MAD

mad1

adj (-dder, -ddest) 1. ruhi xəstə; dəli; to drive smb. ~ bir kəsi dəli etmək; to be ~ about smb. bir kəsdən ötrü dəli-divanə olmaq; 2. quduz; a ~ dog quduz it; 3. qəzəbli

mad2

adı dəli kimi; dəlicəsinə

MACROCOSM
MAD-HOUSE
OBASTAN VİKİ
El Madriqal Stadionu
Estadio de la Keramika (isp. Estadio de la Cerámica) və ya keçmiş adı ilə El Madriqal – Vilyarreal FK-ın ev oyunlarına sahiblik edən futbol stadionu. 1923-cü ildə istifadəyə verilmişdir. 25 minlik tamaşaçı tutumuna malikdir.
Eros Maddi
Eros Maddi (5 fevral 2001-ci ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda hücumçu kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Maddi Sparta Rotterdam akademiyası vasitəsilə inkişaf etmişdir. 2014-cü ildə Maddi Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə müqavilə imzalamışdır. Oyunçunu bir müddət Tottenhem Hotspur klubu transfer etmək istəmişdir. Maddi öz peşəkar karyerasında debütünü 20 noyabr 2018-ci ildə Utrext II klubuna qarşı oyunda etmişdir. O, 60-cı dəqiqədə Sebastian Paskuali əvəz etmişdir. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 3-4 hesabı ilə məğlub olmuşdur. == Şəxsi həyatı == Maddi Vurden şəhərində anadan olmuşdur. Valideynləri isə Surinam vətəndaşlarıdır. == Karyera statistikası == 29 dekabr 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir.
Erotica (Madonna albom)
Erotica — Madonnanın ikinci studiya albomu. 20 oktyabr 1992-ci ildə dünya üzrə "Warner Bros. Records" tərəfindən buraxılmışdır.
Exomiocarpon madagascariense
Falco pelegrinoides madens
Şahin (lat. Falco pelegrinoides) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Faxriddin Madkamov
Folinyo Madonna (Rafael)
Folinyo Madonna (it. Madonna di Foligno) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1511-ci ildə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. Folinyo Madonna əsəri hazırda Vatikanda saxlanılır. == Əsərin tarixi == Folinyo Madonna əsəri ilk dövrlərdə məşhur italiyalı zadəgan Anna Kontiyə məxsus olmuşdur. Daha sonra əsər bir müddət Sigismondi ailəsi tərəfindən himayə olunmuşdur. 1565-ci ildə ailə tablonu yerli Folinyo monastrına vermişdir..Tablo 1799-cu ildə Napoleon Bonapart tərəfindən Fransaya aparılmışdır. Əsər 1802-ci ildə Hakuin tərəfindən panel lövhəyə köcürülmüş, Hidelberq isə tablonu bərpa etmişdir. Panel lövhədən qalın kətana köcürmə prosesi az hallarda istifadə olunan üsul idi.
Fuente de Apolo (Madrid)
Apollo bulağı — (İspanca: Fuente de Apolo) Dörd fəsil də adlandırılan Apollo Bulağı, Madriddə (İspaniya) Manuel Alvarez'in Paseo del Prado bölgəsindəki monumental bir çeşmədir. 18-ci əsrdə Kral III Karl tərəfindən dəstəklənən şəhər islahatında Prado Hall adlanan yerin mərkəzini tutur. Ventura Rodríguez tərəfindən Paseo, eləcə də Cibeles və Neptuno üçün hazırlanan heykəltəraşlıq cəmiyyətinin bir hissəsidir. Hər üç mənbə İspan Neoklassizminin şah əsərləri hesab olunur. == Tarixi == Fəvvarə 1780-ci ildə, III Karlın dövründə, stansiyaların fiqurlarına rəhbərlik edən Yunan Manuel Alvarez tərəfindən qurulmağa başlamışdır. Apollo heykəlinin qurulmasında 1802-ci ildə Alfonso Giraldo Berqaz da iştirak etmişdir. Heykəl bir il sonra, 1803-cü ildə, IV Karlın oğlu tac şahzadəsi don Fernandonun (gələcək Fernando VII) bağlantısını qeyd etmək üçün açıldı. == Xüsusiyyətləri == Fəvvarə pilləkənləri olan mərkəzi bir gövdədən ibarətdir, müxtəlif ölçülü üç üst-üstə düşən qabıqlara su atan iki maska var. Fəvvarə heykəlləri dörd fəsli xəyali rəqəmlərlə təmsil edir, buna görə bulağın alternativ adıdır. Abidə III Karlın tanrısı, işığın və sənətin ilahiliyi, Carlosun xüsusiyyətləri ilə bitdi.
