MÜĞAYİRƏT
MÜĞƏYYƏBAT
OBASTAN VİKİ
Anitta (müğənni)
Larissa de Masedo Maçado (port. Larissa de Macedo Machado; 30 mart 1993, Rio-de-Janeyro) — əsasən Anitta səhnə adı ilə tanınan Braziliya müğənnisi, bəstəkarı, aktrisası, rəqqasəsi, televiziya aparıcısı və iş qadını.
Araş (müğənni)
Arəş Ləbaf (23 aprel 1977, Tehran) — Iran əsilli İsveç müğənnisi, bəstəkar, prodüser. == Həyatı == Arəş Ləbafzadə 1977-ci ildə İranın paytaxtı Tehran şəhərində anadan olub. Babası Ərdəbildən olan azərbaycanlı idi. Avroviziya Mahnı Müsabiqəsində çıxış edən ilk iranlı olduğu bildirilir. 10 yaşına qədər Tehranda yaşayıb. Sonra ailəsi ilə birlikdə İsveçin Uppsala şəhərinə köçüb. Burada Arəş dostları ilə birlikdə yaşıdları üçün mahnılar oxumağa başlayır. Soyadını da elə o zaman dəyişib Ləbaf (isv. Labaf) edir. 5 il sonra isə Malmöyə köçür.
Arəş (müğənni)
Arəş Ləbaf (23 aprel 1977, Tehran) — Iran əsilli İsveç müğənnisi, bəstəkar, prodüser. == Həyatı == Arəş Ləbafzadə 1977-ci ildə İranın paytaxtı Tehran şəhərində anadan olub. Babası Ərdəbildən olan azərbaycanlı idi. Avroviziya Mahnı Müsabiqəsində çıxış edən ilk iranlı olduğu bildirilir. 10 yaşına qədər Tehranda yaşayıb. Sonra ailəsi ilə birlikdə İsveçin Uppsala şəhərinə köçüb. Burada Arəş dostları ilə birlikdə yaşıdları üçün mahnılar oxumağa başlayır. Soyadını da elə o zaman dəyişib Ləbaf (isv. Labaf) edir. 5 il sonra isə Malmöyə köçür.
Asya (müğənni)
Asya (24 fevral 1965, Əskişəhər) — türk müğənni. Musiqiyə meyli ibtidai məktəb illərində başlayan orta məktəb illərində Türk Xalq musiqisi xoruna davam edən Tülay Keçialan, Əskişəhər / Əhməd Qanadlı Liseyində oxuyarkən Milliyyət Qəzeti Liseylər Arası Musiqi Yarışmasında Türk Xalq musiqisi filialında solist olaraq birinci seçilmişdir. Liseydən məzun olduqdan sonra musiqi həyatına Bodrumda başlayan və daha sonra Ankarada davam edən Tülay Keçialan, Nilüfer prodüserliyində hazırladığı ilk albomuna qədər səhnə adı olaraq Tülay Saygın adını istifadə etmişdir. == Albomları == Asya (1994) (1994) Asya (1996) (1996) Günahsız (1999) Dönməm yolumdan (2002) Eşqdir məni gözəl edən (2007) == Digər işləri == Eurovision Mahnı Yarışması Türkiyə Finallarında Selmi Andak Bəstələri (1975–1995) , (TRT/2003) , Asiya bu albomda "Zamanda Gəzinti" adlı mahnını şərh etmişdir. Beynəlxalq Mükafatlı Selmi Andak Mahnıları, (Sakman Musiqi/2003) , Asiya bu albomda "Dinlə" adlı mahnını şərh etmişdir. Summer In Turkey, (Sony Musiqi Türkiyə/2003) , Asiya bu albomda "Boşver Həyat Qısa (Remix) " adlı mahnını şərh etmişdir. == Nəşr olunmayan işləri == Qışqır Sevda dağlarına Səhv kimdə (remiks) == Mükafatları == Milliyyət Qəzeti Liseylər Arası Musiqi Yarışması Türk Xalq musiqisi budağında birincilik; 1992 Quşadası Qızıl Göyərçin Mahnı Yarışmasında birincilik.
Avrora (müğənni)
Avrora Aksnes (15 iyun 1996, Stavanqer[d], Ruqalann[d]) — Aurora kimi tanınan Norveçli müğənni, mahnı-müəllifi və musiqi prodüseri. Altı yaşında ilk mahnılarını yazmağı və rəqs etməyi öyrənməyə başlayıb. Onun bəzi mahnıları internetə yükləndikdən və Norveçdə məşhurlaşdıqdan sonra o, 2014-cü ildə Petroleum Records, Decca və Glassnote Records ilə səsyazma müqaviləsi imzaladı. Avrora debüt mini albomu olan "Running with the Wolves" (2015) ilə tanındı, albom "Runaway" hitini ehtiva edirdi.
