MƏRA

MƏR’A

ə. otlaq.

MƏNZUR
MƏRABE
OBASTAN VİKİ
Fallik tipli mərasimlər
Fallik tipli mərasimlər — fallus (kişi cinsiyyət orqanının incəsənətdə təsviri) nümayişi ilə keçirilən mərasimlərdir. Qədim və müasir Yunanıstanda, Yaponiyada və Azərbaycanda rast gəlinir. Yaponiyada bu adət Kanamara Matsuri festivalında davam etdirilir. Azərbaycanda Kos-kosa oyunu zamanı Kosanın sümüyə bez parçası dolayaraq fallus şəklinə gətirməsi və buna aid mətnlərdə rast gəlinən məlumatlar oyunun fallik tipli olmasını göstərir. Bu da oyunun bərəkət və bolluq mövzusundan qaynaqlandığını göstərir.
Gürcüstan Mərasim Sarayı
Gürcüstan Mərasim Sarayı (gürc. სახელმწიფო ცერემონიების სასახლე) , Gürcüstan Prezident Administrasiyası sarayı (gürc. საქართველოს პრეზიდენტის ადმინისტრაცია) və ya Avlabari Prezident Rezidensiyası – Gürcüstan Prezidenti administrasiyasının icraçı hissəsinin yerləşdiyi saray binasıdır. Saray, Tbilisi şəhərində, Kür çayının sol sahilindəki tarixi Avlabari rayonu ərazisində, keçmiş İmperiya jandarmeriyası binasının yenidən qurulması əsasında yaradılmışdır. Salome Zurabişvilinin Gürcüstan Prezidenti seçilməsindən sonra Prezident iqamətgahı Georgi Atoneli küçəsi 25 ünvanında yerləşən Orbeliani sarayına köçürülmüşdür. Yenidənqurma işlərinə 2004-cü ildə, əvvəllər İmperiya jandarmeriyası olmuş neoklassik stilli binadan başlanılmışdır; inşaat və yenidən qurma işləri altı il davam etmiş və 2009-cu ildə tamamlanmışdır. Binanın yekun layihəsi, daha əvvəllər Tbilisidə Daxili İşlər Nazirliyinin binası, Sülh körpüsü və Batumidə Medeya otelinin layihəsini işləmiş memar Mişel de Luççi tərəfindən işlənmişdir. Sarayın fasadı Gürcüstan dizayneri Nataliya Airejibi de Pitanın müəllifi olduğu nəhəng mozaika ilə bəzədilmişdir. Mozaikada Şota Rustavelinin “Pələng dərisi geyinmiş pəhləvan” poemasının mövzularından istifadə edilmiş və “Xeyir həmişə şərə qalib gəlir; mahiyyət qalıcıdır” sitatı yazılmışdır. Kompleksin ən böyük elementi bina qarşısında yerləşən və güzgü rolunu oynayan iki böyük hovuzdur.
Koreya yas mərasimi
Koreyada yas mərasimi — Koreyanın ölüm və həyatın sonu haqqında görüşləri. Konfutsiizm prinsipləri bir insanın ailədəki və cəmiyyətdəki vəziyyətini müəyyənləşdirir. Konfutsiçilikdə sonrakı həyat haqqında dəqiq bir inanc yoxdur. Konfutsiizm əcdadların ibadəti və budaq dindarlığı ətrafında baş verir – valideynlərinə yaxşı olmaq. Bəzi Koreyalılar Buddist və ya Protestantdır (Buddist və Protestant cənazələri ilə əlaqədar təlimatlarımıza baxın) və 50 faizdən çoxu bir dinlə eyniləşdirmirlər. Çoxları ölən qohumlarının bu dünyadan axirət həyatına getməsinə inanırlar. Koreyalılar, sevilən insanın gəzən bir xəyal və ya kaekkvi halına gəldiyi təqdirdə mərhumun sonrakı həyatına rahat bir keçid etməsinə kömək etmək vəzifəsi olduğunu düşünürlər. Koreya cənazələri ümumiyyətlə xəstəxanalarda və ya evlərdə keçirilir. Konfutsiist adətləri, sevilən bir insanın axirət həyatına maneəsiz keçidini təmin edir. Müasir cənazələr ümumiyyətlə xəstəxanada keçirilir.
