Open Knowledge Foundation
Open Knowledge Foundation (OKF) — məzmun və verilənlər daxil olmaqla, informasiyanı ödənişsiz təbliğ edən və paylaşan qlobal, qeyri-kommersiya şəbəkəsi. 20 may 2004-cü ildə Kembricdə Rufus Pollok tərəfindən təsis edilmişdir. Bu, İngiltərə və Uelsdə zəmanətlə məhdud olan özəl şirkət kimi təsis edilmişdir. 2016-cı ilin mayından 2019-cu ilin mayınadək təşkilat "Open Knowledge International" adlandırılmış, lakin 2019-cu ilin may ayında "Open Knowledge Foundation" adına qayıtmaq qərarına gəlmişdir.
== Məqsədlər ==
"Open Knowledge Foundation"ın məqsədləri bunlardır:
Açıq bilik ideyasının həm nə olduğunu, həm də nə üçün yaxşı ideya olduğunu təbliğ etmək.
"OKCon" kimi açıq bilik tədbirlərinin həyata keçirilməsi.
"Open Economics" və ya "Open Shakespeare" kimi açıq bilik layihələri üzərində işləmək.
Açıq bilik layihələri, icmalar və resurslar üçün infrastrukturun və potensial olaraq evin təmin edilməsi. Məsələn, "KnowledgeForge" xidməti və CKAN.
Birləşmiş Krallıq, Avropa və beynəlxalq səviyyələrdə açıq bilik məsələlərində fəaliyyət göstərmək.
== Şəxslər ==
Renata Avila Pinto 2021-ci ilin oktyabrında "Open Knowledge Foundation"ın yeni Baş İcraçı Direktoru vəzifəsinə gəlmişdir.