les

I

art déf. (cəm sayda)

II

pron onları

lequel
lesquelles
OBASTAN VİKİ
Les Discrets
Les Discrets — 2003-cü ildə Fursy Teyssier tərəfindən "musiqi və sənət təcrübə platformu" olaraq həyata keçirilən Fransız bir qrup /musiqili layihədir. Digər Fransız qruplar olan Alcest və Amesoeurs'a paralel musiqi edən qrup, ilk studiya albomlarını 2010-cu ildə satışa çıxardı. == Tarixi == Qrup 2003-ci ildə Phest adlı qrupda fəaliyyət göstərən Fursy Teyssier tərəfindən quruldu. Eyni növdə musiqi edən Winterhalter və Audrey Hadorn kimi musiqiçilər çox qısa bir müddət içində qrupa daxil oldu. 2009-cu ilin aprelində Alman səsyazma şirkəti Prophecy Productions ilə beş albomluq bir razılaşma əldə edən Les Discrets, eyni ilin dekabr ayında Alcest ilə ortaq EP və mart 2010-da ilk studiya albomları Septembre et ses dernières Penséesi yayımladı. Bu albom, Alman Sonic Seducer jurnalına görə tək bir tərzə sığdırılmayacaq, qaranlıq romantik musiqi ehtiva etməkdə idi.
Les Lazarovitz
Les Lazarovitz (Oktyabr 2, 1941 – Yanvar 6, 2017) — ABŞ-lı səs rejissoru. Onun Ən yaxşı səs miksajı nominasiyasında iki dəfə Oskar mükafatını əldə etmək üçün namizədliyi irəli sürülmüşdür. Lazarovitz 6 yanvar 2017-ci ildə 75 yaşında xərçəng xəstəliyindən Floridada vəfat etmişdir.
Les Chants Magnétiques
Les Chants Magnétiques (ing. Magnetic Fields) 22 may 1981-ci ildə Disques Dreyfus-da buraxılmış fransız elektron musiqiçi və bəstəkar Jan Mişel Jarrın beşinci studiya albomudur Albom musiqi elementi kimi "sampling" istifadə edən ilk qeydlərdən biri idi və Jarrın əvvəlki səylərinin səsindən uzaqlaşmasını təmsil edir.
Kamp de Les Korts
Kamp de Les Korts (Les Korts kimi də adlandırılır) — İspaniyanın Kataloniya muxtar vilayətinin Barselona şəhərində yerləşən idman stadionu. 1957-ci ildə Barselona FK Kamp Nouya köçənə qədər klub ev oyunlarını burada keçirirdi. Les Korts klubun prezidenti Joan Qamper tərəfindən Barselonanı öz stadionu ilə təmin etmək üçün hazırlanmış üzunmüddətli planın nəticəsi kimi tikilmişdi. Stadion Barselonanın ev stadionu kimi Camp de la Indústria stadionunu əvəzləmişdi. 1922-ci ildə açılan stadion ilk əvvəllər 20000 tamaşaçı tutumuna malik olub. Stadionda ilk oyun Barselona və Sent Mirren klubları arasında olub. 13 may 10923-cü ildə stadionda Atletik Bilbao və CE Evropa arasında İspaniya Kral Kubokunun finalı, 21 dekabr 1924-cü ildə İspaniya və Avstriya milli komandaları arasında oyun təşkil olunub. 24 iyun 1925-ci ildə stadion məlum hadisədən sonra altı ay müddətində bağlı qalıb. Belə ki, oyun zamanı Barselona klubunun azerkeşləri İspaniya himnini fitə basıb və Britaniya Kral Donanması orkestrinin ifa etdiyi God Save the King himnini alqışlayıblar. Migel Primo de Rivera diktaturası Kataloniya millətçiliyini təbliğ edən Joan Qamperi ittiham edib.
