1. Çox işlənməkdən xarab olmuş; yıpranmış. Köhnəlmiş papaq. Köhnəlmiş şal.
[Hacı Manaf] məhkəməyə gələrkən olduqca köhnəlmiş, yamaqlı bir paltar geyərək gəlmişdi.
[Qədir] başına köhnəlmiş və hər tərəfini yağ basmış bir meşin şapka qoymuşdu.
Minayə köhnəlmiş, bir neçə dili də xarab olmuş qarmonu döşünə basıb … ortalıqda süzürdü.
2. Çox qalmaqdan xarab olmuş, təzəliyini, təravətini itirmiş. Köhnəlmiş yağ (pendir).
3. Dövrə, zəmanəyə, bugünkü günə uyğun olmayan; dəbdən düşmüş, indi işlənməyən. Köhnəlmiş nəzəriyyə. Köhnəlmiş söz (ifadə).