Garcinia madruno
Garcinia madruno (lat. Garcinia madruno) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin kluzikimilər fəsiləsinin qarsiniya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Calophyllum madruno Kunth Rheedia madruno (Kunth) Planch. & Triana Verticillaria madruno (Kunth) Tul.
Hard Candy (Madonna albomu)
Hard Candy Madonnanın on birinci studiya albomu. 19 aprel 2008-ci ildə Warner Bros Records tərəfindən nəşr olunmuşdur.Bu Madonnanın val şirkəti ilə son studiya albomu oldu.
Humea madagascariensis
Humeocline madagascariensis
Infraqırmızı spektroskopiya üsulu ilə üzvi maddələrin tədqiqi
İnfraqırmızı spektroskopiya — infraqırmızı şüaların təsiri ilə maddələrin tərkibindəki dəyişikliklərin təyin edilməsində istifadə olunan spektral analiz üsullarından biridir. Hələ 1882–1900-cü illərdə Edvard Festinq 52 birləşmənin "IQ" spektrini almış və müşahidə olunan udmanın bu molekullardakı funksional qruplarla əlaqəsini göstərmişdir. Bu üsulun daha da təkmilləşməsində Amerika fiziki Uilyam Kobelsin böyük əməyi oldu. Hələ 1903-cü ildə o, NaCl prizmasından istifadə edərək yüzlərlə üzvi və qeyri-üzvi maddələrin tam infraqırmızı spektrlərini almışdır. İQ spektroskopiyanın inkişafı İQ interferometrlərinin meydana gəlməsi ilə bağlı olmuşdur ki, bunlar da 70-ci illərdə təkmilləşərək kompüterləşmiş və Furye çevrici ilə təchiz olunmuş halda dünya bazarlarına çıxarılmışdır. Spektrlərdəki ehtizazi və fırlanma dalğa uzunluğu 1–50µ arasındadır. Mineralogiyada və kristalloqrafiyada infraqırmızı spektroskopiya mineral qarışıqlarının kəmiyyət analizi və tutuşdurulması; mineralın quruluşundakı H2O-nun təbiətini müəyyən etmək, onların əmələ gəlməsində bir kriteriya kimi quruluşun nizamlanma dərəcəsini araşdırmaq üçün və başqa hallarda istifadə olunur. Spektroskopiya maddə ilə elektromaqnit şüaların qarşılıqlı təsirini, maddənin struktur quruluşunu və onu təşkil edən atomların və molekulların öyrənilməsidir. Spektroskopiya elektromaqnit şüalanmanın – qamma şüaların, X-şüaların (rentgen şüaları), infraqırmızı şüaların, görünən və ultrabənövşəyi şüaların, mikrodalğanın və radio tezliklərin bütün sahəsini istifadə edir. İnfraqırmızı spektroskopiya spektroskopiyanın bir bölməsidir ki, infraqırmızı diapazonda üzvi və qeyri-üzvi birləşmələrin buraxılma, udulma və əksolunma spektrləri əldə edilir və araşdırılır.
Kolonna Madonna
Kolonna Madonna — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1508-ci ildə, yaradıcılığının Florensiya dövrünün sonuna yaxın işləmişdir. Kolonna Madonna əsəri hal-hazırda Almaniyada Berlin şəhərində saxlanılır.