Les Concerts en Chine
Les Concerts en Chine 1981-ci ildə yazılmış və 1982-ci ildə Disques Dreyfus tərəfindən buraxılmış Jan Mişel Jarrın canlı konsert albomudur. O, Jarrın 1981-ci ilin payızında Çinə qastrol səfəri zamanı Pekində və Şanxayda verdiyi beş konsertləri zamanı qeydə alınıb. Bu konsertlər həm də Çindəki mədəni inqilabdan sonra qərb dünyasından olan bir sənətçinin Çində verdiyi ilk konsertlər idi. Albomda Çin motivləri və ənənəvi melodiya ilə balanslaşdırılmış qədim kompozisiyalar ("Fishing Junks at Sunset") yer alır. Musiqi canlı yazılar və studiya işi ilə birləşərək tərtib edilib, ən canlı treklər Equinoxe və Magnetic Fields olub.Bu yeni aranjimanlar "Night in Shanghai (Şanxayda gecə)", "Laser harp", "Arpegiator", "Orient Express" və "Souvenir of China (Çin suveniri)"dır.
Les Gardiens du Silence
Les Gardiens du Silence (azərb. Səssizlik qoruyucuları‎) – Azərbaycanın Bakı şəhərində yaradılmış ilk world, etno-spiritual, new age qrupudur. == Haqqında == Qrupun əsası 2015-ci ilin dekabrında qoyulub. Bu qrup musiqinin mistik imkanlarının öyrənilməsi layihəsi kimi yaranıb. Layihə Misir, Şumer, Babil və Yunanıstan kimi qədim musiqi və mədəniyyəti əsasında hazırlanıb. Qrup nej, al oud, djembe, harmoniya, tay fleytası, kelt arfası, diceridu, mridanqa / hol, deqt, hepidrums, skripka, dodaq arfası, hanun, tamburin, gitara, etnik vokal kimi müxtəlif instrumentlərdən istifadə edir. 2017-ci ildə qrup "Divine Balance: Feminine. Divinity" adlanan ilk albomunu təqdim edib. Bir çox festivallarda çıxiş edərək Azərbaycanin incəsənət aləminin hərtərəfliliyini dünyaya çatdirilar. 2019-cu ildə kollektiv "Nəsimi" adli ikinci albomu Yarat!
Les amants de minuit
Les amants de minuit (azərb. Gecəyarı aşiqləri‎)— Lüksemburqun 1956-cı ildə Avroviziyada təmsil olunduğu mahnı. Mişel Arnaud fransız dilində ifa etmişdir. 1956 Avroviziya Mahnı Müsabiqəsinin səsvermə nəticələri açıqlanmadığı üçün bu mahnının topladığı xal və tutduğu yer məlum deyil. Mahnının sözləri Yaquez Lassriyə, musiqisi isə Simone Laurensinə məxsusdur.
Messieurs les noyés de la Seine
Messieurs les noyés de la Seine (azərb. Senaya qərq olan insanlar‎) — Belçikanın 1956-cı ildə Avroviziyada təmsil olunduğu mahnı. Fud Leklerk fransız dilində ifa etmişdir. 1956 Avroviziya Mahnı Müsabiqəsinin səsvermə nəticələri açıqlanmadığı üçün bu mahnının topladığı xal və tutduğu yer məlum deyil.
Les Kurbas adına Lvov Akademik Teatrı
Les Kurbas adına Lvov Akademik Teatrı (ukr. Львівський академічний театр імені Леся Курбаса) — 1988-ci ildə Ukraynanın Lvov şəhərində təsis edilmiş teatr. Teatrı Vladimir Kuçinski və bir qrup gənc aktyor tərəfindən yaradılmışdır. 2019-cu ildən teatrın bədii rəhbəri Oleq Mixayloviç Tsyonadır. Les Kurbas adına Lvov Akademik Teatrı yarandığı gündən böyüyərək Ukraynanın ən məşhur teatr kollektivlərindən birinə çevrilmişdir. Bir neçə teatr tamaşaları Ukraynada yaxşı təmsil olunmuş və çoxsaylı beynəlxalq teatr festivallarında yüksək mükafatlar qazanmışdır. == Memarlıq xüsusiyyətləri == Teatrı binasının layihəsinin müəllifləri Ziqmund Fyodorski və Stanislav Matsudzinski olmuşdur. Bina XX əsrin əvvəllərində modernləşdirilmiş tarixilik üslubundadır. Beşmərtəbəli bina kərpicdən tikilmiş, üstü kafellə örtülmüşdür. Üçüncü mərtəbədə ön divar konsollara söykənən, qotik qüllələr və kimera heykəllərdən ibarət yarımsütunlar ilə bölünür.
