KOMOD

[ fr. ] Dəyişək, müxtəlif tualet şeyləri və s. qoymaq üçün siyirməli yastı şkaf növü. Güzgü, daraq komodun sol gözündədir.
– Şəhla xanım şaqşaraqla komodun siyirmələrini açdı. S.Rəhimov.
Xanpəri komoddan bir vərəq kağız çıxartdı. Ə.Vəliyev.

KOMMUTATORÇU
KOMPÁNİYA
OBASTAN VİKİ
Komodo
Komodo adası (ind. Pulau Komodo) — İndoneziyaya məxsus olan ada. Adanın sahəs 390 km² təşkil edir. Vulkan məşəlli adadır. Ada əhalisinin sayı cəmi 2 min nəfərdir (2006). == Coğrafiya == Komodo adası Kiçik Zond adaları qrupuna daxildir. Sumbava (qərb) və Flores (şərq) adalarıarasında yerləşir. Ada Komodo milli parkı ərazisinə daxildir. Komodo varanının vətənidir. == Əhalisi == Adanın hazırkı əhalisi Sulavesi adasından bura gətirilmiş buqi qəbiləsindən olan dustaqların törəmələridir.
Komodo Milli Parkı
Komodo Milli Parkı — İndoneziyanın, Şərqi və Qərbi Kiçik Zond adalarının əyalətləri arasındakı sərhəd bölgədə yerləşən milli parkdır. Parka üç böyük ada (Komodo, (ind. Pulau Padar) və (ind. Pulau Rinca)) və 26-dan çox kiçik ada, habelə ümumi sahəsi 1733 km² (603 km²) olan Sape, Lintax və Sumba boğazları daxildir. Milli park təbiətin yeddi yeni möcüzəsindən biri olaraq seçilmişdir. == Təsviri == Milli park 1980-ci ildə yaradılmışdır. 1986-cı ildə biosfer qoruğu, 1991-ci ildə isə UNESCO-nun Dünya İrsi obyekti elan edilmişdir. Parkın yaradılmasında məqsəd, ilk dəfə 1911-ci ildə kəşf edilən unikal kərtənkələ növünü — Komodo varanını qorumaq idi. Daha sonra park dəniz heyvanları da daxil olmaqla digər heyvan növlərini qorumaq vəzifəsi daşımağa başladı. Milli parkın adaları vulkan mənşəlidir.
Komodo varanı
Komodo varanı və ya Komondo əjdahası (lat. Varanus komodoensis) — Əsl varanlar fəsiləsinə aid kərtənkələ növü. Növ ancaq İndoneziyanın Komodo, Rinka, Flores və Qili-Motanq adalarında yayılmışdır. Adanın yerli əhalisi onları ora və ya buaya darat("yerüstü timsah") adlandırırlar. Bu canlı dünyada hazırda yaşayan ən böyük kərtənkələdir. Onların uzunluğu bəzən 3 metr, çəkiləri isə 250 kq çata bilir. Ölçülərinin böyüklüyü Ada qiqantizmi. ilə izah edilir. == Xüsusiyyətləri == === Xariçi görünüş === Vəhşi təbiətdə yetkin dişi varanlar adətən 2.25–2.6 m arası uzunluğa malik olurlar. Çəkiləri 47 kq təşkil edir.
Tereza Komodini Kaçia
Tereza Komodini Kaçia (malta Therese Comodini Cachia; 23 fevral 1973, Attard[d]) — Maltalı hüquqşünas və siyasətçi, həmçinin Avropa Parlamentinin keçmiş üzvü. Komodini Kaçia Malta Universitetində oxumuş və burada iki ali təhsil almışdır. O, 1997-ci ildə doktorluq dərəcəsini və 2012-ci ildə İnsan Hüquqları üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Teresa Komodini Kaçia insan hüquqları sahəsində çalışan ixtisasca hüquqşünasdır. O, 1997-ci ildən bəri müxtəlif səviyyələrdə Maltanın ən yüksək məhkəmələri, eləcə də Strasburqdakı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qarşısında insan hüquqlarının pozulması qurbanlarını təmsil edib. Onun müştəriləri arasında fiziki şəxslər, kommersiya strukturları, dövlət qurumları, habelə qanunverici orqanlar var idi. Hüquq karyerasında o, Maltadakı bir sıra qeyri-hökumət təşkilatlarında, o cümlədən Malta Skaut Assosiasiyasında, Malta Qadın Təşkilatları Konfederasiyasında və Malta Psixi Sağlamlıq Assosiasiyasında hüquq məsləhətçisi kimi fəaliyyət göstərmişdir. 2008–2010-cu illər arasında o, Bərabərlik üzrə Milli Komissiyaya Avropa bərabərlik qanununun və direktivlərinin mahiyyəti ilə bağlı məsləhətlər verib, ayrı-seçkilik hallarının araşdırılmasında köməklik göstərib və bir sıra digər tədqiqat layihələrində köməklik edib. Komodini Kaçia hazırda Malta Universitetində İnsan Hüquqları üzrə dərs deyir. O, həmçinin universitetdə insan hüquqları və demokratikləşmə üzrə magistrlərin hazırlanmasını koordinasiya edir.

Digər lüğətlərdə