1. Yaşayış yerini dəyişmək, bir yerdən çıxıb başqa yerə gəlmək, daşınmaq. Təzə mənzilə köçmək. Şəhərdən kəndə köçmək.
– Kazım dayı, Telligili köçdülər; Deyə, bir səs onu həmən ayıltdı…
2. İqlim, yem və b. şəraitlə əlaqədar olaraq yerini dəyişmək, bir yerdən başqa yerə (uçub) getmək. Balıqlar çaydan gölə köçdü. Quşlar isti ölkələrə köçdü.
– Cəfayi-xari görüb köçdü bağdan bülbül.
Yenə qatar-qatar hara köçürsüz?
3. məc. Ərə getmək, gəlin getmək.
Şah qızı əmirə köçəndə özü ilə qarabaş paltarında beş cəllad aparmışdı. ( ).
[Vəzir:] [Xan] bu saatda Nisə xanımdan ötrü biixtiyardır və mənə buyurdu ki, bir həftəyədək onun köçmək tədarükünü gör!
4. məc. Ölmək, dünyadan getmək. Köçdü, heyf oldu, gözəl.
Vaqif dəxi düşməz ələ: Bir siyah kirpik ucundan bağrımı dələ-dələ…
Vədə yaxınlaşıb, köçmək çağıdır; Bir özgə diyara bu gündən belə.
Yarat, sən köçəndə ellər söyləsin: Dünyadan nə gözəl bir insan gedir.
◊ Dünyadan köçmək, o dünyaya köçmək – bax dünya.