MÜTƏKKƏ

is. [ ər. ] Uzunsov, dəyirmi balış. Mütəkkəyə dirsəklənmək.
– Qonaq çadrasını başından açmayıb, oturdu mütəkkənin qabağında salınan döşəyin üstdə. E.Sultanov.
Səfər cəld əlini mütəkkənin altına uzadıb xəncərini götürdü. Çəmənzəminli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MÜTƏKKƏ mütəkkə bax balış

Etimologiya

  • MÜTƏKKƏ Ərəbcə təkye “söykənmək”deməkdir. Mütəkkə “söykənəcək”dir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
MÜTƏKƏBBİRLİK
MÜTƏQABİL
OBASTAN VİKİ
Bakı mütəkkəsi
Şamaxı mütəkkəsi
Xəmir üçün: əla növ buğda unu — 500q, yumurta — 2 ədəd, kərə yağı — 100q, süd — 1 stəkan, şəkər kirşanı — 50q, maya — 10q, duz. İçlik üçün: ərik povidlası — 150q, şəkər tozu — 100q, vanil — 1/3q, üstünə səpmək üçün şəkər kirşanı — 50q. Maya isti süd içərisində açılır, üzərinə yumurta, duz, şəkər kirşanı əlavə edilib yaxşıca qarışdırılır. Sonra un əlavə edilib 15 dəqiqə ərzində xəmir yoğrulur. Yetişmək üçün xəmir 1,5 saat isti yerdə saxlanılır. Eyni zamanda ərik povidlası şəkər tozu ilə qarışdırılıb qatı kütlə əmələ gəlincə bişirilir və soyudulur. Xəmir 4–5 mm qalınlığında yayılıb üzərinə ərinmiş kərə yağı sürtülür və üsbucaqlar formasında kəsilir. Kəsilmiş xəmirlərin hər birinə içlik qoyulub üçbucağın təpəsi məmulatın üstündə qalmaq şərtilə burulub borucuq şəklinə salınır. Məmulat 190–200 °S temperaturda 10–15 dəqiqə ərzində qızdırıcı cihazda bişirilir.

Digər lüğətlərdə