MƏHƏL

[ ər. ] : məhəl qoymamaq – etina etməmək, maraqlanmamaq; saymamaq.
Mən xotkar qızıyam, Nigardır adım; Şahlara, xanlara məhəl qoymadım. Koroğlu”.
[Birisi:] Bəy, qonşunun qızına gözüm düşüb, hərçi çalışıram, zalım qızı məhəl qoymur. Ə.Haqverdiyev.

MƏHƏK
MƏHƏL₂
OBASTAN VİKİ
Aşağı məhəllə
Xankəndi məhəllələri — Xankəndi şəhərinin məhəllələri. Məhəllənin yaranma tarixi II əsrə təsadüf edir. Bu məhəllə şəhərin ən qədim məhəllələrindən biridir. Məhəllə Qarqar çayının sahilində yerləşir. Məhəllənin 1 qəbiristanlığı, 1 məscidi, 3 kümbəzi, 4 körpüsü, 1 misgərlik emalatxanası, Möminə Xatın Məbədi və d. vardır. SSRİ dönəmində buradakı tarixi evlərin bi hissəsi dağıdılmışdır. O dönəmdə məhəllə əhalisinin 65%-i azərbaycanlılar idi. Xankəndidə məhəllə. Xankəndinin ən böyük məhəllələrindən biri də Biləndərlilər məhəlləsidir.
Aşağı məhəllə sinaqoqu
Aşağı məhəllə sinaqoqu — Oğuz şəhərində Qüdrət Ağakişiyev küçəsində yerləşən XIX əsrə aid sinaqoq. Aşağı məhəllə sinaqoqu Oğuz şəhərində Qüdrət Ağakişiyev küçəsində yerləşir. Sinaqoq 1849-cu ildə tikilib. Sovet işğalından sonra sinaqoqun binasından tütün və mebel anbarı kimi istifadə olunub. Azərbaycan yenidən müstəqil olduqdan sonra sinaqoq 1992–1994-cü illərdə yerli yəhudilər tərəfindən təmir edilib. Sinaqoq inşa edilərkən içində istifadə olunmuş dirəklər hələ də sağlam olaraq qalır.
Aşıqlar məhəlləsi
Aşıqlar məhəlləsi — Gəncənin məhəllələrindən biri. Bu məhəllə M.Müşfiq küçəsinin Vatutin küçəsi ilə kəsişməsindən başlayıb, Eminbəyli küçəsinin kəsişməsində qurtarır. Məhəlləyə Şərəfxanlı küçəsinin bir hissəsi və I-döngə aiddir. Cənubdan Mahrasa bağı, şimaldan Şahsevənlər, qərbdən Şahsevənlər məhəlləsinin VIII-döngəsi (Noraşen), şərqdən isə Şahsevənlər məhəlləsi ilə əhatə olunub. M.Müşfiq küçəsinin Vatutin küçəsi ilə kəsişməsindən başlayıb, Eminbəyli küçəsinin kəsişməsində qurtaran məhəllənin yerləşdiyi ərazi vaxtilə Şahsevənlərin torpaqları olub. Məhəllə 1930-cu ildən sonra Toğana və ətraf kəndlərdən gələnlərin yığcam yaşadığı bir yerə çevrilib. Burada Şahsevənlər məhəlləsindən gələnlər də var. Məhəllənin ilk adı “Toğana”, “Qala” sonra “Aşıqlar” olub. 1956-cı ildən isə məhəllə Mikayıl Müşfiqin adını daşıyır. Məhəllədə aşıqlıqla məşğul olan aşıq Qara, aşıq Zeynal, aşıq Ağa Rza, balaban ifaçısı Bəylər, Qaraca oğlan İbrahim yaşamışlar.
Babalı Məhəllə (Talış)
Babalı Məhəllə (fars. بابالومحله‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 463 nəfər yaşayır (80 ailə).
