MAKEDONİYALILAR

cəm Yuqoslaviya və Yunanıstan Makedoniyasının, habelə Bolqarıstanın bəzi rayonlarının əsas əhalisini təşkil edən cənubi slavyan xalqı.
MAKARÓN
MAKÉT
OBASTAN VİKİ
Makedoniyalılar
Makedonlar və ya Makedoniya slavyanları — slavyan xalqlarından biri, Makedoniya Respublikasının əsas əhalisidir. == Tarix == == Etimologiya == == Məskunlaşma == 2012-ci ilə olan məlumatlara əsasən dünyanın 27 ölkəsində 2.115 milyon nəfər etnik makedon yaşayır. == Dil == Makedon və ya Makedoniyanın slavyan dilində danışanların sayı təxminən 1.711 milyon nəfərdir.
Qədim makedoniyalılar
Makedoniyalılar (yun. Μακεδόνες, Makedónes) — vaxtilə Yunanıstanın şimal-şərq hissəsində Alyakmon və aşağı Vardar çayları arasındakı allüvial düzənlikdə yaşamış qədim tayfa. Qədim yunanlardan olan bu tayfa yunan ərazisinin şimal ucundakı Alyakmon dərəsi boyunca yerləşən ərazilərindən başlayaraq ərazilərini genişlətmiş, fraklar və illiryalılar başda olmaqla bir çox qeyri-yunan qəbilələrini özünə tabe etmiş və ya ərazisindən çıxartmışdır. Makedoniyalılar yunan dilinin şimal-qərb dialektini (Qədim Makedoniya dili) danışsalar da, regionun linqva frankası əvvəl attik yunan, sonra isə koyni yunan idi. Onlar yunan mifologiyasının tanrılarına sitayiş etsələr də, eramızdan əvvəl 6-cı əsrdən başlayaraq Yunanıstanın digər hissələrində sona çatmış arxaik yunan dəfnetmə adətlərini saxlayırdılar. Makedoniya cəmiyyətinin nüvəsi monarxiya və zadəganlar idi. Makedoniyalı aristokratları qonşuları fessaliyalar kimi öz var-dövlətlərini at və mal-qara saxlamaqdan qazanmışdılar. Təqribən eramızdan əvvəl 8-ci əsrdə yaranmış Makedoniya çarlığı müxtəlif klanlardan ibarət olsa da Argeadlar sülaləsi və qəbiləsi bu dövlətdə vacib rol oynamışdır. Sülalənin əsasını qoyan I Perdikki Arqosdan Temenin nəslindən idi. Makedoniyanın adının isə yunan tanrısı Makedondan törədiyi ehtimal edilir.

Digər lüğətlərdə