KƏMYAB
KƏNANƏ
OBASTAN VİKİ
Kənan
Kənan (finik. kĕnaʿan, ivr. ‏כְּנַעַן‏‎ , ərəb. کنعان‎) — Bərəkətli Hilalın qərb hissəsidir. == Tarixi == Bu ad Finikiya sözündən və dilindən törəyib. Tarixi qaynaqlarda "Kənan diyarı" olaraq adlandırılan yer, hal-hazırda Fələstin və İsrailin yerləşdiyi torpaqlardır. Bu torpaqlar tarix boyunca bir çox peyğəmbərin yaşadığı, xalqlarını Allahın varlığına və birliyinə dəvət etdiyi, üzərində bir çox müqəddəs yerlərin yerləşdiyi mübarək torpaqlardır. Buna görə də, Kənan diyarı hər üç İlahi dinin mənsubları (müsəlmanlar, yəhudilər və xristianlar) üçün də müqəddəs torpaqlardır. Üç ilahi dinin mənsublarını bir yerə toplayan bu müqəddəs məkan, dinlərindəki ortaq yönləri tanıdıqları və bir olan Allaha inandıqları üçün bir-birlərinə sevgi və hörmət duymalarına səbəb olması baxımından da son dərəcə əhəmiyyətlidir. Kənan diyarı olaraq ifadə olunan torpaqlarda və əlbəttə bütün dünyada eyni peyğəmbərlərə iman edənlərin bir yerdə təhlükəsizlik, sevgi və dinclik içində yaşamaları, bütün möminlərin könüldən istəyəcəkləri, bundan sevinc və xoşbəxtlik duyacaqları bir vəziyyətdir.
Kənan (ad)
Kənan — ad. Kənan Kərimov — Azərbaycan futbolçusu. Kənan Məmmədov — Azərbaycan kinooperatoru Kənan Doğulu — Türkiyə müğənnisi. Kənan Evrən — Türkiyə Respublikasının 7-ci prezidenti və 17-ci Baş Qərargah rəisi, Kənan Çoban — Tükiyə aktyoru Kənan İmirzaloğlu — Türkiyə aktyoru. Kənan Pars — Coğrafiyada Kənan — Bərəkətli Hilalın qərb hissəsidir.
Kənan Abdullaxanlı
Kənan Abdullaxanlı (2 iyul 1987) — Azərbaycanlı para-cüdoçu. Kənan Abdullaxanlı, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Kənan Abdullaxanlı 2016-cı ildə XV Yay Paralimpiya Oyunlarına qatıldı. 1/8 final mərhələsində Ukrayna idmançısı Aleksandr Pominovu 101:000 hesabı ilə məğlub edən Kənan Abdullaxanlı, 1/4 final mərhələsində Cənubi Koreya cüdoçusu Qvanqqeun Çoiyə 000:101 hesabı ilə məğlub oldu və təsəlliverici qrupa vəsiqə qazandı. Bu mərhələdə o, İran idmançısı Həmid Əlizadəni 000:000 hesabı ilə məğlub etsədə, həlledici görüşdə Özbəkistan cüdoçusu Şirin Şaripova 000:001 hesabı ilə məğlub oldu və XV Yay Paralimpiya Oyunlarını 5-ci yerdə başa vurdu. Kənan Abdullaxanlı 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. +100 kiloqram çəki dərəcəsində o, Türkiyə idmançısı Dursun Hayranı 0000:0003 hesabı ilə məğlub etdi və həlledici, final görüşünə vəsiqə qazandı. Finalda görüşündə isə Kənan Abdullaxanlı, Özbəkistan cüdoçusu Şirin Şaripova 000:011 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Kənan Abdullayev
Kənan Mübariz oğlu Abdullayev (3 dekabr 1990; Mingəçevir, Azərbaycan SSR — 16 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kənan Abdullayev 1990-cı il dekabrın 3-də Mingəçevir şəhərində anadan olub. Mingəçevir şəhər 16 nömrəli orta məktəbdə təhsil alıb. 2011-2015-ci illərdə Mingəçevir Dövlət Universitetində (MDU) ali təhsil alıb. == Hərbi xidməti == Kənan Abdullayev 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "leytenant" rütbəsi ilə xidmət edib. Kənan Abdullayev 2020-ci il sentyabrın 30-da Hərbi Komisarlığı tərəfindən yenidən hərbi xidmətə çağırılıb. Azərbaycan Ordusunun leytenantı olan Kənan Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kənan Abdullayev oktyabrın 16-da Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kənan Abdullayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Kənan Allahverdiyev
Kənan Mərdan oğlu Allahverdiyev (10 fevral 2002; Sumqayıt, Azərbaycan — 3 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kənan Allahverdiyev 2002-ci il fevralın 10-da Sumqayıt şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Kənan Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kənan Allahverdiyev oktyabrın 3-də Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Allahverdiyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi. == Təltifləri == (15. dekabr 2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (29.
