Möhkəm qoz (film, 2007)
Məğlubedilməz 4.0 — 2007-ci ildə istehsal olunmuş döyüş filmi.
== Qısa məzmun ==
Dünyanı yenə də yeni terror dalğası bürüyüb. Ümumdünya kompüter şəbəkəsi terrorçuların əlindədir. Hükumət və xüsusi xidmət orqanları gücsüzdür. Con Makleyn yenə də terrorçularla mübarizəyə qalxır. O, uzun müddətdir ki, istefadadır. Amma bu dəfə söhbət onun ailə üzvlərinin həyatından gedir.
== Film haqqında ==
Brüs Uillisin dublyoru Larri Rippenkrüger çəkiliş zamanı səkkizmetrlik hündürlükdən yıxılaraq ciddi xəsarət alıb. Çəkilişlər təxirə salınıb və Larri bir neçə ay klinikada yatıb. Onun çilik-çilik olmuş bilək, sifət və kəllə sümüklərini titan protezlərlə əvəz ediblər.