Koreya çay mərasimi
Darye (koreyaca: 다례) Koreyanın milli çay mərasimidir. Daryenin mənası çaya dair etiket olub, min illər boyunca Koreyada nəsildən-nəsilə ötürülmüşdür. İlk olaraq çay içmək üçün lazım olan çay dəsti, su, çay hazırlanmalıdır. Çay dəsti deyərkən çay içərkən istifadə edilən qablar nəzərdə tutulur. Dövrdən asılı olaraq çay dəstinin tərkibi çox dəyişsə də, müasir dövrdə adətən çaydan, ağızlı qab, kasa, beş ədəd fincan və nəlbəkilərdən dəst kimi istifadə olunur. Çaydan: Çay və isti suyun əlavə edilərək dəmləndiyi qabdır. Çay və suyu çaydanın qapağını açıb tökdükdən sonra dəmlənməyini gözləyib stəkana tökmək olar. Ağızlı qab: Suyu soyutmaq üçün istifadə olunan qabdır və həm də suqu adlanır. Çay içəndə qaynar suyu ağızlı qaba töküb kifayət qədər soyuduqda həmin çaydana çayla birlikdə əlavə etmək lazımdır. İsitmə prosesində istifadə edildiyi təqdirdə suyun soyudulması prosesinə ehtiyac yoxdur.
Kuba–Mərakeş münasibətləri
Kuba–Mərakeş münasibətləri — Kuba Respublikası ilə Mərakeş Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr. İki ölkə arasında 1980-ci ildə diplomatik böhran yaranmışdır. Belə ki, rəsmi Havana Saxara Ərəb Demokratik Respublikasının müstəqilliyini tanımışdır ki, bu da Kuba–Mərakeş diplomatik münasibətlərinin dondurulması ilə nəticələnmişdir. Çünki Mərakeş Qərbi Saxaranı özünün ayrılmaz hissəsi hesab edərək, ona krallıq tərkibində geniş muxtariyyət statusun verilməsini mümkün sayır. Diplomatik münasibətlərin bərpası yalnız 37 il sonra - 2017-ci ilin aprelində baş tutmuşdur. Bununla bağlı sazişin imzalanma mərasimi Nyu-Yorkda olmuş, sənədə hər iki ölkənin BMT-dəki nümayəndələri Anayansi Rodriqes Kamexo və Ömər Hilal imza atmışlar.
Mərahim Abdullayev
Mərahim Aslan oğlu Abdullayev (27 mart 2002; Keçili, Şəmkir rayonu, Azərbaycan — 8 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Mərahim Abdullayev 27 mart 2002-ci ildə Şəmkir rayonu Keçili kəndində dünyaya göz açmışdır. Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidmətinin ilk 5 ayından sonra İkinci Qarabağ müharibəsi başlamışdır. O, müharibənin ön cəbhəsinə könüllü olaraq atılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Mərahim Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 8 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mərahim Abdullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mərahim Abdullayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Mərakeş Avroviziya Mahnı Müsabiqəsində
Mərakeş 1980-ci ildə Avroviziyada iştirak edib. Ölkə Avropa ölkəsi olmasa da, Avropa Yayım İttifaqının üzvü olduğu üçün müsabiqədə iştirak etmək hüququ vardır.
Mərakeş FİFA Klublararası Dünya Çempionatında
Bu məqalə Mərakeş klublarının FİFA Klublararası Dünya Çempionatındakı iştirakı haqqındadır.
