MƏZNUNİYYƏT
MƏZRƏƏ
OBASTAN VİKİ
Məzrə
Azərbaycanda Məzrə (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Məzrə (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Məzrə (Ordubad) — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Yuxarı Məzrə — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Məzrə (Naxçıvan-Babək)-Azərbaycanın Naxçıvan Muxtar Respublikasında Babək rayonunda kənd. Ermənistanda Böyük Məzrə — Göyçə mahalının Basarkeçər rayonunda kənd. Kiçik Məzrə — Göyçə mahalının Basarkeçər rayonunda kənd. Məzrə çayı — Göyçə mahalının Basarkeçər rayonunda çay. Məzrə (Sisyan) — Zəngəzur mahalının Sisyan rayonunda kənd.
Bala Məzrə
Kiçik Məzrə, Bala Məzrə — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd. == Tarixi == Bala Məzrə rayon mərkəzindən 9 km şimalda, Məzrə çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Məzrə`ə formasında, Qafqazın 5 verstlik xəritəsində Bala Mazra kimi qeyd edilmişdir. Kəndin bir adı da «Qulu ağalı» olmuşdur. Kəndin əfazisində X-XII əsrlərə aid alban kilsəsi, IV-VII əsrlərə aid oğuz qəbiristanlığı vardır. Toponim ərəb dilində «əkilmiş yer, sürülüb toxum səpilmiş tarla» mənasında işlənən məzrə (məzru) sözü əsasında formalaşmışdır. «Bala» fərqləndirici əlamət bildirən sözdür. Relyef bildirən toponimdir. Quruluşca mürəkkəb toponimdir. Erməni dilinə kalka edilərək Pokr (kiçik, bala) Mazra kimi işlədilir.
Böyük Məzrə
Böyük Məzrə — Göyçə mahalının Basarkeçər rayonunda kənd. == Tarixi == Böyük məzrə kəndinin yaranma tarixi XIV əsrin axırları (1387–1388), XV əsrin əvvəlinə (1410) təsadüf edir. Kəndin adı yarandığı ilk gündən 1988-ci ilin dekabrına qədər 3 dəfə dəyişdirilmişdir. Kəndin ilk adı XVII əsrin ortalarında (1650) qədər Quluağalı, ikinci adı 1956-cı ilə qədər Böyük Məzrə, üçüncü adı isə 1988-ci ilin dekabrına qədər erməni dilində də həmin mənanı bildirən Mets Mazra olmuşdur. Qazax mahalından Göyçə mahalına gələn dörd qardaşlar Vəliağa (Zod) Hüseynquluağa (Nərimanlı), Qaraiman (Oğruca) və Quluağa isə Böyük Məzrə kəndinin himini salmışdır. Kəndin ilk adı Quluağalı sözünün mənası, kəndin himini salan Qulu ağanın adı ilə bağlıdır.Kəndin ikinci adı Böyük Məzrə sözünün mənası iki mənanı kəsb edir. 1.Böyük Məzrə sözü ərəb dilində "Düzənlik", 2.Fars dilində isə "Bolluq və Bərəkətlik" mənasını bildirir. Kəndin ərazisinin əkin yerləri böyük düzənliklərdən ibarət olduğuna görə adı Böyük Məzrə adlandırılmışdır. Kəndin üçüncü adı olan Mets Mazra sözünün mənası erməni dilində də həmin mənanı bildirir. ХIХ əsrin оrtаlаrındа kəndin mаldаrlаrının "Аğdаş" və "Hаcı Qurbаn dərəsi" аdlı yаylаq yеrləri оlmuşdur.
Kiçik Məzrə
Kiçik Məzrə, Bala Məzrə — İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonunda kənd. == Tarixi == Bala Məzrə rayon mərkəzindən 9 km şimalda, Məzrə çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Məzrə`ə formasında, Qafqazın 5 verstlik xəritəsində Bala Mazra kimi qeyd edilmişdir. Kəndin bir adı da «Qulu ağalı» olmuşdur. Kəndin əfazisində X-XII əsrlərə aid alban kilsəsi, IV-VII əsrlərə aid oğuz qəbiristanlığı vardır. Toponim ərəb dilində «əkilmiş yer, sürülüb toxum səpilmiş tarla» mənasında işlənən məzrə (məzru) sözü əsasında formalaşmışdır. «Bala» fərqləndirici əlamət bildirən sözdür. Relyef bildirən toponimdir. Quruluşca mürəkkəb toponimdir. Erməni dilinə kalka edilərək Pokr (kiçik, bala) Mazra kimi işlədilir.