BamBam (müğənni)
Kunpimook Bhuvakul (tay กันต์พิมุกต์ ภูวกุล ;2 may 1997, Banqkok) səhnə adı ilə BamBam(kor. 뱀뱀;tay แบมแบม) ,taylandlı repçi,müğənni, mahnı müəllifi və Cənubi Koreya-lı oğlan qrupu Got7 -nin üzvüdür. == Bioqrafiya == BamBam 2 may 1997-ci ildə Banqkok,Taylandda doğulmuşdur.Ailəsi anası və üç qardaşından ibarətdir. Atası 3 yaşında ikən dünyasını dəyişmişdir. BamBam, Koreya mədəniyyəti ilə maraqlanırmış və Rain fanatı olaraq anası ilə qrupun bir neçə konsertlərinə getmiş və buna görə müğənni olmaq arzusunda olmuşdur. Ondan ilhamlanaraq, 10 yaşında rəqs etməyə və oxumağı öyrənməyə başladı. O Blackpink üzvü Lisa ilə "We Zaa Cool" rəqs qrupunun bir hissəsi oldu. 2007-ci ildə Tayland Rain Cover Dance Yarışmasında birincilik qazandı və 2010-cu ildə Tayland LG Entertainer Competition -da ikinci oldu. 13 yaşında Taylandda JYP World Tour Audition -dan keçdi və stajyer olmaq üçün Cənubi Koreya-ya köçdü. 9 Aprel 2018-ci ildə, BamBam hərbi xidmətə getmək üçün Taylanda qayıtdı, bölgəsində könüllü və qırmızı vərəqə toplama kvotasına görə xidmətdən azad edildi.
Blanş (müğənni)
Elli Delvo (fr. Ellie Delvaux; d. 10 iyun 1999, Brüssel, Belçika) və ya səhnə adı ilə Blanş (fr. Blanche) — Belçika müğənnisi və bəstəkarı. O, Belçikanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Elli Delvo 10 iyun 1999-cu ildə Belçikanın paytaxt şəhəri olan Brüsseldə anadan olmuşdur. Elli milliyətcə yəhudidir və fransız, idiş, ivrit və ingilis dillərində sərbəst danışa bilir. O kiçik yaşlarında musiqi ilə maraqlanmış və daha sonra musiqili teatrlarda keçirilən dərslərdə iştirak etmişdir. Elli 16 yaşında ikən Belçikanın The Voice səs yarışmasında iştirak etmişdir. == Musiqi karyerası == === 2016: The Voice Belgique === 2016-cı ilin yanvar ayında Blanş Belçikanın The Voice səs yarışmasının beşinci mövsümündə dinləmələrdə iştirak etmişdir.
Bülbül (müğənni)
Bülbül (tam adı: Murtuza Məşədi Rza oğlu Məmmədov; 22 iyun 1897, Şuşa – 26 sentyabr 1961, Bakı) — Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin banisi, professor (1940), SSRİ xalq artisti, "Stalin" mükafatı laureatı. == Həyatı == Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur. 1907-ci ildə Bülbül Şuşa mollaxanasında musiqi təhsili almağa başlamışdı. 1909-cu ildə Bülbül Gəncəyə köçür. Burada gənc xanəndənin şöhrəti başlayır. 1911-ci ildə onu Tiflisə, ictimai yığıncaqlar keçirilən yay binasında çıxışa dəvət edirlər. Burada o, məşhur gürcü müğənnisi ilə tanış olur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır. 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z. Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynamışdır.
Cenni (müğənni)
Kim Cenni (16 yanvar 1996, Gangnam) — Cənubi Koreyalı müğənni,aktrisa və reper. 2016-cı ildə YG Entertainment tərəfindən qurulan qız qrupu "Blackpink"-in əsas repçisi və aparıcı vokalıdır. Cənubi Koreyada doğulub böyüyən Cenni 2010-cu ildə Cənubi Koreyaya qayıtmazdan əvvəl səkkiz yaşında beş il Yeni Zelandiyada təhsil alıb. 2018-ci ilin noyabrında, Cenni "Solo" sinqlı ilə solo sənətçi kimi çıxış etdi. Mahnı həm Gaon Digital Chart-da, həm də Billboard-un Dünya Rəqəmsal Mahnılar cədvəlində birinci yeri tutaraq, yerli və beynəlxalq səviyyədə kommersiya uğuru qazandı. == Həyatı == === İlk İllər === Kim Jennie 16 yanvar 1996-cı ildə Cənubi Koreya-nın Seul şəhərində anadan olub. Səkkiz yaşında olarkən ailəsi ilə birlikdə Avstraliya və Yeni Zelandiya-ya səyahətə getdi. Yeni Zelandiyada olarkən anası ondan bu yerin xoşuna gəldiyini və qalmaq istədiyini soruşdu, Jennie "hə" cavabını verdi. Bir il sonra Yeni Zelandiya-nın Auckland şəhərindəki (Waikowhai) Vaikovai Orta məktəbinə oxumağa göndərildi. 2006-cı ildə "English, Change To Survive" MBC sənədli filmində rol aldı.
