MÜJGAN

is. [ fars. “müjə” söz. cəmi] klas. Kirpiklər.
Qəmzə xəncərindən, müjgan oxundan; Cigər parə-parə, dil şanələnmiş. M.V.Vidadi.
Yağıdır müjganın, cadudur gözün; Cəllad kimi qəmzən qəsd edir, ay qız! M.P.Vaqif.

MÜJDƏLƏMƏK
MÜKAFAT
OBASTAN VİKİ
Müjgan Seyidova
Müjgan Seyidova (11 may 2005, Balakən, Azərbaycan) — azərbaycanlı peşəkar qadın futbolçu. Azərbaycan Yüksək Qızlar Liqasında çıxış edən "Neftçi" klubunun və Azərbaycanın qadınlardan ibarət U17 yaş qrupu üzrə millisinin müdafiəçisi 2013-cü ildən etibar Balakənin "Balxurma" klubunda futbolu öyrənməyə başladı. 2019-cu ildə peşəkar futbola Balakənin "Qubek" (hazırda: Balxurma) klubunda başladı. Yüksək Qızlar Liqasında 2-cilik əldə etdi. Növbəti sezon da, eyni uğuru təkrarladı. Yeni adı ilə "Balxurma" klubunda çıxış edərək 2-cilik əldə etdi. 2022-ci ildə eyni bölgənin eyni klubu ilə bu dəfə bürünc medal əl ldə etsi. Bu dövrdən sonra "Balxurma" karyerasına son verərək "Neftçi" klubuna transfer oldu. 2022-ci ilə qədər Yüksək Qızlar Liqasında çıxış edən Balakənin "Balxurma" klubunda çıxış edib. 2023/2024-cü il Azərbaycan Yüksək Qızlar Liqası futbol mövsümündə, "Neftçinin" heyətində çıxış edərkən, Azərbaycan çempionu oldu.
Tir-i-Müjgan Üçüncü Qadın Əfəndi
Tirimüjgan Sultan (Osmanlı türkcəsi: موغان سلطان) (d. 16 avqust 1822 - ö. 3 oktyabr 1853) — 31-ci Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri və 34-cü Osmanlı sultanı II Əbdülhəmidin anası. Tirimüjgan Sultan 1822-ci ildə Şimali Qafqazda Beyxan bəy və Almas xanımın qızı olaraq dünyaya gəlmişdir. Ailəsi əslən çərkəz olub, Şapsuqlar ailəsinə mənsubdu. Ancaq oğlu Sultan Əbdülhəmidin səltənətində anasının erməni əsilli olması barədə şayələr də yayılmışdı. Saraya necə alındığı bilinməsə də, sarayda mükəmməl tərbiyə almış və adı dəyişdirilək Tirimüjgan qoyulmuşdur. Sultan Əbdülhəmidin qızı Ayşə Sultanın öz xatiratında yazdığına görə, nənəsinin uzun incə belli, yaşıl gözləri və tünd sarı rəngli uzun saçları vardı. Yenə Ayşə Sultanın xatiratında qeyd olunur ki, bir gün Sultan Əbdülhəmid saraydakı bir qrup xidmətçi qıza baxaraq "Bunlar da çərkəz əsillidir, bizim validəmiz kimi" demişdir. Tirimüjgan Sultan Sultan Əbdülməcidlə taxta çıxdığı 1839-cu ildə Bəylərbəyi sarayında evləndi.

Digər lüğətlərdə