Həyatı == 1869-cu ildə dünyaya gəldi. Atası Plevna qəhrəmanı Qazi Osman Paşa, anası isə ferik Ömər Neşət Paşanın bacısı Fatma Zatıgül xanımdır (ö. 1940). Atasının Sultan Əbdülhəmidə yaxınlığı səbəbilə, qardaşlarıyla birgə ilk təhsillərini Ulduz sarayındakı şahzadələr məktəbində aldı. Böyük qardaşı Əli Nurəddin bəyin 20 aprel 1889-cu ildə Sultan Əbdülhəmidin qızı Zəkiyə Sultanla evlənməsiylə ailənin sarayla əlaqələri daha da gücləndi. Ulduz sarayında baş tutan toy mərasiminin ardından Kəmaləddin bəy da mirliva rütbəsindən fərik rütbəsinə yüksəldildi. Çox keçmədən Kəmaləddin bəy də Sultan Əbdülhəmidin digər qızı Naimə Sultanla nişanlandı. Cütlüyün toy mərasimi 17 mart 1898-ci ildə Ulduz sarayında baş tutdu. Toy hədiyyəsi olaraq gəlininə dəyərli daşlarla bəzəli tac göndərən Qazi Osman Paşanın xanımı Zatigül xanım Məcidiyə nişanıyla təltif edildi.
Ələddin Paşa (Hacı Kəmaləddin oğlu)
Ələddin Paşa (türk. Alâeddin Paşa) və ya Hacıkəmaləddinoğlu Ələddin Paşa (türk. Hacıkemaleddinoğlu Aleaddin Paşa, Hacıkemalettinoğlu Aleaddin Paşa) — Osmanlı paşası. 1320-1331 illəri arasında vəzirlik etmişdir. Osmanlı İmperiyasının ilk vəzirinin Ələddin Paşa olduğuna dair bir razılaşma var. Osmanlı salnamələrinə görə, Osmanlı İmperatorluğunun ilk vəziri Ələddin Paşa, Osmanlı Sultanı Osman Qazinin oğlu olan və eyni zamanda Paşa rütbəsindən istifadə edən Ələddin Bəydir. Ancaq bəzi mənbələrdə ilk vəzirin adı "Ələddin Paşa bin Hacı Kəmaləddin" və "Hacıkəmaləddinoğlu Ələddin Paşa" kimi verilir. Buna görə ilk vəzir Osman bəyin oğlu deyil, Hacı Kəmaləddin adlı bir şəxsin oğludur. Ələddin Paşanın vəzir olduğu dövrdə Nazirlər Şurası hələ qurulmamışdı; yeganə vəzir Ələddin idi. Bu səbəbdən Ələddin Paşa, ünvanı "sədrəzəm" olmasa da, Osmanlı imperiyasının tarixindəki ilk sədrəzəm sayılır.
Münirə Sultan (Əhməd Kəmaləddin Əfəndinin qızı)
Münirə Sultan (17 may 1880, Dolmabağça sarayı – 7 oktyabr 1939, Nitsa) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. Münirə Sultan 17 may 1880-ci ildə Dolmabağça sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcidin oğlu Kəmaləddin Əfəndi, anası isə Fatma Səzadil xanımdır. Əmisi Sultan Əbdülhəmidin taxta çıxmasının ardından atası taxt varisi elan olundu və bu səbəblə Münirə Sultan Dolmabağça sarayında böyüyüb tərbiyə edildi. Buna baxmayaraq atasının Sultan Əbdülhəmidlə münasibətləri yaxşı deyildi və ona qarşı qurulan müxalif cəbhəyə rəhbərlik edirdi. Bu səbəblə atası Kəmaləddin Əfəndi 1905-ci ildə əmisi Sultan Əbdülhəmidin əmriylə edam edildi. Atasının ölümünün ardından Yıldız sarayına köçürülən Münirə Sultan cəmi 2 il sonra 10 yanvar 1907-ci ildə keçmiş sədrəzəmlərdən Tunisli Xeyrəddin Paşanın oğlu Mehmed Salih Paşayla evləndirildi. Toy mərasiminin ardından Nişantaşı köşkündə yaşayan cütlüyün bu nigahdan bir oğlu dünyaya gəldi. Sultan Əbdülhəmidin taxtdan endirilməsi və digər əmisi Sultan Rəşadın taxta çıxmasının ardından daha rahat həyat tərzi yaşayan Münirə Sultannın həyatı çox keçmədən alt-üst oldu. 1913-cü ildə sədrəzəm Mahmud Şövkət Paşaya qarşı tərtiblənən sui-qəsd hadisəsinin ardından aparılan araşdırmada əri Salih Paşanın da adı hallandı və İttihad-Tərəqqi hökumətinin verdiyi qərarla Salih Paşa haqqında ölüm hökmü verildi.