Kane & Lynch: Dead Men
Kane & Lynch: Dead Men (azərb. Keyn və Linç: Ölümə məhkumlar) — IO Interactive tərəfindən yaradılan və üçüncü-şəxs atıcı janrında olan oyun. Geympleydə iki nəfər, bir-birindən xasiyyətcə tamamilə fərqli qəhrəmanların birgə hərəkətləri ideyası dayanır. PC ilə yanaşı oyun həmçinin PlayStation 3, Xbox 360 və mobil telefonlar üçün buraxılıb. Videooyun sənayəsində ən keyfiyyətli və təsirli oyunlardan biri olmuş və yüksək rəy alaraq ikinci hissəsi yaradılmışdır.
== Oyun prosesi ==
Bütün birnəfərli oyun iki əsas qəhrəmanın sıx əməkdaşlığı ilə gedir. Oyun boyu oyunçu Keyni, süni intellekt isə Linçi idarə edir. Kane & Lynch-də həmçinin kooperativ oyun imkanı da var ki, burada qəhrəmanların hər ikisini oyunçular idarə edir. Fərdi kompüterdə birgə oyun ən azı bir Xbox 360 kontrolleri olduqda mümkündür. Yaradıcıların əsas ideyası qəhrəmanların xasiyyətini oyundakı hərəkət tərzinə keçirməkdir.