Kənan Axundzadə
Kənan Hamil oğlu Axundzadə (2 avqust 1994; Lənkəran, Azərbaycan — 31 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kənan Axundzadə 1994-ci il avqustun 2-də Lənkəran şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Kənan Axundzadə 2020-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmətdə idi. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Ordusunun əsgəri olan Kənan Axundzadə 2020-ci il oktyabrin 31-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Xocəvənd istiqamətində gedən döyüşlərdə savaşıb. Kənan Axundzadə oktyabrın 31-də Füzuli və Xocavənd rayonlarının sərhədində yerləşən strateji əhəmiyyətli Üryandağ yüksəkliyi uğrunda gedən döyüşlərdə şəhid olub. Girdəni kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Axundzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Kənan Nadirli
Kənan İlqar oğlu Nadirli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. == Həyatı == Nadirli Kənan İlqar oğlu 2000-ci il fevralın 2-də Cəlilabad rayonunun Kövüzbulaq kəndində anadan olub. == Hərbi xidməti == Kənan könüllü olaraq İkinci İkinci Qarabağ müharibəsində iştirak edib. Qəhrəmanımız Füzuli, Qubadlı, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. 2020-ci il noyabrın 6-da Qubadlı istiqamətində düşmən tərəfindən atılan artilleriya mərmisi nəticəsində həlak olmuşdur.
Kənan Pars
Kənan Pars (əsl adı: Kirkor Cezveciyan) — aktyor, Türkiyə ermənisi. == Həyatı == Kənan Pars 1920-ci il martın 10-də İstanbulda anadan olub. Aktyor 2008-ci il ildə anadan olduğu gündə də vəfat edib. == Fəaliyyəti == 1953-cü ildən aktyor karyerasına başlayan Kənan Pars 50 il davam edən kino karyerasında 500-ə yaxın filmdə yer alıb. Bu göstəriciyə görə o, ən məhsuldar türk aktyorları içərisində ön sıralarda qərar tutub. Oynadığı çoxsaylı filmlərlə yanaşı Kənan Pars 6 filmə rejissorluq edib. 1961-1966-cı illər ərzində çəkilən “Oğlum”, “Derdimden anlayan yok”, “Cinayet gecesi” və “Aklin Durur” daha çox detektiv janrına yaxın idi. Filmlərin tamaşaçılar arasında uğur qazanmaması onu rejissorluqdan soyumasına səbəb olur. Mavi ekranda sərt xarakterli cani rollarını mahir yaradan aktyor bundan əlavə teatr tamaşalarında da rol alırdı.
Kənan Qafarov
Kənan Qafarov (tam adı: Kənan Siyaqif oğlu Qafarov; 6 avqust 1996; Göyçay, Azərbaycan — 8 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kənan Qafarov 1996-cı il avqustun 6-da Göyçay rayonunun Yalman kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Kənan Qafarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Kənan Qafarov oktyabrın 8-də şəhid olub. Göyçay rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Qafarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Kənan Quliyev
Kənan Quliyev (güləşçi) — Azərbaycanı təmsil edən güləşçi. Kənan Quliyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi.
