1. Kənd, kənd yeri.
[Vaqif:] Xeyr, yanıldınız, ona dil verən; Kəndistan yeridir, bəli, kəndistan.
[Hacı Rəsul:] Belə də səs, belə də məlahət olarmı? Düşünürsən ki, [Əntiqə] bəşər cinsi deyil nədi, özü də kəndistan yerində.
…Daima qardaşdır Bakı kəndistan.
2. Kənd əhli, kəndlilər. [Nizami:] Mən istəyirəm ki, min il bundan sonra da bir nəfər Gəncə üsyanının tarixini oxuduğu zaman desin ki, “üsyan olduqca ağıllı, düşüncəli və tədbirli bir surətdə təşkil edilmiş üsyan idi.
Orada yalnız şəhər xalqı deyil, bütün kəndistan da iştirak etmişdi”.