Cessi (müğənni)
Cessika Ho (ing. Jessica Ho; (doğum adı kor. 호현주),(ing. Ho Hyun-joo); 17 dekabr 1988, Nyu-York, Nyu-York ştatı), səhnə adı ilə Cessi (ing. Jessi) Cənubi Koreyada yaşayan Koreyalı-Amerikalı reper, müğənni və mahnı müəllifidir. Nyu Yorkda anadan olub və 15 yaşında Cənubi Koreyaya köçüb. == Karyera == === 2005–2014: Erkən karyera və Lucky J === Cessi 2005-ci ildə "Get Up" tək albomu ilə debüt etdi. 2006-cı ildə "Uptown" hip-hop qrupu onu orijinal vokalist Yun Mirae-ni əvəz edərək, ""Testimony albomunda təqdim etdi. 2009. Sərbəst buraxıldıqdan sonra musiqiyə ara verdi və ABŞ-yə qayıtmaq üçün Koreyanı tərk etdi.
Cher (müğənni)
Cher (ing. Cher; 20 may 1946[…], El-Sentro[d], Kaliforniya) — erməni əsilli ABŞ müğənnisi, prodüseri və aktrisası. Əsl adı "Şerilin Sarkisyan Lapyer Bono Ollmen (ing. Cherilyn Sarkisian LaPiere Bono Allman) kimi səslənir. == Həyatı == Şerilin Sarkisyan 20 may 1946-cı ildə Kaliforniya ştatında anadan olmuşdur. Anası ABŞ aktrisası, müğənnisi və modeli Corciniya Holt, atası isə erməni əsilli Con (Karapet) Sarkisyan sürücü idi. İlk dəfə Şerilin musiqi karyerasına 17 yaşdan başlamışdır. 1965-ci ildə ifaçı Sonni Bono lə tanış olur və «I Got You Babe» adlı mahnısı ilə populyarlıq qazanır. Həmin illərdən başlayaraq filmlərə çəkilmiş və Qızı Qlobus, Oskar kimi mükafatlara layiq görülmüşdür. Şerilin Sonnidən ayrıldıqdan sonra Qreq Ollmenlə ailə həyatı qurmuş və ondan 1976-cı ildə Ellayc Blu Ollmen adlı övladı dünyaya gəlmişdi.
Damla (müğənni)
Doğuş (müğənni)
Orxan Baltaçı (türk. Orhan Baltacı) ya da tanınan adı ilə Doğuş — türk pop müğənnisi. == Həyatı == Doğuş 30 iyun 1974-cü ildə Almaniyada anadan olub. Əslən Rizənin İkizdərəli kəndindən olan müğənni 4 yaşında ailəsi ilə birlikdə Türkiyəyə köçüb. Ailədaxili problemlər üzündən evdən qaçıb və kiçik yaşlarından küçədə yaşamağa başlayıb. Özünə "Doğuş" təxəllüsü götürüb. Musiqiçi kimi 1997-ci ildə özünün söz və musiqilərindən ibarət olan "DOĞUŞ" albomunu buraxmaqla tanınıb. 2014-cü ildə Azərbaycanda "Səni axtarıram" adlı proqramın aparıcısı olan Xoşqədəm Hidayətqızı ilə evlənib. Hazırda 3 övladları var:1999 təvəllüdlü Zaur, 2016 təvəllüdlü Arda və Arın.
Dreyk (müğənni)
Dreyk (əsl adı: Obri Dreyk Qrem; 24 oktyabr 1986[…], Toronto, Kanada) — Kanadalı repçi, müğənni. O, populyar musiqi sənayesində nüfuzlu bir şəxs kimi öz adını təsdiqləyib. Çoxları onu müasir hip-hop musiqisinin səsini formalaşdırdığına görə təqdir edir. Dreyk 2001–2008-ci illərdə CTV telekanalının efirində yayımlanan "Degrassi: The Next Generation" serialında oynadığı roluna görə məşhurluq qazanıb. 2006-cı ildə o, "Room for Improvement" adlanan debüt miksteypini buraxaraq musiqi karyerasına başlayıb. "Comeback Season" və "So Far Gone" adlı iki miksteypini təqdim etdikdən sonra 2009-cu ildə Young Money Entertainment şirkəti ilə səsyazma müqaviləsi bağlayıb. Dreykin ilk üç studiya albomu: "Thank Me Later" (2010), "Take Care" (2011) və "Nothing Was the Same" (2013) böyük müvəffəqiyyət əldə etmişdir. Albomlara daxil olan sinqllar: "Find Your Love", "Take Care", "Started from the Bottom" və "Hold On, We're Going Home" ABŞ-də musiqi cərgələrinin zirvəsinə yüksəlmişdir. Dreyk "Views" adlanan dördüncü albomunu 2016-cı ildə təqdim etmişdir. Bu albom 13 həftə ərzində Billboard 200 hit-paradına başçılıq edərək onun uğurunu növbəti səviyyəyə qaldırıb.