Les Kurbas adına Lvov Gənclər Teatrı
Les Kurbas adına Lvov Akademik Teatrı (ukr. Львівський академічний театр імені Леся Курбаса) — 1988-ci ildə Ukraynanın Lvov şəhərində təsis edilmiş teatr. Teatrı Vladimir Kuçinski və bir qrup gənc aktyor tərəfindən yaradılmışdır. 2019-cu ildən teatrın bədii rəhbəri Oleq Mixayloviç Tsyonadır. Les Kurbas adına Lvov Akademik Teatrı yarandığı gündən böyüyərək Ukraynanın ən məşhur teatr kollektivlərindən birinə çevrilmişdir. Bir neçə teatr tamaşaları Ukraynada yaxşı təmsil olunmuş və çoxsaylı beynəlxalq teatr festivallarında yüksək mükafatlar qazanmışdır. == Memarlıq xüsusiyyətləri == Teatrı binasının layihəsinin müəllifləri Ziqmund Fyodorski və Stanislav Matsudzinski olmuşdur. Bina XX əsrin əvvəllərində modernləşdirilmiş tarixilik üslubundadır. Beşmərtəbəli bina kərpicdən tikilmiş, üstü kafellə örtülmüşdür. Üçüncü mərtəbədə ön divar konsollara söykənən, qotik qüllələr və kimera heykəllərdən ibarət yarımsütunlar ilə bölünür.
Emili Lesyor
Emili Lesyor (7 noyabr 1972) — Birləşmiş Ştatları təmsil edən sinxron üzgüçü. == Karyerası == Emili Lesyor Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Emili Lesyor Olimpiadanın qalibi olub.
Ferdinand de Lesseps
Ferdinand Mari, vikont de Lesseps (fr. Ferdinand Marie vicomte de Lesseps; 19 noyabr 1805[…], Versal, Birinci Fransa İmperiyası – 7 dekabr 1894[…]) — fransız diplomatı, Süveyş kanalının tikilməsinə rəhbərlik etmişdir. == Fəaliyyəti == === Süveyş kanalı === 1825–1849-cu illərdə Avropa və Afrikanın bir sıra ölkələrində, o cümlədən 1831–1837-ci illərdə Misirdə müxtəlif diplomatik vəzifələr tutmuşdur. Misir məhkəməsinin nümayəndələri ilə şəxsi əlaqələrdən istifadə edərək, 1854-cü ildə Misir hökmdarı Səid Paşadan Süveyş kanalının inşası üçün güzəşt almışdır. 1859–1869-cu illərdə bu kanalın tikintisinə rəhbərlik etmişdir. İnşaatın uğurla başa çatması və kanalın açılması ona layiq bir şöhrət gətirdi: Lesseps bir çox elmi cəmiyyətin üzvü oldu, Fəxri Legion ordeni ilə təltif edildi. === Panama kanalı === Panama kanalının inşası üçün 1879-cu ildən bu yana rəhbərlik etdiyi Panama səhmdar cəmiyyəti ilə yaşanan qalmaqal onun nüfuzuna xələl gətirə bilməzdi. 1889-cu ildə bu şirkətin dağılması on minlərlə kiçik səhmdarların məhvinə səbəb oldu. Oğurluq, sui-istifadə və maliyyə çətinliklərini gizlətmək üçün şirkət heyəti fransız nazirlərə, senatorlara, müavinlərə və qəzet redaktorlarına rüşvət verdi. Rəsmi araşdırmadan sonra Lesseps və oğlu Şarl 1893-cü ilin fevralında beş il həbs cəzasına məhkum edildi.