Konestabile Madonna
Konestabile Madonna (it. La Madonna Connestabile) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1502-1504-cü illərdə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin ilk işlərindən hesab olunur. Konestabile Madonna əsəri hal-hazırda Rusiyada Sankt-Peterburq şəhərində Ermitaj muzeyində saxlanılır.
Kouperin balaca Madonnası
Kouperin balaca Madonnası (it. Piccola Madonna Cowper) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin 1505 -ci ildə yağlı boya ilə işlədiyi əsər. Əsər Rafael Santinin Florentina dövrünə aid edilir. "Kouperin balaca Madonnası" əsəri hal-hazırda ABŞ-də, Vaşinqton şəhərində saxlanılır.
Like a Prayer (Madonna albom)
Like a Prayer Madonnanın dördüncü studiya albomu.21 mart 1989 ildə Sire Records tərəfindən nəşr olundu.1980 ların sonunda,Like a Prayer albomun çıxışından sonra Madonna Bilbord, MTV, Musiqiçi dərgisi kimi medialar tərəfindən "On ilin Sənətçisi"adlandırıldı..
Like a Virgin (Madonna albom)
Like a Virgin Madonnanın ikinci studiya albomu. 12 noyabr 1984 ildə Sire Records tərəfindən nəşr olundu.
MDNA (Madonna albom)
MDNA — Madonnanın on ikinci studiya albomu. Çıxış tarixi 26 mart 2012 ildi. Albom ilk həftəsində 359.000 nüsxə sataraq , Billboard Hot 200-ə 1 nömrədən giriş etdi.
Mada
Midiya (q.yun. Μῆδοι), Mada (q. fars Māda-) və ya Maday (ivr. ‏מָדַי‏‎, translit Maday) — e.ə. 728–e.ə. 549-cu illərdə mövcud olmuş qədim şərq imperiyasi, eləcə də şimalda Araz çayı və Elbrus dağına, şərqdə Dəşti-Kəvir səhrasına, qərbdə isə Zaqros dağlarına qədər uzanan tarixi regiondur. Dövlət ilkin dövrdə tarixi Azərbaycan və ya Şimali İran ərazisində yaransa da tezliklə genişlənərək Ön Asiyanın ən güclü dövlətinə çevrilmiş, bölgə xalqlarının tarixində böyük iz qoyaraq, mədəniyyətinə güclü təsir etmişdir. Mada tayfa ittifaqı əsasən Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə təşəkkül tapmışdı. Azərbaycanlıların etnogenezində iştirak edən xalqlardan biri – madaylar tərəfindən qurulmuş ilk imperiya olan Midiya ondan əvvəl Azərbaycan ərazisində yaranmış Manna dövlətinin tarixi, etnik və mədəni varisi hesab edilir. Midiya Mannadan cənub-şərqdə yerləşirdi.
Mada çarlığı
Midiya (q.yun. Μῆδοι), Mada (q. fars Māda-) və ya Maday (ivr. ‏מָדַי‏‎, translit Maday) — e.ə. 728–e.ə. 549-cu illərdə mövcud olmuş qədim şərq imperiyasi, eləcə də şimalda Araz çayı və Elbrus dağına, şərqdə Dəşti-Kəvir səhrasına, qərbdə isə Zaqros dağlarına qədər uzanan tarixi regiondur. Dövlət ilkin dövrdə tarixi Azərbaycan və ya Şimali İran ərazisində yaransa da tezliklə genişlənərək Ön Asiyanın ən güclü dövlətinə çevrilmiş, bölgə xalqlarının tarixində böyük iz qoyaraq, mədəniyyətinə güclü təsir etmişdir. Mada tayfa ittifaqı əsasən Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə təşəkkül tapmışdı. Azərbaycanlıların etnogenezində iştirak edən xalqlardan biri – madaylar tərəfindən qurulmuş ilk imperiya olan Midiya ondan əvvəl Azərbaycan ərazisində yaranmış Manna dövlətinin tarixi, etnik və mədəni varisi hesab edilir. Midiya Mannadan cənub-şərqdə yerləşirdi.