Mərakeş Krallığı
Mərakeş (ərəbcə: əl-Maġrib; Amaziqcə: Lemeɣrib ⵍⵎⵖⵔⵉⴱ, ingiliscə Morocco), rəsmi adı Mərakeş Krallığı olan və Afrikanın şimal-qərbində yerləşən ölkədir. Təxminən 37 milyon əhalisi var, 716,550 km2 ərazini əhatə edir. 1999-cu ildən kral VI Məhəmməd tərəfindən idarə edilir. Mərakeş Afrika qitəsi ilə Avropa arasında mühüm strateji mövqeyə malikdir. Şimaldan Cəbəllütariq boğazı və Aralıq dənizi, cənubdan Mavritaniya, şərqdən Əlcəzair və qərbdən Atlantik okeanı ilə həmsərhəddir. Mərakeşin Ərəb və Amazigh olmaqla iki rəsmi dili və bölgələrə görə fərqli dialektləri var, həmçinin bir çox xarici dillərə də (Fransız, İngilis, İspan, Alman, İtalyan, Portuqal) açıqdır. Mərakeşlilərin əksəriyyətinin danışdığı dil ərəb dilidir. Ümumi olaraq "Darija" adlanan ərəb dili ilə klassik ərəb dili arasında fərq var. Belə ki, “Darija” gündəlik həyatda, klassik ərəb dili isə əsasən dini, siyasi, inzibati, hüquqi və mədəni sahələrdə, eləcə də mediada istifadə olunur. Mərakeş dialekti bir bölgədən digərinə görə dəyişir.
Mərakeş bayrağı
Mərakeş bayrağı — Mərakeşin Dövlət bayrağı Mərakeş Krallığının dövlət bayrağı rəsmi olaraq, 1915-ci ilin noyabr ayının 17-də təsdiq edilib. Bayraqdakı qırmızı rəng Məkkə şəriflərinin rəngidir. Pentaqramma, yəni beşguşəli ulduz isə "Solomonun möhürü" olub, həyat və sağlamlıq simvolu hesab edilir. Ölçüsü 2:3 nisbətindədir.
Mərakeş burnu
Mərakeş burnu (Tarif burnu) — Avropanın ucqar cənub nöqtəsidir. Tarif şəhərinin cənub qutaracağında yerləşir. İspaniyanın Kadis vilayəti ərazisində yerləşir. Burun keçmiş Tarif adasında yerləşirdi, sonradan ada damba ilə materikə birləşdirilmişdir. Cəbəllütariq boğazında Atlantik okean və Aralıq dənizinin birləşdiyi nöqtədə yerləşir. Buradan Afrikaya ən qısa məsafə 14 km təşkil edir. Hazırda burun bütünlüklə ordunun nəzarətindədir. 1826-cı ildə burada mayak inşa edilmişdir. 710-cu ildə ərəb hərbi komandanı Tarif 500 əsgərlə birlikdə bölgəyə daxil oluraq qarətçiliklə məşğul olur. Geri qayıdarkən isə artıq varlı kimi dönür (Şəhərin və burunun digər adı onunla bağlıdır).
Mərakeş himni
Şerifiyən himni və ya Mərakeş himni (ərəb. النشيد الوطني المغربي‎‎) 1956-cı ildən ki, Mərakeş müstəqilliyini əldə etdi, himni idi. Sözlərinin müəllifi Əli Squəlli Hüseyni və bəstəkarı Leo Morqan dır.
Mərakeş mahmızcası
Mərakeş mahmızcası (lat. Linaria maroccana) — bağayarpağıkimilər fəsiləsinin mahmızca cinsinə aid bitki növü. Birillik bitkidir. Gövdəsi dikduran olub hündürlüyü adətən 30-35 sm-ə olur. Bəzən hündürlüyü 2-4 sm uzunluqda yarpaqları ilə birlikdə 50 sm-ə qədər çata bilir. Dekorativ bitkidir. İyunun ortalarından sentyabra kimi çiçəkləyir. Toxumlarının uzunluğu 0,6-0,8 mm, eni isə 0,4-0,5 mm olur.
