KƏMMƏHƏL

sif. [ fars. kəm və ər. məhəl] Adama məhəl qoymayan, diqqət yetirməyən, saymayan, etinasız.
□ Kəmməhəl olmaq – saymamaq, etinasız olmaq, soyuqluq, etinasızlıq göstərmək.
Xubların yaxşısı olmaz kəmməhəl; İşarə edən tək gələr əlbəəl. Q.Zakir.
…Kənd müəllimlərinin … öz peşələrinə bu qədər süst, kəmməhəl və kəmetina olmaqlarına ümdə səbəb onların həddən ziyadə az məvacib almaqlarıdır. F.Köçərli.
…Nəbini də çağırmışdılar.
Bir az kəmməhəl olub, o da getmək istəmədi. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KƏMMƏHƏL kəmməhəl bax etinasız
KƏMMAYALIQ
KƏMMƏHƏLLİK

Digər lüğətlərdə