Kənan Qutubzadə
Kənan Qutubzadə (rus. Кенан Абдуреимович Кутуб-заде; 13 avqust 1906, Konstantinopol – 22 fevral 1981, Rostov-na-Donu) — Krım tatarı olan kamera operatoru və müharibə müxbiri. İkinci Dünya müharibəsi zamanı Qırmızı Orduda xidmət etmişdir. "Auşvitz həbs düşərgəsi" filminin əsas kamera operatoru olmuşdur. Bu film nasist qoşunlarının düşərgədə qovulmasından sonra düşərgəyə daxil olmuş ilk sovet fotojurnalistdir. Holokost dəhşətlərindən bəhs edən videosu Nürnberq məhkəmələrində göstərilmişdir. == Həyatı == İstanbulda anadan olmasından az sonra ailəsi ilə birlikdə Bağçasaraya köçmüşdür və burada böyümüşdür. 1920-ci ildə o, Bağçasaray İncəsənət və Sənaye Kollecinə daxil olmuşdur. 1925-ci ildə çap texnikaçısı kimi oranı bitirmişdir. Bundan sonra Yalta Ərazi Komsomol Komitəsində işləmiş və 1927-ci ildə kamera operatorunun köməkçisi olmuşdur.
Kənan İsrafilov
Kənan Faiq oğlu İsrafilov (8 noyabr 1990; Şirinbulaq, Şəki rayonu, Azərbaycan — 5 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kənan İsrafilov 8 noyabr 1990-ci ildə Şəki rayonunun Şirinbulaq kəndində dünyaya göz açmışdır. == Hərbi xidməti == Cəmşid Naxçıvanski adına hərbi liseydən məzun olan Kənan 2008-2012-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirmişdir. 2013-2018-ci illərdə Murovdağda komandir vəzifəsini icra etmişdir. Sonra isə 2018-ci ildən qərargah rəisi kimi fəaliyyətini davam etdirmişdir. 2018-ci ildə Müdafiə Nazirliyinin Hərbi Akademiyasında təhsilini davam etdirən Kənan 2020-ci ilin iyun ayından Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində tabor komandiri kimi fəaliyyətini davam etdirmişdir. 27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsində kapitan Kənan İsrafilov tabor komandiri olaraq iştirak etmişdir. Füzulinin, Cəbrayılın və Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirən kapitan Kənan İsrafilov 5 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan İsrafilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kənan İsrafilov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Kənan Şahbazov
Kənan Natiq oğlu Şahbazov (23 iyul 2002; Masallı rayonu, Azərbaycan — 2 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kənan Şahbazov 2002-ci il iyulun 23-də Masallı rayonunun Kəlbəhüseynli kəndində anadan olub. Subay idi. Xətai rayonu 138 sayli tam orta məktəbini 2019-cu ildə bitirmişdir. == Hərbi xidməti == Kənan Şahbazov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Kənan Şahbazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kənan Şahbazov oktyabrın 2-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Şahbazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Şahbazov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Kənan Şirəliyev
Kənan Telman oğlu Şirəliyev (3 fevral 2001; Salyan, Azərbaycan — 1 noyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kənan Şirəliyev 2001-ci il fevral 3-də Salyan rayonunun Qarabağlı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Kənan Şirəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Kənan Şirəliyev noyabrın 1-də şəhid olub. Salyan rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Şirəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Kənan Əhmədov
Kənan Ləzgi oğlu Əhmədov — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kənan Ləzgi oğlu Əhmədov 1995-ci il, fevralın 15-də Qaraqoyunlu elinin Yuxarı Çaykənd kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. == Hərbi xidmətləri == İkinci Qarabağ müharibəsi döyüşlərinə qoşulub, Füzuli və Cəbrayıl rayonu istiqamətində döyüşlərdə şücaət nümayiş etdirib. Oktyabrın 25-də Fuzuli və Cəbrayıl arasında gedən ağır döyüşlərindən birində şəhid olub.