Elissa (müğənni)
Elissa (əsl adı İlisar Zəkəriyya Xuri; ərəb. إليسار زكريّا خوري‎, ALA-LC transkripsiyası: Ilīsār Zakariyyā Khūrī; 27 oktyabr 1972, Deyr əl-Əhmər[d], Bəəlbək-əl-Hirmil mühafəzəsi) — Livan müğənnisi. == Kariyeri == Kariyerinə 1998-ci ildə çıxardığı "Baddi Doub" ilk albomundan sonra qısa zamanda Ərəb musiqi dünyasının ən güclü səslərindən biri olan müğənni, albomlarından birində mahnılarının yarısını Türk dilində mahnıların aranjmanlarından ibarət idi. 2000-ci ildə Çelik Erişcinin "Unutamam" mahnısına Fransızca və İspanca vokallar oxumuşdur. Ayrıca Livan adına Pepsi reklamında oynayan ilk Livanlı qadın sənətçi olmuşdur. "Ahla Dounya" albomu ilə 31 avqust 2005-ci ildə Hollywooddakı Kodak Teatrında Orta Şərq və Şimali Afrikanın 2005-ci ilin "Ən yaxşı Ərəb müğənnisi" və "Ən Çox Satış Ödülü"nü almışdır. Son olaraq Ceb Məmi ilə birlikdə "Kont Fi Sertak" adlı mahnınıı səsləndirmiş, mahnı qısa zamanda geniş ilgi görmüşdür. Elissa bir çox Türk sənətçiyə də mahnılar vermişdir.
Müğənni
Müğənni — peşəkarcasına mahnı oxuyan; mahnı, romans, ariya, xor və s. vokal musiqisi ifa edən şəxs. Müğənni — vokalistin bariz nümunəsi.
Emin (müğənni)
Emin Araz oğlu Ağalarov, səhnə adı: Emin (12 dekabr 1979, Bakı) — bəstəkar, müğənni, biznesmen. Azərbaycanın xalq artisti (2018). == Həyatı == Emin Ağalarov 12 dekabr 1979-cu ildə Bakıda anadan olub, 4 yaşından Moskvada yaşayır. Təhsilini İsveçrədə və ABŞ-də alıb. Marymount Manhattan College (Nyu-York) bitirib və "Maliyyə sahəsində biznes-menecment" diplomu var.. Rusiyada bizneslə məşğul olur və GQ jurnalının 2011-ci ildə "İlin İş Adamları" namizədləri arasından birinci yerə çıxmışdır. === Sahibkarlıq fəaliyyəti === Crocus Group adlı Rusiyanın ən iri developer şirkətlərindən birinin vitse-prezidentidir.. Bu kommersiya layihələrinə başçılıq edir: Krokus Siti ticarət-sərgi mərkəzinin strukturasına daxil olan, Krokus Siti Moll ticarət kompleksi və Krokus Siti Holl konsert zalı Vegas Arxivləşdirilib 2015-05-08 at the Wayback Machine ticarət-əyləncə komplekslərinin şəbəkəsi Nobu, Zafferano, Shore House, Edoko, Rose Bar restoranları Sea Breeze Resort developer layihəsi (Nardaran) === Musiqi karyerası === Emin ABŞ-də olarkən musiqiyə marağı başlayıb. Xüsüsən Frenk Sinatra, Elvis Presli və özünün müəllimi kimi tanıtdığı Müslüm Maqomayev onun kumirləri arasındadır. 2006-cı ildə onun ilk Still adlı ingiliscə albomu çıxıb və albomla eyni adı daşıyan mahnı hitə çevrilib.
Gülşən (müğənni)
Gülşən (29 may 1976, Çapa[d]) — Türkiyəli müğənni, bəstəkar.
Hadisə (müğənni)
Hadisə Açıqgöz (22 oktyabr 1985, Mol[d], Flamand regionu[d]) — Belçikada doğulmuş, həm Belçika, həm Türkiyə vətəndaşı olan müğənni və televiziya aparıcısı. Belçikada təşkil olunan "Pop İdol" yarışması ilə tanınmışdır. == Həyatı == Hadisə 22 oktyabr 1985-ci ildə Anvers şəhəri yaxınlığında yerləşən Mol qəsəbəsində anadan olmuşdur. Atası əslən ləzgi, anası isə qumuq kökənlidir . Ailəsi Sivasın Yıldızeli ilçəsinin Yavu və Fındıcak kəndlərindəndir. 2003-cü ildə Türkiyədəki Pop Star müsabiqəsinin oxşarı olan Pop İdol müsabiqəsində iştirak etmişdir. Bu müsabiqənin qalibi olmasa da, təşkilatçılar ona mahnılarından ibarət albom çıxarmasını təklif etmişdirlər. === Sweat === Hadisənin ilk klipi Sweat 1 noyabr 2004-cü ildə televiziya ekranlarına çıxdı. Bu mahnının uğurlu alınması ilə klipləri musiqi kanallarında tez-tez göstərilməyə başlandı. İkinci albomu Stir Me Up, 6 may 2005-ci ildə çıxdı və Avropada bəyənildi.