Bala Bağman məhəlləsi
Bala Bağman məhəlləsi — Gəncənin məhəllələrindən biri. Bala Bağban məhəlləsi güneydən Todanlı, Böyük Bağban, quzeydən Ozan, gün çıxandan Gəncə çayı, gün batandan Böyük Bağban və Həlvəhəsənli məhəllələri ilə həmsərhəddir. Məhəllədə Rəfibəylilər,Tağıyevlər,Abidlilər, Məşədi Qulular, Qara Namazlılar, Nazaralılar, Hacılar, Müşkillər və s. nəsillər yaşayır. Məhəllənin quzey hissəsində küçədə gecələr işıqların yanmadığı bir vaxtlar sakinlər gecə itlərini açıb buraxardılar. Yoldan keçən yolçulara itlər narahatlıq törədərdilər. Elə buna görə də məhəllənin bu hissəsinə “İtli küçə” deyilərdi. Məhəllə sakini Akif Rəfiyev Rəfibəylilərin ulu babalarının 500 il bundan öncə Cənubi Azərbaycanın Təbriz şəhərindən gəlmələrini və Təbriz üzüm sortunun da onların Gəncəyə gətirdiyini söyləyir. Onun deməsinə görə, ulu babalarınn Səfəvilərin hakimiyyətə gəlməsində xidmətləri olub. Məhəllənin yerli sakinləri çox güman ki, indiki əraziyə qədim Gəncədən gəliblər.
Bala Məhəllə-ye Çubar (Talış)
Bala Məhəllə-ye Çubar (fars. بالامحله چوبر‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 500 nəfər yaşayır (117 ailə).
Balabağban məhəlləsi
Bala Bağman məhəlləsi — Gəncənin məhəllələrindən biri. Bala Bağban məhəlləsi güneydən Todanlı, Böyük Bağban, quzeydən Ozan, gün çıxandan Gəncə çayı, gün batandan Böyük Bağban və Həlvəhəsənli məhəllələri ilə həmsərhəddir. Məhəllədə Rəfibəylilər,Tağıyevlər,Abidlilər, Məşədi Qulular, Qara Namazlılar, Nazaralılar, Hacılar, Müşkillər və s. nəsillər yaşayır. Məhəllənin quzey hissəsində küçədə gecələr işıqların yanmadığı bir vaxtlar sakinlər gecə itlərini açıb buraxardılar. Yoldan keçən yolçulara itlər narahatlıq törədərdilər. Elə buna görə də məhəllənin bu hissəsinə “İtli küçə” deyilərdi. Məhəllə sakini Akif Rəfiyev Rəfibəylilərin ulu babalarının 500 il bundan öncə Cənubi Azərbaycanın Təbriz şəhərindən gəlmələrini və Təbriz üzüm sortunun da onların Gəncəyə gətirdiyini söyləyir. Onun deməsinə görə, ulu babalarınn Səfəvilərin hakimiyyətə gəlməsində xidmətləri olub. Məhəllənin yerli sakinləri çox güman ki, indiki əraziyə qədim Gəncədən gəliblər.
Balabağman məhəlləsi

Bağışlı Məhəllə (Talış)
Bağışlı Məhəllə (fars. باغشلومحله‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 523 nəfər yaşayır (110 ailə).
Biləndərlilər məhəlləsi
Xankəndi məhəllələri — Xankəndi şəhərinin məhəllələri. Məhəllənin yaranma tarixi II əsrə təsadüf edir. Bu məhəllə şəhərin ən qədim məhəllələrindən biridir. Məhəllə Qarqar çayının sahilində yerləşir. Məhəllənin 1 qəbiristanlığı, 1 məscidi, 3 kümbəzi, 4 körpüsü, 1 misgərlik emalatxanası, Möminə Xatın Məbədi və d. vardır. SSRİ dönəmində buradakı tarixi evlərin bi hissəsi dağıdılmışdır. O dönəmdə məhəllə əhalisinin 65%-i azərbaycanlılar idi. Xankəndidə məhəllə. Xankəndinin ən böyük məhəllələrindən biri də Biləndərlilər məhəlləsidir.
Bir məhəllədən iki nəfər (film, 1957)
Bir məhəllədən iki nəfər tammetrajlı bədii filmi rejissorlar İlya Qurin və Əjdər İbrahimov tərəfindən 1957-ci ildə ekranlaşdırılmışdır. Bakı Kinostudiyası və Maksim Qorki adına kinostudiyanın istehsalıdır. Film şərq ölkələrindən birində sadə adamların sülh və istiqlaliyyət uğrunda apardıqları mübarizədən bəhs edir. Əsas rolları Vadim Medvedev, Semyon Sokolovski, Fateh Fətullayev, İsmayıl Osmanlı və Tamara Kokova ifa edirlər. 1957-ci ildə Moskvada I Ümumittifaq Film Festivalında filmin musiqisinə görə bəstəkar Qara Qarayevə mükafat verilmişdir. Film şərq ölkələrindən birində sadə adamların sülh və istiqlaliyyət uğrunda apardıqları mübarizədən bəhs edir. Filmdə dəqiq ünvan göstərilməmişdir. Bu ölkənin xalqı üçün sülh, milli istiqlaliyyət uğrunda mübarizə, müstəmləkəçilik əleyhinə mübarizə, hərbi bloklara qoşulmamaq deməkdir. Film qüvvə və həyatlarını bu mübarizəyə həsr edən adamların taleyi haqqındadır. 1957-ci ildə Moskvada I Ümumittifaq Film Festivalında filmin musiqisinə görə bəstəkar Qara Qarayevə mükafat verilmişdir.