Janko Leskovar
Janko Leskovar (12 dekabr 1861 – 4 fevral 1949) — xorvat novellaçı. == Haqqında == Leskovar Valentinovoda tanınmış ailədə doğulub. Onun babası dəmirçi idi. Atası İvan Leskovar, həyat yoldaş isə Tereziya Leskovar adlanırdı. Leskovar müəllim işləyirdi. O, Misao na vječnost (Əbədiyyət düşüncəsi) novellasını orta yaşlarda tamalayıb. Novella 1891-ci ildə Vijenac jurnalında çapdan çıxıb. Leskovar yazıçılıq fəaliyyəti dövründə hekayə personajlarının müxtəlif psixoloji təhlillərini verməyə çalışmışdır. Onun doğulduğu ev Valentinovoda qorunub saxlanılır.
Konstantin Leselidze heykəli (Tbilisi)
Konstantin Leselidze heykəli (gürc. კონსტანტინე ლესელიძის ძეგლი) — Tbilisinin tarixi rayonu Qədim şəhərdə yerləşir.. Sovet hərbi lideri general-polkovnik Konstantin Leselidzenin (1903—1944) xatirəsinə qurulmuşdu. == Tarixi == 1947-ci ildə Kote Abxazi küçəsində əsası qoyulmuşdur. Heykəltəraş — Yakov Nikoladze. 1990-cı ildə anti-sovet mitinqi zamanı komandirin büstü zədələnmişdir.
Lesani Hərbi Texnika Muzeyi
Lesani Hərbi Texnika Muzeyi - Çex Respublikasının Mərkəzi Bohemiya regionundakı Lesani şəhərində yerləşən hərbi texnika muzeyidir. Onun ekspozisiyasında 1890-cı ildən indiyədək istehsal olunmuş 700-dən çox tarixi tank, artilleriya, motosiklet, zirehli texnika, yük maşınları, hərbi sərnişin avtomobilləri, raket sistemləri və digər hərbi texnikalar nümayiş etdirilir. == Tarixi və təqdimatlar == Muzey 1996-cı ildə Týnec nad Sâzavou yaxınlığındakı Lešany bələdiyyəsində keçmiş artilleriya kazarmasında yaradılmışdır. Kolleksiyalar on zalda, altı örtülü sahədə və həmçinin açıq havada təqdim olunur. 2003-cü ildən başlayaraq hər il mövsümün sonunda (adətən avqustun sonu/sentyabrın əvvəli) muzeyin ərazisində muzeydəki bir çox tank və digər hərbi maşınların nümayiş olunduğu “Tank Günü” keçirilir. Kolleksiyalar dinamik displeylərdə təqdim olunur. Çexiya ordusu bu tədbirlərdə iştirak edir, buna görə də Çexiya ordusunun mövcud hərbi texnikası da bu tədbirdə nümayiş etdirilir. Həmçinin hər mövsümün əvvəlində (may ayında) adətən digər quru qoşunları növlərinin texnikalarına həsr olunmuş tədbirlər də təşkil olunur. “Artilleriya günü”, “AAA günü”, “Tatra günü” və s. günlər belə tədbirlərin həyata keçirilmiş olduğu günlərdəndir.
Lesar
Lesar (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Lesbos
Lesbos (yunan. Λέσβος, türk. Midilli) — Egey dənizinin şimal-şərq hissəsində yerləşən, Yunanıstana məxsus ada. Lesbos adasının ərazisi 1 636 km²-dir. Ada ərazisinin böyüklüyünə görə Yunanıstan adaları arasında 3-cü, Aralıq dənizi hövzəsində isə Siciliya, Sardiniya, Kipr, Korsika, Krit, Malyorka və Evbeyadan sonra 8-ci yeri tutur. Əsas şəhəri Mitilenadır. == Tarixi == Şair Terpandr (e.ə. VIII əsr) bu adada anadan olmuşdur. Qədim yunan şairəsi Sapfo da e.ə. VII–VI əsrlərdə bu adada yaşayıb-yaratmışdır.