Kənan Ələkbərli
Kənan Müşfiq oğlu Ələkbərli (15 may 1996; Qızılhacılı, Goranboy, Azərbaycan — 11 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin Maxe hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kənan Ələkbərli 1996-cı ildə rayonun Qızılhacılı qəsəbəsində anadan olub. Nişanlı idi. Atası Müşfiq Ələkbərov Birinci Qarabağ Savaşının iştirakçılarından, əmisi Cabbar Ziyəddin oğlu Ələkbərov isə Birinci Qarabağ Savaşının Şəhidlərindəndir. == Hərbi xidmətləri == Kənan Ələkbərli 2020-ci ilin sentyabrın 20-dən MAXEHQ kimi işləməyə başlayıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kənan Ələkbərli Ağdərə döyüşlərində savaşıb. 11 oktyabr 2020-ci il tarixində Ağdərə istiqamətində şəhid olub. Goranboy'da torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Ələkbərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Ələkbərli ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Kənan Əvrən
Əhməd Kənan Əvrən (türk. Ahmet Kenan Evren; 17 iyul 1917, Külə[d], Manisa vilayəti – 9 may 2015[…], Ankara) — Türkiyə Respublikasının 7-ci prezidenti və 17-ci Baş Qərargah rəisi, Osmanlı İmperiyasında doğulmuş sonuncu prezident. O, 1980-ci il 12 sentyabr hərbi çevrilişi yolu ilə hakimiyyətə gəlmiş, 1982-ci ildə yeni konstitusiyanın qəbul edilməsindən sonra rəsmi olaraq prezident seçilmişdir. 1982-ci ildə qurulan Mehmetcik fondunun qurucularından biridir. Maltəpə hərbi liseyini, Türkiyə Quru Qoşunları məktəbi və Hərbi Akademiyanı bitirib. Türk Silahlı Qüvvələrinin müxtəlif mərhələlərində xidmət etmişdir. Ordu Komandanlığı və Quru Qoşunları Komandanlığından sonra 7 mart 1978-ci ildə Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahı rəisi oldu. Vəzifə müddəti ərzində 12 sentyabr 1980-ci ildə həyata keçirdiyi hərbi çevrilişlə Dövlət başçısı və Milli Təhlükəsizlik Şurasının prezidenti vəzifələrini də icra etdi. 1982-ci ildə, özü və digər Milli Təhlükəsizlik Şurası üzvü komandirlərinin hər birindən 1000 TL toplamaqla Mehmetcik vəqfini qurdu. 7 noyabr 1982-ci ildə referenduma təqdim edilərək,91.37 % səs çoxluğu ilə Türkiyə Cümhuriyyətinin yeddinci prezidenti olaraq vəzifəsinə başladı.
Kənan Əziz
Kənan Məmmədov (9 oktyabr 1946, Bakı) — Azərbaycan kinooperatoru, C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının baş operatoru, Azərbaycanın əməkdar incəsənət xadimi (2000), Avropa Kino Akademiyasının üzvü (2010). == Həyatı == Kənan Məmmədov 1946-cı il oktyabrın 9-da Bakıda doğulub. 1965-ci ildə orta məktəbi bitirib. Hələ uşaqlıq illərində sənətkar Xan Babayevlə ünsiyyət onun gələcək peşə seçiminə müsbət təsir göstərib. 1971-ci ilə qədər Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. 1971–1976-cı illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda A. V. Qalperinin emalatxanasında kinooperator fakültəsində təhsilini başa vurub, "Azərbaycanfilm" kinostudiyasında bədii və sənədli filmlərdə quruluşçu operator kimi fəaliyyətə başlamışdır. Hal-hazırda eyni zamanda ANS TV-də baş operator kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Azərbaycan SSR Dövlət Mükafatı laureatıdır. 1996–2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs demişdir. 2010-cu ildə Avropa Kino Akademiyasının üzvü seçilmişdir.