Hiss (müğənni)
Hiss (Röya Məmmədova; 13 iyul 1995, Bakı) — azərbaycanlı müğənni. == Həyatı və fəaliyyəti == 13 iyul 1995-ci ildə Bakıda doğulub. Üç yaşından etibarən qardaş-bacısı ilə uşaq evində (SOS Uşaq Kəndi) böyüyüb. 2013–2017-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasıda neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alıb. Hiss musiqi ilə maraqlanmağa 14 yaşında başlayıb. O, 15 yaşında Sən bir nəğməsən adlı musiqi yarışmasında iştirak edib. Professional sənətdə ilk mahnısı 2018-ci ildə ifa etdiyi "Mirvarilər" olub. Röya Məmmədova müğənni Röya Ayxanı nəzərdə tutaraq “ikinci Röya ola bilməz” deyə onu inandıran dostunun məsləhəti ilə səhnə adını Hiss olaraq seçib. Onun sayca beşinci treki olan "İstəmirəm" aylar ərzində Shazam Türkiyə çartında top 50-də yer alıb. Mahnıya çəkilmiş klip YouTube-da 20 milyondan çox izlənilib.
Hozier (müğənni)
Andryu Hozier-Birn (17 mart 1990, Brey) — İrlandiyalı müğənni. Hozier adlı ilk albomu 19 sentyabr, 2014-cü ildə çıxmışdır. == Həyatı və karyerası == === İlk illəri === Musiqi ilə əlaqədar ailədə doğulan Hozier, 2009-dan 2012-yə qədər Anuna adlı musiqi qrupunda üzv olmuşdur. O, həmin qrupun Hollandiya və Norveçdə olan konsertlərində də iştirak etmişdir. === Solo karyerası === 2013-cü ildə Hozier Take Me To Church adlı mahnısını yayımladı və bu mahnı onu məşhurlaşdırdı. Bu mahnı həmçinin 57-ci Qremmi mükafatının "2015-ci ilin Ən yaxşı Mahnısı" mükafatına namizəd olub. Daha sonra isə ''Work Song'', '' From Eden'' kimi mahnıları da yayımlanmışdır.
Hvasa (müğənni)
An He-cin (kor. 안혜진), 23 iyul 1995, Concu) və ya səhnə adı ilə Hvasa (kor. 화사) – Cənubi Koreyalı müğənni, repçi, mahnı müəllifi, bəstəkar və model. 2014-cü ildə Mamamoo qız qrupunun üzvü olaraq debüt etmişdir. Musiqisinə təsir etmiş ifaçı kimi Beyonse-ni göstərir. Yazı və bəstəkarlıqda iştirak etdiyi "Twit" rəqəmsal sinqlı ilə 2019-cu ilin fevral ayında solo sənətçi kimi debüt etmişdir. 2020-ci ilin mart ayında Hvasa ingilis müğənni Dua Lipa ilə birlikdə Lipanın "Physical" mahnısının remiksi üçün koreyaca sözləri əlavə edib. 2020-ci ilin avqust ayında isə 10 oktyabrda "Don't Touch Me" adlı sinql ilə debüt edən dörd nəfərdən ibarət "Refund Sisters" adlı (kor. 환불 원정대) superqrupun üzvü biri olaraq debüt etmişdir. "Maria" adlı EP-i ilə Hvasa ABŞ iTunes albomları çartında üst sıralarda yer alan ilk koreyalı qadın solo sənətçisi olmuşdur.
Jewel (müğənni)
Jewel (23 may 1974) — müğənni. == Həyatı == 23 may 1974-cü ildə Yutada doğulmuşdur və qısa bir zamanda Alyaskaya köçmüşdürlər. Anası Lenedra J. Carroll İrland əsilli, Atası alman-isveçrə əsillidir.