Madabad (Xudabəndə)
Madabad (fars. ماداباد‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 262 nəfər yaşayır (58 ailə).
Madagiz
Suqovuşan (əvvəlki adı: Madagiz) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Çaylı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 oktyabr 2020-ci il tarixli, 173-VIQ saylı Qərarı ilə Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndi Suqovuşan kəndi adlandırılmışdır. Kənd 3 oktyabr 2020-ci il tarixində Qarabağda gedən döyüşlər zamanı Talış kəndi ilə bərabər Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdir. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. == Coğrafiyası == Bölgə əsasən dərin yarğanlarla kəsilmiş yüksək, seyrək meşəlik çəmənliklərdən ibarətdir. Qəsəbə ərazisindən Tərtər çayı axır. Bölgədə əhəngdaşı ehtiyatları mövcuddur. == Tarixi == Suqovuşan kəndi 1923-cü ildə təşkil edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə daxil edildi. 1943-cü ildə Suqovuşana şəhər tipli qəsəbə statusu verilmişdi. 1949-cu ildə burada mebel fabriki və əhəng istehsalı sexi olan sənaye kompleksi yerləşirdi.
Madagiz su anbarı
Suqovuşan su anbarı (sovet və işğal dövrü: Madagiz su anbarı) — Tərtər rayonunun Suqovuşan ərazisində, Tərtərçay üzərində yerləşən su anbarı. Su anbarı kənd təsərrüfatı torpaqlarını su ilə təmin etmək məqsədilə 1975-ci ildə istismara verilmişdir. Madagiz su anbarı Tərtər rayonunun erməni işğalında olan hissəsində yerləşirdi. 3 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir. == Texniki göstəriciləri == Bəndin hündürlüyü 28 m, uzunluğu 630 m, su anbarının ümumi həcmi 5.86 mln.m³-dir. Suqovuşan-1 su-elektrik stansiyası 4.8 mqvt və Suqovuşan-2 su-elektrik stansiyası isə 3 mqvt gücə malikdir. Erməni işğalı dövründə bu stansiyalar QSC tərəfindən istismar edilmişdir. Bu qapalı səhmdar cəmiyyətin 48% səhmləri qondarma quruma, qalan 52% səhmləri isə daha kiçik özəl sahibkarlara aid olmuşdur.
Madagizin azad edilməsi
Madagizin azad edilməsi — 2020-ci ilin 27 sentyabrından başlamış 3 oktyabr tarixinə kimi davam edən, Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən döyüşlər, İkinci Qarabağ müharibəsində olan döyüşlərdən biri. Nəticədə Tərtər rayonunun Suqovuşan və Talış kəndləri Azərbaycan ordusu tərəfindən azad edilir. Suqovuşan döyüşü Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində şimal-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olmuşdur. == Tarixi == Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndləri 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulmuşdur. Bunun nəticəsində Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar olub və mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Elə həmin gün başlamış əks hücun əməliyyatı ilkin olaraq Qarabağın şimal, şimal-şərq və cənub-şərq cəbhəsi boyunca gedir. Azərbaycan ordusunun cənub-şərq və şimal-şərq cəbhəsi boyunca ilk həmləsi ilə Ermənistan ordusunun müdafiə istehkamları yarılır. Nəticədə azərbaycan ordusu cəbhə boyu istiqamətində irəliləməyə başlayır. 30 sentyabr səhər saatlarından etibarən Ermənistan hərbi birləşmələrinin cəbhənin bu istiqamətində növbəti dəfə ağır artilleriyadan Tərtər şəhərini intensiv atəşə tutması nəticəsində yaralanan 7 mülki vətəndaşdan ikisi vəfat etmişdir. Onlar rayonun Dəmirçilər kənd sakinləri 1988-ci il təvəllüdlü İbrahimov Şahin Mahmud oğlu və 1971-ci il təvəllüdlü Əliyev Müzəffər Əli oğludur.