LEŞ

is. [ fars. ]
1. Ölmüş heyvan bədəni, leş, cəmdək. İt leşi. İnək leşi.
– Yolun ətrafında sınıq düşmən maşınları, at leşi və əzilmiş toplardan başqa bir şey gözə dəymir. Ə.Vəliyev.
Məşədi Heybət bizə nişan verirdi: bu qoyun leşidir, bu təknədir, bu sandıqdır, bu beşikdir. Ə.Sadıq.

2. Təhqir kimi insan meyiti haqqında işlənir.
Döyməsin qanlı faşistlər daha öz döşlərinə; Baxsalar yaxşı olar cəbhədəki leşlərinə. S.Rüstəm.
Tökülürdü yağış kimi baş bir yana, leş bir yana; Dağılırdı düşmən səfi on bir yana, beş bir yana! R.Rza.

◊ Qarğa-quzğun leşə gələn kimi – çox həris bir şəkildə, tez üstünə cumaraq.
Bakı neft yataqları xariciləri özünə çəkirdi, qarğaquzğun leşə gələn kimi əcnəbi kapitalistləri də Azərbaycana dolurdu(lar). M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • LEŞ LEŞ (ölmüş heyvan cəsədi) Peyin qat, zibil qarışdır, heyvan leşləri, insan cənazələri basdır, torpaq iylənməz, torpaq xarab olmaz, torpaq pozulmaz (M
  • LEŞ cəmdək
LEONİD
LEŞ-LEŞƏ

Digər lüğətlərdə