MƏĞRUR

sif. [ ər. ]
1. Öz ləyaqətini, üstünlüyünü hiss edən, mənlik hissi olan; qürurlu, vüqarlı.
[Rəmzi:] Alp Arslan, o məğrur insan; Geri dönmüş, sanırım, Ceyhundan. H.Cavid.

// İs. mənasında.
[Salman] məğrurlara … xəlvətcə güzəştə gedir, üzlərinə gülümsəyirdi. M.İbrahimov.

// məc. Əzəmətli, möhtəşəm, qürurlu.
[Attal:] Hər yerə at sürdük, bu məğrur dünya; Duz ilə, çörəklə çıxdı qarşıya. A.Şaiq.
İstəməm, axmasın gözlərin yaşı! Çatılmasın məğrur ölkəmin qaşı! M.Müşfiq.

// Zərf mənasında. Əzəmətlə, həşəmətlə, qürurla.
Budur Qız qalası, gözəl abidə; Onun məğrur duran qədim tağları. M.Rahim.
Üstünə alovdan yağır bir yağmur; Sənsə qala kimi durmusan məğrur. N.Rəfibəyli.

2. Başqalarına xor baxan, lovğa, təkəbbürlü, təşəxxüslü, iddialı.
Məğrursan, ey gül, xəbərin yoxdur özündən; Əyyami-xəzan gəlsə, xəbərdar olacaqsan. S.Ə.Şirvani.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MƏĞRUR vüqarlı — qürurlu
  • MƏĞRUR məğrur bax 1. vüqarlı; 2. əzəmətli; 3. lovğa

Etimologiya

  • MƏĞRUR Ərəbcə qürür sözü ilə kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
MƏĞRİB
MƏĞRUR-MƏĞRUR
OBASTAN VİKİ
Məğrur Tarkvini
Təkəbbürlü Lusi Tarkvini və ya II Tarkvini (lat. Lucius Tarquinius Superbus e. ə. 534— e. ə. 509) — Roma krallığının yeddinci və sonuncu kralı. Xüsusi qəddarlığı ilə seçilən Lusi Tarkvini Superb devrilərək Romadan qovulmuşdur. Onun və oğlanlarının özbaşınalıqları cəmiyyəti onlara qarşı çıxartmış, hətta Senat onlardan üz döndərmişdir. Təkəbbürlü Tarkvininin üçüncü və kiçik oğlu Sekst Tarkvini tərəfindən kəramətli və fəzilətli romalı qadın Lukresiyanın zorlamasından sonra onun olanları ərinə söyləməsi və intihar etməsi cəmiyyətin səbir kasasını dolduran son damla olmuşdur. Qohumları Lusi Yuni Brut və Publi Valeri Publikola Lukresiyanın cəsədini foruma çıxardaraq romalıları kralı devirməyə və respublika elan etməyə çağırmışlar.
Məğrur başınağacı

Digər lüğətlərdə