Buzxana məhəlləsi
Naxçıvan məhəllələri — XX əsrin əvvəllərində Naxçıvan şəhəri on əsas məhəllədən ibarət idi: Zaviyə məhəlləsi Şahab məhəlləsi Pirqamış məhəlləsi Əlixan məhəlləsi Sarvanlar məhəlləsi Gömayıl məhəlləsi Xoşulu məhəlləsi Atabəylər məhəlləsi Qurdlar məhəlləsi Qala məhəlləsi Naxçıvanda tikinti-quraşdırma idarəsini ətrafında yerləşir. 1918-ci ildə məhəllədə bir neçə yüz gənc silahlanıb,torpaqlarının bir qarışını da xarici düşmənlərə, erməni təcavüzkarlarına verməyəcəklərinə and içmişdilər. 1990-1993-cü illər Sədərək döyüşləri bunu bir daha sübut edib. Adı türk xalqlarının totem, onqon saydıqları qoyunla — ağ və qara qoçla bağlıdır. Burada daşdan düzəldilmiş qədim qoç-qoyun heykəlləri var imiş. Şəhər əhalisi əlamətdar günlərdə, bayramlarda buraya yığışıb şənliklər keçirərmişlər. Şahab mələsinin adı 1590 cı il Osmanlı mənbələrində çəkilir. Qədim məhəllə “Qurdlar”, Pirqəmiş və Anbar məhəllələri arasında yerləşərək,Bazar çayından axan “Söyüdlü arx”ın qurtaracağındadır. Məhəllədə Şahab məscidi yerləşir. Pir Xamuş xanəgahı bu məhəllədə yerləşir.
Böyükbazar məhəlləsi
Xankəndi məhəllələri — Xankəndi şəhərinin məhəllələri. Məhəllənin yaranma tarixi II əsrə təsadüf edir. Bu məhəllə şəhərin ən qədim məhəllələrindən biridir. Məhəllə Qarqar çayının sahilində yerləşir. Məhəllənin 1 qəbiristanlığı, 1 məscidi, 3 kümbəzi, 4 körpüsü, 1 misgərlik emalatxanası, Möminə Xatın Məbədi və d. vardır. SSRİ dönəmində buradakı tarixi evlərin bi hissəsi dağıdılmışdır. O dönəmdə məhəllə əhalisinin 65%-i azərbaycanlılar idi. Xankəndidə məhəllə. Xankəndinin ən böyük məhəllələrindən biri də Biləndərlilər məhəlləsidir.
Cuhudlar məhəlləsi
Cuhudlar məhəlləsi (Bakı) — Azərbaycanın Bakıda məhəllə
Cuhudlar məhəlləsi (Gəncə)
Cuhudlar məhəlləsi — Gəncənin tarixi məhəllələrindən biri. Sakinləri əsasən yəhudilərdən ibarət olduğu üçün Cuhudlar məhəlləsi adlanıb. Sovet hakimiyyəti dövründə bu küçə Krivanosov küçəsi müstəqillikdən sonra isə Həsənli qardaşları küçəsi adlanır. Qədim Gəncənin Cuhudlar məhəlləsi Əttarlar məhəlləsi yaxınlığında bir basalaq olub. Sakinləri yəhudilərdən ibarət olduğu üçün bu ərazini gəncəlilər “Cuhudlar məhəlləsi” adlandırıb. Burada yaşayan yəhudilər əsasən ayaqqabı tikməklə məşğul olduqları üçün buranı bəzən “Məstçilər məhəlləsi” də adlandırırdılar. Məhəllə kiçik bir küçədən ibarətdir. Sovet hakimiyyəti dövründə bu küçə Krivanosov bu gün isə “Həsənli qardaşları” adlanır. Məhəllə şərqdən Əttarlar, qərbdən Mirəli Qaşqay, şimaldan Həsən Əliyev, cənubdan Cavad xan küçələri ilə əhatə olunub. Məhəllədə yaşayan yəhudilər Rusiya və Avropadan köçüb gələn yəhudilərdən dil və görkəmcə fərqlənirdilər.