Mərakeş milli futbol komandası
Mərakeş milli futbol komandası — kişilər arasında beynəlxalq futbol yarışlarında Mərakeşi təmsil edir. FRMF kimi tanınan "Kral Mərakeş Futbol Federasiyası" tərəfindən idarə olunur. Komandanın rəngləri qırmızı və yaşıldır. "Atlas Lions" ləqəbli Mərakeş milli futbol komandası həm FİFA, həm də Afrika Futbol Konfederasiyasının (CAF) üzvüdür. Beynəlxalq səviyyədə Mərakeş 1976-cı ildə Afrika Millətlər Kubokunu, iki Afrika Millətlər Çempionatını və bir dəfə FİFA Ərəb Kubokunu qazandı. Onlar altı dəfə futbol üzrə dünya çempionatında iştirak ediblər. Onların ən yaxşı nəticəsi 1986-cı ildə, Dünya Kubokunda qrupda birinci olan ilk Afrika millisi olduğu vaxta təsadüf edir. Bununla belə, onlar sonda qrupda ikinci olan Qərbi Almaniyaya 1-0 hesabı ilə uduzurlar. Mərakeşin ev rəngləri ən çox qırmızı köynəklər, yaşıl şort və corablardır, uzaq rənglər ümumiyyətlə ağ və ya tamamilə yaşıl olur. Aşağıdakı 26 futbolçu 2022 FIFA Dünya Çempionatına çağırılıb.
Mərakeş rabitəsi
Mərakeş- Şimal-Qərbi Afrikada dövlət .Əlcəzair və Qərbi Böyük Səhra ilə həmsərhəddir. Aralıq dənizi və Atlantik okeanı ilə əhatələnir. Paytaxtı Rabat şəhəridir. Dağlıq ölkədir.Əhalisinin 99%-i mərakeşlilərdir, lakin fransız, ispan və digər xalqların nümayəndələri də burada yaşayır. Bir sıra Afrika ölkələri kimi Mərakeş də son illərdə yüksək texnologiyanı inkişaf etdirən dövlət olduğunu sübut etmək üçün siyasət irəli sürdü. Ölkədə 1997-ci ildə keçirilən seçkidən sonra informatizasiyanın dünya iqtisadiyyatına inteqrasiyası təsdiq edildi. Bu da informasiya texnologiyaları sektorunun Mərakeşin siyasi və iqtisadi həyatında vacib amil olduğunu göstərir. Ölkə rəhbərliyinin səyi nəticəsində 1997-ci ildə Mərakeşi rəqəmli əsrə aparacaq bir orqan işıq üzü gördü. Bu, Poçt və İnformasiya Texnologiyaları Nazirliyidir. Əhalinin tələbatına tam cavab verilməsi üçün informasiya texnologiyaları üzrə xidmət və məhsulların təkmilləşdirilməsi məqsədilə dövlət tərəfindən bir sıra layihələr irəli sürülməyə başlandı.
Mərakeşdə təhsil
Mərakeşdə təhsil Mərakeşdə ali təhsil müddəti üç ildir. 14 dövlət və özəl ali məktəbi vardır. Əsas ali məktəblər: V Məhəmməd Universiteti. Ölkənin ən nüfuzlu ali məktəbidir. Fəs şəhərində Karaouine Universiteti. Regionda ən qədim universitetdir, islam tədqiqatları ilə məşhurdur. İfran şəhərində Al – Akhawayn Universiteti. 1993-cü ildə kral II Həsən və Səudiyyə Ərəbistanı kralı Fəth tərəfindən yaradılıb. Amerika proqramı ilə işləyir.
Mərakeşlilər
Mərakeşlilər (ərəb. المغاربة‎) Şimali Afrikada yerləşən Mərakeşdə yaşayan, tarixdə Berberlər və Ərəblərlə qohum olan xalqdır. Mərakeşlilərin çox hissəsi Mərakeş krallığında yaşayır.