Məzrə (Babək)
Məzrə (əvvəlki adı: Alagözməzrə) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məzrə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Alagözməzrə kənd inzibati ərazi dairəsi tərkibindəki Alagözməzrə kəndi Məzrə kəndi, Alagözməzrə kənd inzibati ərazi dairəsi Məzrə kənd inzibati ərazi dairəsi adlandırılmışdır. Elmi ədəbiyyatda bu oykonim Alagözmərzə şəklində də izah olunur. Oykonim Alagöz (ərazidəki eyniadlı dağın adı ilə bağlıdır) və məzrə (ər. "əkin yeri", "tarla") sözlərindən düzəlib, "Alagöz dağının ətəyində əkin yeri" deməkdir. Məzrə kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: Kənd Naxçıvançayın sol sahilində, Zəngəzur silsiləsinin cənub-qərb ətəyində yerləşir. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə Məzrə kənd tam orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Məzrə (Cəbrayıl)
Məzrə — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Şükürbəyli kənd Sovetindən Məzrə kəndi Sarıcalı kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 5 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğalından azad edilmişdir. 1918–1920-ci illərdə Azərbaycan-Ermənistan müharibəsi dövründə ermənilərin silahlı dəstəsi Məzrə kəndinə hücum edərək kəndi yandırmış, əhalinin əmlakını talan etmiş və dağıtmışdır. Hücum nəticəsində kəndin əhalisindən 5 nəfər öldürülmüşdür. Kənd düzənlikdə yerləşir. Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Məzrə (Ordubad)
Məzrə — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Üstüpü bələdiyyəsinin tərkibindədir. Rayonun mərkəzindən 40 km şimal-qərbdədir. Əhalisi 122 nəfərdir(2000); bağçılıq, əkinçilik və heyvandarlıqla məşğuldurlar. Orta məktəbi, kulubu, kitabxanası, tibb məntəqəsi vardır. Oykonim ərəb mənşəlidir. Ərəb dilində məzrə "əkin üçün yararlı yer, əkin yeri, tarla", habelə əkin yerləri əsasında yaranan məntəqə, oba, kiçik yaşayış yeri mənalarını kəsb edir. Keçmiş adı Məzrəurs olmuşdur.Güman edilir ki, yaşayış məntəqəsi Nurs kəndinin Məzrə adlı əkin yerində salındığına görə belə adlandırılmışdır. Əhalisi 134 nəfərdir. Düylünçay üzərində Məzrə körpüsü tikilmişdir.
Məzrə (Qubadlı)
Məzrə — Azərbaycan Respublikasının Qubadlı rayonunun Novlu kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. Məzrə kəndi dağətəyi ərazidədir. Oykonim ərəb mənşəlidir. Ərəb dilində məzrə "əkin üçün yararlı yer, əkin yeri, tarla", habelə "əkin yerləri əsasında yaranan məntəqə, oba, kiçik yaşayış məntəqəsi" mənalarını kəsb edir. Kəndin ərazisi keçmiş Zəngəzur qəzasının Şixavuz kəndinin əkin yeri olmuşdur. Yaşayış məntəqəsi XIX əsrin ortal arında həmin kənddən gəlmiş 14 ailənin burada məskunlaşması nəticəsində yaranmışdır.
Məzrə (Sisyan)
Məzrə — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. Rayon mərkəzindən 10–11 km qərbdə yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fars dilində "əkin sahəsi" mənasını bildirən məzrə sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranan quruluşca sadə toponimdir. Ərəb dilində məzrə "düzən yerdə əkin yeri","suvarıla bilən əkin yeri" (sonralar məzrə əsasında yaranmış məntəqə) sözündəndir. Azərbaycanda Ordubad, Qubadlı və Cəbrayıl rayonlarında Məzrə kənd adları ilə mə’naca eynidir. 1590-cı ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1828-ci ilə kimi burada azərbaycanlılar yaşamışdır. Ermənilər buraya 1828-ci illərdə Xoy və Salmasdan köçürülmüşdür.
Məzrə (bitki)
Məzrə Abid
Məzrə Abid (fars. مزرعه‌بید‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 1,723 nəfər yaşayır (504 ailə).
Məzrə körpüsü
Məzrə çayı
Məzrə çayı — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Basarkeçər (Vardenis) rayonundakı Məzrə kəndində çay. Hidronim «əkin yeri» mənasında işlənən məzrə sözündən əmələ gəlmişdir. Oykonim əsasında yaranan hidronimdir. Çayın suyundan əkin yerələrini, tarlalan suvarma məqsədi ilə istifadə edildiyi üçün Məzrə çayı adlarıdırılımışdır. Mürəkkəb quruluşlu hidronimdir.
Yuxarı Məzrə
Yuxarı Məzrə — Azərbaycan Respublikasının Xocavənd rayonunda ərazisi yerləşən ləğv olunmuş kənd. Ləğv olunmaqdan qabaq Cəbrayıl rayonunun Sarıcalı kənd inzibati ərazi dairəsində kənd idi. 5 dekabr 2023-cü il tarixli Qanunla Cəbrayıl rayonunun inzibati ərazi bölgüsünə daxil olan Sarıcalı kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Məzrə kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış, kəndin ərazisi isə Xocavənd rayonunun inzibati ərazisinə verilmişdi. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Yuxarı Məzrə kəndi Şükürbəyli kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. 2020-ci il noyabrın 7-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 5 dekabr 2023-cü il tarixli Qanunla Cəbrayıl rayonunun inzibati ərazi bölgüsünə daxil olan Sarıcalı kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Məzrə kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış, kəndin ərazisi isə Xocavənd rayonunun inzibati ərazisinə verilmişdi. Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Abbasgöl məzrəsi
Abbasgöl məzrəsi — İrəvan əyalətini Sürməli nahiyəsində kənd adı. == Toponimik adı == Abbasgöl məzrəsi — 1728-ci ildə İrəvan əyalətini Sürməli nahiyəsində kənd adı. Bu toponimin Abbas hissəsi türk dillərində abıs keşiş, dindar sözündən təhrifdir. Abbasgöl Keşiş gölü mənasındadır, məzrə isə gölün adı ilə adlanmışdır.