Cuhudlar məhəlləsi (Şuşa)
Culfalar məhəlləsi
Culfalar məhəlləsi — Şuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən biri. Bəzi mənbələrdə adı Cuhudlar olaraq qeyd olunmuşdur. Digər məhəllələr kimi bu məhəllədə də məscid, hamam, kiçik meydan və bulaq olmuşdur.
Cənnət Məhəlləsi (teleserial)
Cənnət məhəlləsi — 11 iyun 2004–9 iyun 2007-ci illər arasında Show TV-də yayımlanan komediya növündə Türkiyə serialı.
Dizgah Məhəllə (Talış)
Dizgah Məhəllə (fars. ديزگاه محله‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 517 nəfər yaşayır (115 ailə).
Dizə məhəlləsi
Dizə məhəlləsi — Naxçıvan şəhərində qədim məhəllə "Dizə" toponimi Naxçıvan Muxtar Respublikasında geniş yayılmışdır. Muxtar respublikanın əksər rayonlarında belə yer adları var. Mütəxəssislərin fikrincə, Dizə bir neçə ailənin yığışıb,kiçik bir məhəllədə,yaxud kənddə məskunlaşması deməkdir. Dizə məhəlləsi şəhərin indiki məişət xidmət evi,elmi mərkəz,avtovağzala qədər olan ərazisini əhatə edirmiş. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 106-107. ISBN 5-8066-1468-9.
Dördlər qurdu məhəlləsi
Dördlər qurdu məhəlləsi — Şuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən biri. Şəhərin şərq hissəsində yerləşir. Digər məhəllələr kimi bu məhəllədə də məscid, hamam, kiçik meydan və bulaq olmuşdur. Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından sonra məhəllənin XVIII əsrə aid memarlıq abidəsi olan 90 faizindən çox tikililəri məhv edilmişdir. Hazırda məhəllə yarım uçmuş vəziyyətdədir.
Dördyol məhəlləsi
Dördyol məhəlləsi — Gəncənin mühüm sənətkarlıq məhəllələrindən biri. Dördyol məhəlləsi Şah Abbas meydanından dəmiryol stansiyasına aparan Vağzal şossesi ilə Nizami Gəncəvi prospektinin qovşağında yerləşdiyinə görə məhəlləyə belə ad verilmişdir. Dördyol məhəlləsi də Şahsevənlər məhəlləsi ilə həmyaşıd olub, Gəncənin nisbətən cavan məhəllələrindən idi. Məhəllə XVII əsrin əvvəllərindən XX əsrin əvvəllərinə kimi mövcud olub. Gəncənin Dördyol məhəlləsi XVII əsrdə cənubdan Şah Abbas meydanı, şimaldan Bağlar, qərbdən Sofulu, şərqdən Şamlı və İmamlı məhəllələri ilə dövrələnmişdir. XIX əsrin sonu XX əsrin əvvəllərində yeni məhəllə və basalaqların salınması nəticəsində məhəllə ərazicə böyümüş, əhalisinin sayı artmağa başlamışdır. 1916-cı ildə məhəllədə 537 ailə yaşadığı qeydə alınmışdır. Məhəllədə Bıçaqçılar basalağı yaranmış, Dəmirçilər məhəlləsi isə ayrı bir yaşayış məhəlləsi kimi yer tutmuşdur. Çox da qədim tarixə malik olmayan məhəllə sakinləri bəzzazlıq, baqqallıq, sərraclıq, zərgərlik, şərbaflıq və digər sənətlərlə məşğul olurdular. Artıq məhəllə şərqdən Molla Cəlilli, qərbdən Sofulu, cənubdan Əttarlar, Şah Abbas meydanı, şimaldan Nainsaf oğlu Məmmədəlinin, Cuvar oğlunun taxıl və üzüm bağları ilə əhatə olunmuşdur.
