KÜLLƏMƏK

f.
1. Kül tökmək, kül sərmək. Ləkləri külləmək. Ağacların dibini külləmək.
2. Lavaşı yandırmamaq üçün saca, hisdən qorumaq üçün qazana və s.-yə küllü palçıq yaxmaq, sürtmək. Qazanı külləmək.
– …Ana saç külləyib ocaq qalayır, kətə bişirib içinə təzə yağ qoyur… Ə.Vəliyev.

3. Küllə sürtmək, küllə təmizləmək. Samovarı külləmək. Mis qazanları külləmək.
KÜLLƏMƏ
KÜLLƏNMƏ

Digər lüğətlərdə