Mərakeş–Suriya münasibətləri
Mərakeş—Suriya münasibətləri — Mərakeş və Suriya arasında iki tərəfli diplomatik münasibətlər. Ölkələr ortaq bir tarixə sahibdirlər: Roma İmperiyası tərəfindən müstəmləkə edilmiş və daha sonra ərəb istilalarına məruz qalmış, nəticədə Mərakeş və Suriya müsəlman dövlətləri olmuşlar. Bununla birlikdə Mərakeş müstəqil bir Ərəb-Bərbər krallığına çevrilir, Suriya isə Osmanlı İmperatorluğunun bir hissəsi olur. Ancaq sonra hər iki ölkə Fransa tərəfindən işğal edilir. Suriya 1946-cı ildə, Mərakeş isə 1956-cı ildə Fransadan müstəqilliklərini qazanır və bundan sonra ölkələr diplomatik münasibətlər qurur. Lakin sonradan, əhali arasında pan-ərəbçilik və İsrail əleyhinə düşüncə dalğası böyüdükcə, Suriya ölkədəki siyasi narahatlıqla qarşılaşır. 1963-cü ildə Qərb Dünyası ölkələrinin Mərakeş tərəfini tutduqları və Birləşmiş Ərəb Respublikasının Əlcəzairi dəstəklədiyi Əlcəzair-Mərakeş sərhəd qarşıdurması yaşanır. O vaxtdan bəri Suriyanın ölkənin Qərblə, xüsusən də ABŞ və İsrail ilə sıx əlaqələri səbəbi ilə Mərakeşə inamsızlıq göstərir. Bu səbəbdən ölkələr rasında məhdud iş birliyi müşahidə olunur. 1965-ci ildə Mərakeş Kralı II Həsən, Mossad və Şabak agentlərini gizli şəkildə Altı günlük müharibədəki döyüşlərdə və Suriyanın məğlub edilməsində mühüm rol oynayan Ərəb Birliyi liderlərinin Kasablanka toplantısına dəvət edir və bu da Mərakeş ilə münasibətləri daha da gərginləşdirir.
Məralan (Təbriz)
Məralan — Cənubi Azərbaycan bölgəsinin ən böyük şəhəri olan Təbriz şəhərinin cənub-şərqində yerləşən məhəlləsi. Məralan məhəlləsi şimaldan Xiyavan məhəlləsi ilə qonşudur. Qərb tərəfdən isə Nobar məhəlləsi ilə həmsərhəddir. Azadi bulvarı Məralan məhəlləsini şimal və cənub hissələrinə bölür.
Məranə (Sərdəşt)
Məranə (fars. مرانه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 84 nəfər yaşayır (14 ailə).
Mərasim nəğmələri
Mərasim nəğmələri — Mərasim nəğmələri iki yerə ayrılır: mövsüm mərasimləri, məisət mərasimləri. Mövsüm mərasimləri daha çox ilin müəyyən fəsillərində, aylarında keçirilən mərasimlərlə bağlıdır. Məsələn, "Xıdır nəbi" mərasimi, "Kosa-kosa" mərasimi, yağış çağırma və yağış çox yağdığı zaman "Qodu-qodu" mərasimi və s. Məişət mərasimləri insanın doğulması, evlənməsi və vəfat etməsi ilə əlaqədar olan prosesləri əhatə edir. Bu zaman adqoyma, elçilik, nişanlama, xınayaxdı, toy, yaş kimi mərasimlərdə müəyyən məişət mərasim nəğmələrindən istifadə olunur.
Mərasimlər teatrı
Mərasimlər teatrı (fr. Théâtre des Cérémonies) — 1992-ci ildə Albervil şəhərində XVI Qış Olimpiya Oyunlarının açılışı və bağlanması mərasimində istifadə olunan müvəqqəti stadion . 9,200 m² təxminən 35,000 yer var idi . Qış oyunlarından sonra, Mərasimlər Teatrı söküldü. Dizaynının bir hissəsi Barselonada keçirilmiş Yay Olimpiya Oyunlarının qurulmasında istifadə edilib . Təşkilatçıların bir mətbuat şərhinə görə, Tədbirlər Teatrı inşa edilən ən böyük müvəqqəti binadır. 1992 Qış Olimpiya Oyunları "Dossier de presse sur le site Maison des Jeux olympiques" (PDF) (fransız). «Maison des Jeux Olympiques d'Hiver». 1992. 2012-12-07 tarixində orijinalından (pdf) arxivləşdirilib.