Dəmirbulaq məhəlləsi
Dəmirbulaq məhəlləsi — İrəvannin qədim məhəllələrindən biri. 1728-ci ildə tərtib olunmuş osmanlı «Müfəssəl dəftər»ə görə, bu dövrdə İrəvan şəhəri 4 məhəllədən («Köhnə şəhər», «Dəmirbulaq», «Dərəkənd», «Təpəbaşı») ibarət olmuşdu. İrəvan şəhəri aşağıdakı hissələrdən ibarətdir: 1. Şəhər hissəsi 2. Təpəbaşı hissəsi 3. Dəmirbulaq hissəsi Təpəbaşı hissəsinə aid olanlar: Əhalisi: “İrəvan şəhərinin əhalisi aşağıdakı kimidir: Azərbaycanlılar: Dəmirbulaq hissəsi - 411 ailə, 789 kişi, 806 qadın, cəmi 1.595 nəfər. İrandan köçürülən ermənilər: Dəmirbulaq hissəsi - 48 ailə, 118 kişi, 112 qadın, cəmi 230 nəfər. Dəmirbulaq hissəsindəki bütün əhali - 459 ailə, 907 kişi, 918 qadın, cəmi 1.825 nəfər; Dəmirbulaq hissəsi müharibədən daha artıq ziyan çəkib. İrəvan şəhərinin imtiyazlı əhalisi: Dəmirbulaq hissəsi - Azərbaycan türkləri: 14 bəy ailəsi, 46 kişi, 46 qadın, cəmi 92 nəfər 1 mirzə ailəsi, 1 kişi, 1 qadın, cəmi 2 nəfər 7 molla ailəsi, 13 kişi, 16 qadın, cəmi 29 nəfər 11 seyid ailəsi, 22 kişi, 19 qadın, cəmi 41 nəfər 3 dərviş ailəsi, 6 kişi, 4 qadın, cəmi 10 nəfər Ermənilərdə: 3 məlik ailləsi.
Dəmirçilər məhəlləsi
Dəmirçilər məhəlləsi — Şuşanın yuxarı 8 məhəllələrindən biri. Hər məhəllədə hamam, məscid və bulaq olduğu kimi Dəmirçilər məhəlləsinin də hamamı, məscidi, bulağı var idi. Pənahəli xanın oğlu İbrahimxəlil xan tərəfindən Şuşanın şərq hissəsində Aşağı məhəllədən fərqli olaraq nisbətən dağlıq və sıx meşəli ərazidə 8 məhəllədən ibarət ikinci böyük Yuxarı məhəllənin təşkil olunması 1759–1805-ci illəri əhatə etməklə II dövrü təşkil edir. Məhəllə öz adını orada yaşayan eyniadlı türk tayfasının adından götürmüşdür. Bəzən isə məhəllənin dəmirçiliklə məşğul olan sənətkarların burada yaşadığına görə belə adlandırıldığı deyilir. Digər məhəllələr kimi bu məhəllədə də məscid, hamam, kiçik meydan və bulaq olmuşdur. Dəmirçilər məhəlləsində eyniadlı türk tayfasından olan dəmirçilər yaşayırdılar. Dəmirçilər "Şeytanbazar" ətrafında yaşayıb işləyirdilər. Məhəllə dəmirçi peşə sahiblərinin, sənətkarlarının çoxluq təşkil etməsi baxımından, nəsillikcə dəmirçi peşəsinə məxsus, eyni adlı türk tayfasının nümayəndələrindən ibarət sənətkarların cəm olduğu məhəllə olduğundan adlandırılmışdır.
Dəmirçilər məhəlləsi (Gəncə)
Dəmirçilər məhəlləsi — Gəncədə V-VII əsrlərdən XIX əsrə kimi mövcud olmuş peşə-sənət yönümü ilə barəbər əsasən tirə-tayfa əlamətinə görə formalaşmış məhəllə. Dəmirçilər məhəlləsi Gəncədə V-VII əsrlərdən XIX əsrə kimi mövcud olmuş peşə-sənət yönümü ilə barəbər əsasən tirə-tayfa əlamətinə görə formalaşmış məhəllədir. Bu məhəllə bəhs olunan mərhələdə Gəncənin əsas sənətkar məhəllələrindən olmuşdur. Şimaldan Sofulu, şərqdən İmamlı, cənubdan Şah Abbas meydanı (Dəmirçi bazarı, Sərrac bazarı, Dəmirçi karvansarası və Çökək hamam xətti ilə), qərbdən yenə də Sofulu məhəlləsi ilə hüdudlanırdı. Məhəllənin adı Şahsevənlərin altı böyük tayfalarından biri olan Dəmirçilərlə əlaqədardır. XIII əsrin tarixçisi Şəhabəddin Nəsəvi dəmirçilərin Çingiz xan nəslindən olduğunu, XIX əsrdə yaşamış M. M. Xəzani isə onların Azərbaycana XVIII əsrdə Pənahəli xan Cavanşirin dövründə gəldiyini yazırlar. Gəncədən başqa "dəmirçilər" toponiminə Qazax, Qubadlı və Tərtər rayonlarında kənd, Şuşa şəhərində məhəllə adı kimi rast gəlirik. Məhəllədə yerləşən Dəmirçi bazarında çilingərlər, bıçaqçılar, zirehgərlər, fəttahlar, nalbəndlərin ticarət cərgələri uzanıb gedirdi.

Digər lüğətlərdə