LiSA (müğənni)
Risa Oribe (織部 里沙, Oribe Risa, d. 24 iyun 1987) və ya səhnə adı ilə LiSA (Live Is Smile Always ifadəsinin qısaltması) — Aniplex şirkəti üçün fəaliyyət göstərən Yaponiya pop müğənnisi və söz yazıçısı. Yaponiyanın Gifu prefekturasının Seki şəhərində anadan olmuşdur. Erkən yaşlarda musiqiçi olmağa qərar vermiş və musiqi karyerasına Chucky adlı indi qrupunda başlamışdır. Musiqi qrupunun 2008-ci ildə fəaliyyətini dayandırmasından sonra LiSA solo karyerasını davam etdirmək üçün Tokio şəhərinə köçmüşdür. 2010-cu ildə əsas debütünü etmişdir: uydurma Girls Dead Monster qrupunun iki vokalistindən biri kimi "Angel Beats!" anime serialı üçün mahnılar ifa etmişdir. 2011-ci ilin aprelində "Letters to U" adlı mini-albomunu buraxaraq solo debütünü etmişdir. LiSA 2010-cu ilin avqustunda Animelo Summer Live festivalında, 2012-ci ildə isə Anime Expo tədbirində çıxış etmişdir. Anime Festival Asia tədbirinin daimi qonağıdır. LiSA-nın mahnıları "Sword Art Online", "Fate/Zero" və "Demon Slayer" kimi bir çox anime seriallarında səsləndirilmişdir.
Manqo (müğənni)
Manqo, əsl adı Cuzeppe Manqo (6 noyabr 1954 – 7 dekabr 2014) — məşhur İtaliya müğənnisi. Manqo pop, rok, folk, etnik musiqini birləşdirən üslubu və geniş vokal diapazonu ilə tanınırdı.
Anar Şuşalı (müğənni)
Anar Şuşalı (Hüseynli Anar Vaqif oğlu 12 iyul 1978, Şuşa, Dağlıq Qarabağ) — opera-kamera müğənnisi, Azərbaycan Respublikasının Əməkdar artisti (2008). == Həyatı == Anar Şuşalı (Hüseynli) 12 iyul 1978-ci ildə Şuşa şəhərində anadan olmuşdur. 1984-cü ildə Şuşa şəhər 1 saylı orta məktəbə, 1989-cu ildə isə Şuşa musiqi məktəbinin tar sinfinə daxil olmuşdur. 1992-ci ilin may ayında Şuşa şəhərinin ermənilər tərəfindən işğalı ilə əlaqədar məcburi köçkün kimi Bakı şəhərində məskunlaşmışdır. 1994-cü ildə Bakı şəhərindəki 36 saylı musiqi məktəbinin tar sinfini, 1995-ci ildə isə Bakı şəhərindəki 13 saylı Şuşa orta məktəbini bitirmişdir. Həmin ildə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının solo oxuma fakültəsinə daxil olmuşdur. 1999-cu ildə Bakı Musiqi Akademiyasını solo oxuma ixtisası üzrə bakalavr dərəcəsini, 2001-ci ildə vokal ixtisası üzrə magistr dərəcəsini, 2003-cü ildə isə həmin ixtisas üzrə aspirantura dərəcəsini bitirmişdir. Bu müddət ərzində bir çox incəsənət xadimlərinin yubiley konsertlərində, Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunmuş konsertlərdə və müxtəlif dövlət tədbirlərində dəfələrlə çıxışlar etmişdir. Bir sıra xarici ölkədə — Yaponiya, Fransa, Norveç, İtaliya, Almaniya, Özbəkistan, Türkiyə, Rusiya, İran, Ukrayna, Koreya, Çin, Pakistan, Misir, Türkmənistan, Tacikistan, Qırğızıstan və Küveytdə Azərbaycan mədəniyyətini uğurla təmsil etmişdir. 2008-ci ilin sentyabr ayında vokal sahəsində yaradıcılığını və xidmətlərini yüksək qiymətləndirən Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Aqşin Abdullayev (müğənni)
Aqşin Akif oğlu Abdullayev (2 avqust 1985, Bakı) — Azərbaycan Respublikasının əməkdar artisti. == Həyat və fəaliyyəti == Aqşin Abdullayev 2 avqust 1985-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1992-ci ildə Binəqədi rayonu Rüstəm Əliyev adına 3 saylı orta məktəbə daxil olmuşdur. 2003-cü ildə həmin məktəbi bitirmişdir. Həmin il yüksək nəticələr ilə Bakı Musiqi Akademiyasının "Solo oxuma", Kalssika fakültəsinə daxil olmuş, 2007-ci ildə akademiyanı fərqlənmə ilə bitirmişdir. 2007-ci ildən "ÜNS" yaradıcılıq sahəsinin solistidir. "ÜNS" yaradıcılıq səhnəsinin ilk tamaşası olan "Bakı" tamaşasında baş rol ifa etmişdir. 2010-cu ildən Azərbaycan Dövlət Filarmoniyasının artistidir. === Ailəsi === Ailəlidir. İki övladı var.
