KİLİM
KİLİMÇƏ
OBASTAN VİKİ
Kilimarası
Kilimarası — kilimin arxasında oyuqların iştirakı ilə oynanılan oyun növü. == Oyunun qaydası == Kilimarası oyunu zamanı oyuqları oynadan kilimin üzərində arxası üstdə uzanır, iki nəfər köməkçisi də kilimin kənarlarından tutub qaldırır. Kilim bir növ pərdə rolu oynayır və oyuqları oynadan şəxsi tamaşaçılardan gizlətməyə xidmət edir. Oyun üç oyuqla oynanır. Oyuqlardan biri qadını, ikisi kişini təmsil edir. Bir nəfər tərəfindən idarə olunan bu oyuqların ikisi ələ, üçüncüsü isə dizə geyindirilir və eyni vaxtda idarə olunur. Oyunda danışıqdan istifadə olunmur, amma oyuqların hərəkətindən, bədən dillərindən oyunun məzmununu oxumaq mümkündür. Oyun qadını təmsil edən oyuğun səhnəyə çıxması ilə başlayır. “Qadın” əlindəki ağ dəsmalı yellədib camaatı, çalğıçıları salamladıqdan sonra zurnada “Heyvagülü” havası çalınır və o, rəqs edir, camaat da ona əl çalır. “Qadın” xeyli rəqs etdikdən sonra onun əri səhnəyə çıxır, ərlə arvad ikisi bir yerdə oynayır, qucaqlaşırlar.

Digər lüğətlərdə

диске́тка и́чиг магни́тчик макрофотосъёмка пигменти́рованный призре́ние припили́ть шко́льный бензо́л зимова́нье лак поимённо чудно бретель agerasia algebraically flash board hireable rhizoma sculpturesque sing soft-core triquetra квазар утрясать