Kənan Rzayev
Kənan Əbdürrəhman oğlu Rzayev (12 sentyabr 1995; Qızılca, Culfa rayonu, Azərbaycan — 21 oktyabr 2020; Tuğ, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kənan Rzayev 12 sentyabr 1995-ci ildə Culfa rayonunun Qızılca kəndində anadan olmuşdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Kənan Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində kəşfiyyatçı-istehkamçı olaraq iştirak etmişdir. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Kənan Rzayev 21 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Culfa rayonunun Qızılca kəndində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Rzayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Rzayev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Rzayev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kənan Rzayev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Kənan Rüstəmli
Kənan Rüstəmli (tam adı: Kənan Yalçın oğlu Rüstəmli; 14 noyabr 1999; Əsgərabad, Biləsuvar rayonu — 31 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kənan Rüstəmli 1999-cu il noyabrın 14-ü Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olmuşdur. Saleh Babayev adına Əsgərabad kənd tam orta məktəbini bitirmişdir. Bakı Slavyan Universitetinin məzunu olmuşdur. Boks və güləşlə məşğul olmuşdur. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Kənan Rüstəmli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Murovdağ silsiləsindəki yüksəkliklərin işğaldan azad edilməsində və Suqovuşan döyüşündə iştirak etmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən əsgər Kənan Rüstəmli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kənan Rüstəmli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kənan Rüstəmli ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Kənan Seyidov
Kənan Əlihüseyn oğlu Seyidov (23 dekabr 1974, 1 May, İmişli rayonu) — Azərbaycan Ordusunun general-mayoru və Xüsusi Təyinatlı Qüvvələrinin sabiq komandan müavini, 5-ci Ordu Korpusunun komandiri, İkinci Qarabağ müharibəsinin Komandanlarından biri, Vətən Müharibəsi Qəhrəmanı. == Həyatı == Kənan Seyidov İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. == Hərbi xidməti == Kapitan Kənan Seyidov Azərbaycan Prezidenti Heydər Əliyevin 24 iyun 2003-cü il tarixli 887 nömrəli Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmişdir. Polkovnik-leytenant Kənan Seyidov Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2014-cü il tarixli 575 nömrəli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Polkovnik-leytenant Kənan Seyidov Azərbaycan Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli 1967 nömrəli Sərəncamına əsasən "İgidliyə görə" medalı ilə təltif edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Kənan Seyidova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Kənan Süleymanlı
Kənan Sadıq oğlu Süleymanlı (30 yanvar 1991; Bakı, Azərbaycan — 9 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kənan Süleymanlı 30 yanvar 1991-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əslən Qərbi Azərbaycanın Zəngibasar rayonunun Rəncbər kəndindəndir. Orta təhsilini Bakı şəhər 94 saylı tam orta məktəbdə bitirmişdir. Azərbaycan Kooperasiya Universitetində ali təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Kənan Süleymanlı bir müddət Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində zabitlik kursu keçmişdir. Kursu başa vurduqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "leytenant" rütbəsi ilə xidmət etmişdir. Xidmətini başa vurduqdan sonra ehtiyatda olan zabit kimi ordudan tərxis olmuş, mülki fəaliyyətini davam etdirmişdir. Azərbaycan Ordusunun leytenantı olan Kənan Süleymanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü ehtiyatda olan zabit kimi iştirak etmişdir.
Kənan Səlimzadə
Kənan Məmiş oğlu Səlimzadə (25 noyabr 1997; İsmayıllı rayonu, Azərbaycan — 4 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kənan Səlimzadə 1997-ci il noyabrın 25-də İsmayıllı rayonunun Qubaxəlilli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Kənan Səlimzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kənan Səlimzadə oktyabrın 4-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Səlimzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kənan Səlimzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Kənan Yusibov
Kənan Fehruz oğlu Yusibov (10 iyul 1999; Goranboy rayonu, Azərbaycan — 10 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kənan Yusibov 1999-cu il iyulun 10-da Goranboy rayonunun Səfikürd kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Kənan Yusibov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kənan Yusibov sentiyabr ayının 27-də Ağdərə istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Yusibov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Yusibov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Kənan Yusifov
Kənan Fehruz oğlu Yusibov (10 iyul 1999; Goranboy rayonu, Azərbaycan — 10 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kənan Yusibov 1999-cu il iyulun 10-da Goranboy rayonunun Səfikürd kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Kənan Yusibov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kənan Yusibov sentiyabr ayının 27-də Ağdərə istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Yusibov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Yusibov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Kənan Məmmədov (gizir)