Mərazad (Culfa)
Mərazad (fars. مرازاد‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 233 nəfər yaşayır (86 ailə).
Mərağa
Marağa — İranın Şərqi Azərbaycan ostanında şəhər. Təbrizdən 130 kilometr cənub-şərqdə yerləşir. Marağa bağ-bağatı, meyvəsi, xüsusilə üzüm, doşab və kişmişi ilə məş­hurdur. Şəhər, meyvəsindən əlavə, taxılı və gözəl mərməri ilə də böyük şöhrət qazanmışdır. Həmçinin Marağa öz qədim Marağa rəsədxanası və bütün Azərbaycanda tanınan Marağa sabunuyla məşhurdur. Bir çox mütəxəssis indiki Marağanı qədim tarixi qaynaqlarda adı çəkilmiş, Atropatenada yerləşən Vera şəhəriylə, habelə Fraata, Prasana, Fraaspa, Fraspa, Əfrahrud (rud farsca çay deməkdir) kimi toponimlərlə əlaqələndirir. Bəzi qaynaqlara görə, "Marağa" sözünün mənası "otlaq yeri" deməkdir. Marağa şəhərinin adını ərəb dilində "otlamaq" mənasındakı "mərəğə" sözüylə əlaqələndirib, bu adın "otlaq, at bəslənən yer" demək olduğunu qeyd edirlər. Lakin çox güman ki indiki Marağa toponimi ilə bağlı olan qədim toponimlərin (Fraata, Fraaspa, və s.) Azərbaycan ərazisinə ərəb xilafətinin axınlarının başlamasından xeyli əvvəl mövcud olduqları nəzərə alındıqda, bunun gerçək olması ehtimalı az olur. Strabonun yazdığına görə, Atropatena hökmdarlarının yay iqamətgahı olan Qazaka və qış iqamətgahı olan Vera adlı iki paytaxt şəhərləri olmuşdur.
Mərağə
Marağa — İranın Şərqi Azərbaycan ostanında şəhər. Təbrizdən 130 kilometr cənub-şərqdə yerləşir. Marağa bağ-bağatı, meyvəsi, xüsusilə üzüm, doşab və kişmişi ilə məş­hurdur. Şəhər, meyvəsindən əlavə, taxılı və gözəl mərməri ilə də böyük şöhrət qazanmışdır. Həmçinin Marağa öz qədim Marağa rəsədxanası və bütün Azərbaycanda tanınan Marağa sabunuyla məşhurdur. Bir çox mütəxəssis indiki Marağanı qədim tarixi qaynaqlarda adı çəkilmiş, Atropatenada yerləşən Vera şəhəriylə, habelə Fraata, Prasana, Fraaspa, Fraspa, Əfrahrud (rud farsca çay deməkdir) kimi toponimlərlə əlaqələndirir. Bəzi qaynaqlara görə, "Marağa" sözünün mənası "otlaq yeri" deməkdir. Marağa şəhərinin adını ərəb dilində "otlamaq" mənasındakı "mərəğə" sözüylə əlaqələndirib, bu adın "otlaq, at bəslənən yer" demək olduğunu qeyd edirlər. Lakin çox güman ki indiki Marağa toponimi ilə bağlı olan qədim toponimlərin (Fraata, Fraaspa, və s.) Azərbaycan ərazisinə ərəb xilafətinin axınlarının başlamasından xeyli əvvəl mövcud olduqları nəzərə alındıqda, bunun gerçək olması ehtimalı az olur. Strabonun yazdığına görə, Atropatena hökmdarlarının yay iqamətgahı olan Qazaka və qış iqamətgahı olan Vera adlı iki paytaxt şəhərləri olmuşdur.