Lescaillea
Lescaillea (lat. Lescaillea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Lescaillea equisetiformis Griseb.
Lescaillea equisetiformis
Lescaillea (lat. Lescaillea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Lescaillea equisetiformis Griseb.
Leselidze
Leselidze (abx. Гьачрыҧшь, Гьечрыҧшь, gürc. ლესელიძე) — Gürcüstanda, Abxaziyanın şimal-qərbində kənd. Kənd Qara dəniz sahilində, Qaqra şəhərinin 14 km-də yerləşir. Kənd daxilində Abxaziya Qyaçrıpş dəmir yol dayanacağı var. == Əhalisi == 1959-cu ilin məlumatlarına görə Leselidze kəndində əsasən ruslar və estonlar olmaqla 646 nəfər yaşayırdı. Bütövlükdə kənd sovetində 2964 nəfər əhali yaşayırdı ki, əsasən rus-estonlar yaşayan Salme kəndi (1268 nəfər) və gürcülər-estonlar yaşayan Sulevo (1050 nəfər, 1959). 1989-cu ildə Leselidze kəndində 969 nəfər yaşayırdı. Artıq kənddə gürcülər və ermənilər yaşayırdı. 1990-cı illərdə baş verən müharibədən sonra Leselidzedə ermənilər və abxazlar, şimaldakı kəndlərdə isə ermənilər və estonlar üstünlük təşkil etməyə başladı.
Lesensiat
Lesensiat –[lat. lit(t)era – hərf; licentiatus – icazə, ixtiyar verilmiş] 1)mətbəə yığımında çap üçün bir ucunda hərf, işarə, rəqəm və s.-nin relyefli təsviri (qabarıq təsviri) olan düzbucaq formalı qısa brus. Metal, taxta və ya plastik kütlədən hazırlanır; çox vaxt mətbəə ərintisindən tökülmüş lesensiat işlədilir. Qabarıq təsvir rənglə örtüldüyündən çap prosesində kağız üzərində basma, ottisk (iz) alınır; 2)elmi dərəcə. Orta əsr universitetlərində bakalavr ilə doktor arasında keçid dərəcə. Fransa, İsveçrə, Finlandiya və Latın Amerikasının bəzi ölkərinin universitetlərində lesensiat elmi dərəcəsi indi də mövcüddür. == Ədəbiyyat == Əliquliyev R., .Şükürlü S, .Kazımova S. “Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər”. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Lesidren adası
Lesidren adası (bolq. остров Лесидрен, ‘Ostrov Lesidren’ 'os-trov 'le-si-dren) — Zed adaları arxipelaq qrupunun ikinci ən böyük və ən cənubdakı adasıdır. Ada Antarktidanın Cənubi Şetland adalarında, Varna yarımadasının Livinqston adasının şimal sahillərində yerləşmişdir. Ada buzlaqlardan azaddır və qayalardan təşkil olunmuşdur. Adanın uzunluğu 800 m, eni 600 m, səthinin sahəsi isə 33 hektardır. Ada qonşu ada olan Fanaqoriya adasından 130 m və Koşava adasından 140 m məsafədə yerləşmişdir. Ada 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur. Ada Bolqarıstanın şimal şəhərlərindən olan Lesidrenin adını daşıyır. == Yerləşməsi == Lesidren adası 62°26′10″ c. e.