Məzrəli
Məzrəli (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Məzrəli (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd.
Məzrəli (Saatlı)
Məzrəli — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 1027 nəfərdir. Sakit Yaqubov — Azərbaycan Dövlət İqtisad Universitetinin elm üzrə prorektoru, iqtisad elmləri doktoru, professor. Kənddə məscid, kənd xəstəxanası, orta təhsil məktəbi, kitabxana, bələdiyyə binası yerləşir. Kənd Saatlı şəhərindən 9 km qərbdə, Araz və Kür çaylarının arasında, Mil düzündə yerləşir. Saatlı və İmişli rayonlarının sərhəddindədir. Kənd əhalisinin əsas məşğuliyyəti maldarlıq və kənd təsərrüfatıdır.
Məzrəli (İmişli)
Məzrəli — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Məzrəli kəndi İmişli rayonu inzibati yaşayış məntəqələrtindən biridir. Araz çayının sağ sahilində , Mil - Muğan su kanalı boyu, Bakı- Horadiz şose yolunun kənarında yerləşir. Kəndin tarixi XVIII əsrə aiddir. Məzrəli kəndinin əhalisi Cənubi Azərbaycanın Şahsevən tayfaları və Qarabağın Cavanşir, Kəbirli, Bəcrəvan, Otuziki tayfaları ilə əlaqədardır. Nadir şah Əfşar hakmiyyətə gəldikdən sonra onun hakimiyyətini qəbul etməyən bu tayfalar Xorsana və Əfqanıstana sürgün olundu, lakin bəzi nəsillər Araz boyu meşələrə çəkilərək gizli olaraq məskunlaşdılar. Tədricən bu ərazilərdə adının mənşəyi "Məzrə və ya Mezra " kimi formalaşan və mənası "əkin yeri, düzən yer , mənasını verən Məzrəli adı bu cür formalaşdı. Əhalinin burada kütləvi məskunlaşması SSRİ dövründə baş verdi. Kolxoz quruculuğu və sosializm quruculuğu burada geniş miqyasda aparıldı. "Kalinin" kolxozu kimi tanınan Məzrəli kəndi hal hazırda İmişli rayonunun böyük yaşayış məntəqələrindən biridir.[mənbə göstərin] I Qarabağ müharibəsi zamanı 18 nəfər Məzrəli kənd sakini Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid oldu: Əliyev Rafael Balamirzə oğlu Qəmbərov Rəmzi Müvəkkil oğlu Süleymanov Azər Fazil oğlu Fətəliyev Sabir Kamil oğlu Nərimanov Mürşüd Nadir oğlu Nağıyev Nəriman Rüstəm oğlu Sadıqov Yaşar Dövlət oğlu Nəsirov Vasif Famil oğlu Sadıqov Valid İsfəndiyar oğlu Xəlilov Yusif Adna oğlu Bağırov Ramil Ənvər oğlu Qasımov Rasif Musavat oğlu Əsgərov Həbib İzzət oğlu Şirinov Qamət Teyyub oğlu Səfərov Nicat [1995-cildə Bakı metrosunda terror aktı nəticəsində həlak olub] Bağırov Ramil Ənvər Mehdiyev Əhliman Rəhman Quliyev Elçin Etibar Kənd əhalisinin sayı 6257 nəfərdir.
Məzrəli bələdiyyəsi
Məzrəli bələdiyyəsi (İmişli) — İmişli rayonunda bələdiyyə. Məzrəli bələdiyyəsi (Saatlı) — Saatlı rayonunda bələdiyyə.
Məzrəli bələdiyyəsi (İmişli)
İmişli bələdiyyələri — İmişli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Məzrəsuyal silsiləsi
Məzrəsuyal silsiləsi - Şahbuz rayonu ərazisində, Naxçıvançayla Nursuçayın suayırıcısında yüksəkdağlıq silsilə. Zəngəzur silsiləsinin suayırıcısındakı Camal yüksəkliyindən (3204,3 m) qərbə ayrılan Toğluqaya qolunun qərb hissəsini təşkil edir və Naxçıvançayın dərəsi tərəfə enərək iki qola parçalanır. Ən yüksək zirvəsi Qoturdağ (hünd. 2050,8 m), ümumi uzunluğu 7 km-ə yaxındır. Silsilənin suayırıcısı hamardır və qədim düzlənmə səthinə cavab verir. Orta Eosen yaşlı çökmə və vulkanogen-çökmə süxurlardan təşkil olunmuşdur. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin Nursu mərkəzi əyilməsinin şimal-şərq cinahında yerləşir.

Digər lüğətlərdə