MÜQƏSSİR

sif.is. [ ər. ]
1. Təqsiri olan, günahı olan; təqsirkar, günahkar.
[Balaş:] Mən müqəssirəm, Sevil! C.Cabbarlı.
Müqəssirlə üz-üzə gələndə İmran kişinin gözlərindən qəzəb yağırdı. M.Hüseyn.
[Mədəd] özlüyündə Xanpərini müqəssir bilir, Xanpəri isə onu günahkar hesab edirdi. Ə.Vəliyev.

2. Qanunən təqsirkar sayılan, təqsiri olan adam; suçlu, cani, cinayətkar. Müqəssirə cəza kəsmək. Müqəssirin işinə baxmaq.
– Müqəssirin boynunun və ayaqlarının zəncirini açdılar. M.S.Ordubadi.
Müqəssiri gətiriniz, – deyə məhkəmə [sədri] əmr etdi. H.Nəzərli.

◊ Müqəssir kürsüsü – məhkəmədə; müqəssirlərin oturduğu yer.
Katib qabaq tərəfdə, müqəssir kürsüsündə, əli silahlılar arasında əyləşmişdir. S.Rəhimov.

Müqəssir kürsüsündə oturmaq – məhkəmə məsuliyyətinə cəlb olunmaq, məhkəməyə düşmək, mühakimə olunmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MÜQƏSSİR müqəssir bax 1. günahkar I; 2. müttəhim; cani
  • MÜQƏSSİR təqsirkar — günahkar — suçlu

Etimologiya

  • MÜQƏSSİR Ərəbcə qüsur sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
MÜQƏRRƏB
MÜQƏSSİRCƏSİNƏ
OBASTAN VİKİ
Kimdir müqəssir (pyes)
"Kimdir müqəssir" (pyes) - Əbdürrəhim bəy Haqverdiyev tərəfindən qələmə alınan iki məclisdən ibarət vodevil. == Əsər haqqında == "Kimdir müqəssir" pyesi 1909-cu ildə Kaspi mətbəəsi tərəfindən Bakıda nəşr edilib. Əbdürrəhim bəy Haqverdiyevin 1909-cu ildə qələmə aldığı bu vodevil iki məclisdən ibarətdir. Vodevildə gənc ailə Mahmud və Baharın başına gələn hadisələr təsvir olunur. Yoxsulluqdan bezən Mahmud və Bahar həmişə varlı olmağın xəyalını qururlar. Onlara bu şəraiti Qasım bəy yaradır. Lakin buna baxmayaraq, sonda yenə yoxsullaşırlar. Bu yolla yazıçı varlı olmaq üçün insanın ağıllı olmağının vacibliyini vurğulayır. "Kimdir müqəssir" pyesi yazıçının məşhur əsərləri arasında yer almamasına rəğmən bəzi teatrların repertuarındadır. == Əsərin xülasəsi == Vodevilin əvvəlinci məclisi Mahmudun evində kənddə baş verir.

Digər lüğətlərdə