Leskenski rayonu
Leskenski rayonu (kab.-çərk. Лэскэн куей, qaraç.-balk. Лескен район) - Rusiya Federasiyası, Kabarda-Balkariyanın tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Anzorey kəndidir. == Coğrafiya == Leskenski rayonu Kabarda-Balkariya Respublikasının cənub-şərq hissəsində yerləşir. Aşağıdakı ərazilərlə həmsərhəddir: cənub-qərbdə Çerek rayonu, qərbdə Urvan rayonu, şimal-şərqdə Mayski rayonu, həmçinin cənub və şərqdə Şimali Osetiya Respublikasının üç rayonu. Rayonun sahəsi 523.10 km²-dir. Rayonu ərazisini relyef xüsusiyyətlərinə görə iki hissəyə bölünür: dağətəyi və dağlıq. Rayonun əsas hissəsi respublikanın dağətəyi zonasında, cənub hissəsi isə dağlıq zonada yerləşir. Otlaq, meşə və qayalı silsilələr bir-birinə paralel ərazidən keçir.
Lesko qanadı
Lesko qanadı (fr. Aile Lescot) — Luvr sarayının ən qədim yerüstü hissəsidir. Tikili 1546-1551-ci illərdə memar Pyer Leskonun layihəsi əsasında inşa edilmişdir. İtalyan manyerizminin təsiri altında inşa edilmiş Lesko qanadı Paris intibah stilini formalaşdırmaqla, sonradan yarnmış Fransa klassisizm memarlığı üçün təməl rolunu oynamışdır. == Tarixi == Kral I Fransiskin hakimiyyəti dövründə memar Pyer Lesko (1510-1578) Luvr sarayının inşa işlərinə başçı memar təyin edilir. I Fransiskin ölümündən sonra onun varisi II Henrix də Leskonun işləri davam etməsini təsdiqləyir. Bundan sonra Lesko ölümünə kimi Luvr sarayının inşa işlərinə rəhbərlik edir. Memar yalnız Lesko qanadı, Kral pavilyonu və Karre həyətinin cənub qanadının bir hissəsində inşaat işlərini tamamlaya bilir. Binada Lesko tərəfindən yaradılmış interyerlərdən yalnız Müdafiəçilər otağı (fr. Salle des Gardes) və II Henrix pilləkəni dövrümüzə çatmışdır.
Leskov adası
Leskov adası (ing. Leskov Island) — elə də böyük olmayan, Atlantik okeanın cənubunda yerləşən, Cənubi Sandviç adaları qrupuna daxil olan. İnzibati cəhətdən Böyük Britaniyanın Cənubi Georgiya və Cənubi Sandviç adalarına daxildir. == Şəkil == Leskov adası Cənubi Georgiyadan 520 km cənub-şərqdə qərarlaşır. Antarktidadan şimal-şərqdə yerləşir. Vısoki adası və Zavadovski adası ilə birlikdə Taverse arxipelaqını əmələ gətirir. Adanın sahəsi 0,3 km²-dir. Ada vulkanik məşhəllidir. Cənubi Sandviç adaları adalarından bir çox xüsusiyyətləri ilə seçilir. Bu ada bir xətt üzərində yerləşmir.
Leskyur-Jaul
Leskür-Jaul (fr. Lescure-Jaoul, oks. L'Escura) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Salveta-Peyrale kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12128. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 90 km şimal-şərqdə, Rodezdən isə 37 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 258 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 140 nəfər arasında (15-64 yaş) 98 nəfər iqtisadi fəal, 42 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 70.0%, 1999-cu ildə 71.4%).
Leskür-Jaul
Leskür-Jaul (fr. Lescure-Jaoul, oks. L'Escura) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Salveta-Peyrale kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12128. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 90 km şimal-şərqdə, Rodezdən isə 37 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 258 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 140 nəfər arasında (15-64 yaş) 98 nəfər iqtisadi fəal, 42 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 70.0%, 1999-cu ildə 71.4%).
Lesley Dali
Lesley Dali (d. 28 iyun 1966; Bedford, Birləşmiş Krallığ) — Avstraliyanı təmsil edən batut gimnastı. Lesley Dali, 2004-cü ildə Avstraliyanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Lesley Dali, 2004-cü ildə Avstraliya bayrağı altında Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların təsnifat mərhələsində Dali, 58.90 xal topladı və 16 idmançı sırasında 14-cü yeri tutaraq mübarizəni dayandırdı.

Digər lüğətlərdə