Kənan Hüseyn oğlu Məmmədov (17 iyul 1993; Ağdaş rayonu, Azərbaycan — 28 sentyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kənan Məmmədov 1993-cü il iyulun 17-də Ağdaş rayonunun Kotavan (Ağdaş) kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Kənan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kənan Məmmədov sentyabrın 28-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Məmmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Məmmədov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kənan Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Kənan Məmmədov (leytenant)
Kənan Niftalı oğlu Məmmədov (22 oktyabr 1993; Ucar rayonu, Azərbaycan — 29 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kənan Məmmədov 1993-cü il oktyabrın 22-də Ucar rayonunun Alpout kəndində anadan olub. 2013-2017-ci illərdə Bakı Dövlət Universitetində (BDU) "Fiologiya" üzrə ali təhsil alıb. Ailəli idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin leytenantı olan Kənan Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Kənan Məmmədov sentyabrın 29-da Murovdağ döyüşləri zamanı şəhid olub. Ucar rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Məmmədov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Məmmədov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Kənan Məmmədov (operator)
Kənan Məmmədov (9 oktyabr 1946, Bakı) — Azərbaycan kinooperatoru, C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının baş operatoru, Azərbaycanın əməkdar incəsənət xadimi (2000), Avropa Kino Akademiyasının üzvü (2010). == Həyatı == Kənan Məmmədov 1946-cı il oktyabrın 9-da Bakıda doğulub. 1965-ci ildə orta məktəbi bitirib. Hələ uşaqlıq illərində sənətkar Xan Babayevlə ünsiyyət onun gələcək peşə seçiminə müsbət təsir göstərib. 1971-ci ilə qədər Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. 1971–1976-cı illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda A. V. Qalperinin emalatxanasında kinooperator fakültəsində təhsilini başa vurub, "Azərbaycanfilm" kinostudiyasında bədii və sənədli filmlərdə quruluşçu operator kimi fəaliyyətə başlamışdır. Hal-hazırda eyni zamanda ANS TV-də baş operator kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Azərbaycan SSR Dövlət Mükafatı laureatıdır. 1996–2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs demişdir. 2010-cu ildə Avropa Kino Akademiyasının üzvü seçilmişdir.
Kənan Məmmədov (əsgər)
Kənan Məmmədov (tam adı: Kənan Tofik oğlu Məmmədov, 5 yanvar 1998; Məmmədrzalı, Cəlilabad – 21 oktyabr 2020; Suqovuşan, Tərtər) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, Vətən Müharibəsi şəhidi. == Həyatı == Kənan Məmmədov 5 yanvar 1998-ci ildə Cəlilabad rayonunun Məmmədrzalı kəndində anadan olmuşdur. Kənd orta məktəbində təhsilini almışdır. == Hərbi xidməti == Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, Suqovuşan uğrunda gedən döyüşlərdə şücaət göstərmiş və "Mübariz postu" adlandırılan postda həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Məmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Kənan Məmmədov (əsgər, 1999)
Kənan Bəhruz oğlu Məmmədov (22 aprel 1999; Xosrov, Ağdaş, Azərbaycan — 29 oktyabr 2020; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kənan Məmmədov 22 aprel 1999-cu il tarixdə Ağdaşın Xosrov kəndində anadan olub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kənan Məmmədov Ağdərə döyüslərində savaşıb. 29 oktyabr 2020-ci ildə Ağdərə rayonunun Tülkü dərəsi adlanan ərazisində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından qəhrəmancasına şəhid olmuşdur. Ağdaşda dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ehtiram Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kənan Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Kənan Quliyev (güləşçi)
Kənan Quliyev (əsgər)
Kənan Vaqif oğlu Quliyev (11 sentyabr 1992, Culfa şəhəri – 22 oktyabr 2020, Qubadlı) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. == Həyatı == Kənan Quliyev 11 sentyabr 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində anadan olmuşdur. 1998-ci ildə Culfa şəhər Məhərrəm Əsgəroğlu adına 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2009-cu ildə həmin məktəbi bitirmişdir. == Hərbi xidməti == Məktəbi bitirdikdən sonra 2010-cu il oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə çağırılmış və 2012-ci il aprel ayında hərbi xidmətini başa vurmuşdur. Daha sonra isə 4 oktyabr 2019-cu ildə Azərbaycan Respublikası Ordu sıralarında XTQ hərbi qulluqçu kimi xidmətini davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Kənan Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qubadlı istiqamətində gedən döyüşlərdə xüsusi cəsurluq nümayiş etdirərək iştirak etmişdir. 22 oktyabr 2020-ci ildə Qubadlı şəhəri uğrunda gedən döyüşlərdə düşmənin qəfil gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olmuşdur. Culfa şəhərində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.