Aslan Hüseynov (müğənni)
Aslan Hüseynov (17 may 1967, Cambul vilayəti, Qazaxıstan SSR – 4 may 2021, Bakı, Azərbaycan) — Azərbaycan müğənnisi. == Həyatı == Aslan Hüseynov 1967-ci il mayın 17-də Qazaxıstanın Cambul vilayətində anadan olub. Ailədə iki bacı, iki qardaş olublar. Orta məktəbi elə orada bitirən Aslan daha sonra Qırğız Dövlət universitetininin hüquq fakültəsinə daxil olub və təhsilini uğurla bitirib. Musiqiyə həvəskar olan Aslan Hüseynov Qazaxıstanda Abay adına Qazax Milli Vokal Studiyasında musiqi təhsili alıb. Sonralar Azərbaycana köçən Aslan müğənnilik fəliyətini burada davam etdirib. Onun ən məşhur ifaları olan "Reyhan", "İgidlər", "Bulaq suyu, dağ havası" və "Of dədə" Azərbaycan tamaşaçıları tərəfindən sevilib. Müğənni zaman-zaman Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan səhnələrində Azərbaycan mədəniyyətini təmsil etmiş, bir çox uğurlu layihələr həyata keçirmişdir. == Ailəsi == Aslan Hüseynov 2001-ci ildə ailə qurub, iki övladı vardır. Böyük oğlu Polad 2003-cildə, qızı Afərim isə 2006-cı ildə anadan olub.
Azər Zeynalov (müğənni)
Azər Zeynalabdin oğlu Zeynalov (13 dekabr 1964, Naxçıvan) — Azərbaycan və Dağıstan Respublikalarının Xalq artisti, professor. == Həyatı == Azər Zeynalov 1964-cü il dekabrın 13-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1969-cu ildən Bakıda yaşayan Azər 1972-ci ildə 132 saylı orta məktəbə və 12 saylı musiqi məktəbinin fortepiano sinfinə getmişdir. 1982-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram rejissorluğu şöbəsinə daxil olmuş, arada 2 il hərbi xidmətə getmiş və 1989-cu ildə dram rejissoru ixtisası ilə təhsilini başa vurmuşdur. 1990-cı ildə musiqiyə olan sevgisi onu Rəşid Behbudov adına Dövlət Mahnı Teatrına gətirmiş və bir müğənni kimi o, ilk addımlarını bu teatrın səhnəsində atmışdır. Bərabər olaraq Rafiq Babayevin "Cəngi" ansamblında da fəaliyyət göstərmiş və həmin il "Odlar Yurdu Bakı-90" mahnı müsabiqəsinin laureatı seçilmişdir. 1992-ci ildə 2-ci təhsil almaq üçün Bakı Musiqi Akademiyasının vokal şöbəsinə daxil olmuşdur. 1994-cü ildə İtaliyada qəbul imtahanı verərək "Aqostino Steffani" adına (Kastelfranko Veneto şəhəri) İtaliya Dövlət Konservatoriyasının vokal şöbəsinə qəbul olmuş, orada dahi italyan müğənnisi Mario del Monakonun vaxtilə tələbəsi və asistenti olmuş professor Alemanno Osvaldodan 2 il vokal dərsi almış, 1996-cı ildə "Opera ifaçısı" ixtisası ilə oranı bitirib Azərbaycana dönmüş və Bakı Musiqi Akademiyasında yarımçıq qalmış təhsilini də başa vurmuşdur. 1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. "Liriko-dramatik tenor" səs tembrinə malik olan Azər Zeynalov Avropanın və Azərbaycanın klassik operalarında baş rolların ifaçısıdır.
Azərbaycan müğənniləri
Bu siyahıda Azərbaycan müğənnilərinin siyahısı verilmişdir.
Azərbaycan müğənnilərinin siyahısı
Bu siyahıda Azərbaycan müğənnilərinin siyahısı verilmişdir.
Cahangir Qurbanov (müğənni)
Qurbanov Cahangir Qafar oğlu (17 sentyabr 1976, Sumqayıt) — Azərbaycan müğənnisi. == Həyatı == Cahangir Qurbanov 1976-cı 17 sentyabrda Sumqayıt şəhərində anadan olub. Naxçıvan Muxtar Respublikasında böyüyüb, burada 3 N-li orta məktəbdə orta təhsilini başa vurduqdan sonra Naxçıvan Dövlət Universitetinin Hərbi fiziki təlim fakültəsinə daxil olub. 1998-ci ildə ali təhsil aldıqdan sonra Bakı şəhərinə köçüb. Bir neçə beynəlxalq festivalın qalibi və qranpri mükafatçısıdır. 2009-2010-cu illərdə ATV telekanalında "Yeni Ulduz" tele-yarışmasının qalibi olub. 2012-ci ildə Üzeyir Hacibəyli adına Bakı Musiqi Akademiyasının solo oxuma fakültəsinə daxil olub (professor Hüseyin Əliyevin sinfinə). 2013-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. Aparıcı solist-vokalçı kimi teatrın repertuarında olan əksər milli və klassik opera tamaşalarında əsas rollarda çıxış edir. "Leyli və Məcnun"da Nofəl, "Şah İsmayıl"da Aslan şah, "Sevil"də Atakişi, "Toska"da Anjelotti, "L'elisir D'amore" Belkore, "Pagliacci" Silvio və s.
