KEYFİYYƏTLİ

sif.
1. Müəyyən keyfiyyətə malik olan. Yaxşı keyfiyyətli. Orta keyfiyyətli.
2. Keyfiyyətcə yüksək olan; yaxşı, əla. Keyfiyyətli mal. Keyfiyyətli polad.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KEYFİYYƏTLİ möhkəm — davamlı
  • KEYFİYYƏTLİ KEYFİYYƏTLİ, ƏLA, YAXŞI
KEYFİYYƏTCƏ
KEYFİYYƏTLİLİK
OBASTAN VİKİ
Yüksək keyfiyyətli printer
Yüksək keyfiyyətli printer (ing. letter-quality printer) – işgüzar yazışmalar üçün məqbul çap keyfiyyətini (NEAR-LETTER-QUALITY) təmin edən hər hansı bir printer. Bu sıraya lazerli, kontakt (adətən, ləçəkli) printerlər, eləcə də tam formalaşdırılmış simvollardan istifadə edən bəzi matrisli printerlər aiddir. Yaxşı matrisli printerlər yüksək keyfiyyət almaq üçün hər bir sətri ikiqat çap edir. İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.
Yüksək keyfiyyətli çap
Yüksək keyfiyyətli çap (en. letter quality (LQ)) – matrisli printerdəki çapın yazı makinasında yazılmış mətnin keyfiyyətindən geri qalmayan keyfiyyəti. Adından göründüyü kimi (ingiliscə “letter” – “məktub”), belə çap keyfiyyəti işgüzar yazışmalara qoyulan tələblərə uyğun olur. Termin bir qədər köhnəlib, çünki lazerli və şırnaqlı printerlər daha yüksək keyfiyyətli çap təmin edir. İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.

Digər lüğətlərdə