Eldar Əliyev (opera müğənnisi)
Eldar Tofiq oğlu Əliyev — Azərbaycanlı opera müğənnisi (bas). 1992-ci ildə İtaliyanın məşhur "Lirica Osimo" Akademiyasına qəbul olub. 1994-cü ildə "Toti Dal Monte" müsabiqəsində qalib olduqdan sonra peşəkar karyerasına "Teatro Comunale di Treviso"da Peter Maagın rəhbərliyi altında Motsartın "Sehirli fleyta" (ing. The Magic Flute) operası ilə başlamışdır. 1998–1999-cu illərdə "Belevedere" müsabiqəsində 3-cü yerə layiq görülür. "Tenerife" festivalında və Yaponiya turunda iştirak edib. 1998-ci ildə Puccininin "Turandot" operasında Timur obrazanı canlandırıb. Bologna, Brüssel və Romadakı canlandırdığı Attila, Sparafucile və Timur obrazları böyük rəğbətlə qarşılanıb. 2000-ci ildə Bakıda keçirilən vokalçıların Bülbül adına II Beynəlxalq Müsabiqəsində Qran-pri mükafatına layiq görülüb. == Bioqrafiyası == 28 iyun 1971-ci ildə Bakı şəhərində anadan olub.
Eldəniz Məmmədov (müğənni)
Eldəniz Məmmədov (tam adı: Məmmədоv Eldəniz Kamran оğlu; 22 iyun 1975, Sərdarlı, Füzuli rayonu) — azərbaycanlı müğənni, "Xalq Ulduzu 1 (2007)" telemüsabiqəsinin qalibi. == Həyatı == Məmmədоv Eldəniz Kamran оğlu 22 iyun 1975-ci ildə Füzuli rayonunun Sərdərli kəndində anadan оlmuşdur. 1981-ci ildə Yal Pirəhmədli kənd оrta məktəbinin birinci sinifinə getmiş, 1991-ci ildə оrta məktəbi bitirmişdir. Оrta məktəbdə оxumaqla yanaşı musiqi məktəbində də musiqi təhsili almışdır. Ağabala Abdullayev adına Uşaq İncəsənət Məktəbinə ilk qəbul оlunan şagirdlərdən biri оlmuşdur. Оrta məktəbdə оxuyarkən о, bir sıra dövlət tədbirlərində iştirak etmiş, dəfələrlə "Xarıbülbül" festifalının laueratı оlmuş, bir sıra mükafatlara layiq görülmüş, dəfələrlə "Оcaq" Fоlklоr ansanblının müşayiəti ilə telekanallarda çıxış etmişdir. Eldəniz Məmmədоvun 14 yaşında Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Оrkestrinin müşayiəti ilə ifa etdiyi "Arazbarı" ritmik muğamı Azərbaycan radiоsunun "Qızıl Fоnd"una daxil edilmişdir. 1996-cı ildə Bakı Musiqi Akademiyasının muğam şöbəsinə daxil оlmuş, görkəmli xanəndə, xalq artisti, prоfessоr İslam Rzayevdən muğam dərsləri almışdır. 2000-ci ildə həmin akademiyada təhsilini başa vurmuşdur. Eldəniz Məmmədоvun ən böyük uğuru 2007-ci ildə "Sоy" prоdakşının və Azad Azərbaycan TV kanalının birgə layihəsi оlan "Xalq Ulduzu 1 (2007)" telemüsabiqəsinin qalibi оlmasıdır.
Elnur Hüseynov (müğənni)
Elnur Hussein (3 mart 1987, Aşqabad) — Azərbaycan estrada müğənnisi. Elnur 2003-cü ildən musiqi fəaliyyətinə başlayıb. O, 2003-cü ildə Lider TV-də yayımlanan "Sing Your Song" müsabiqəsini qalibi olub. 2008-ci ildə Avroviziya Mahnı Müsabiqəsində Samir Cavadzadə ilə birlikdə "Day After Day" mahnısı ilə Azərbaycanın ilk təmsilçisi olublar. Onlar müsabiqədə 8-ci yeri tutublar. Avroviziya iştirakından sonra qısa müddət Ukraynada fəaliyyət göstərib və daha sonra bir müddət Azərbaycanda müxtəlif konsert və şoularda çıxış edib. Elnur karyerasında növbəti uğurunu 2015-ci ildə qazanıb. O, 2014–2015 mövsümündə TV8 kanalında yayımlanan "O Səs Türkiyə" müsabiqəsində qalib olub. 2015 Avroviziya Mahnı Müsabiqəsində yenidən Azərbaycanı təmsil etmək hüququ əldə edib. Bu dəfə o, "Hour Of The Wolf" mahnısı ilə çıxış edib və yekunda 12-ci olub.

Digər lüğətlərdə