MAZAQLAŞMAQ

qarş. vulq. Dilxoşluq etmək; zarafatlaşmaq, oynaşmaq.
[Pəricahan:] Ağa əvvəllər mənlə mazaqlaşardı. S.S.Axundov.

[Çərkəz:] Günü qara lap özünü açıb, – deyə xəyalından keçirdi, – indidən mazaqlaşmaq istəyir. Allah sizin damazlığınızı kəssin.
Boyları bir qamçı olan kimi adamın belinə sıçrayırlar. İ.Şıxlı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MAZAQLAŞMAQ MAZAQLAŞMAQ (vulq.) [Alışov:] Sən öz dərdini çək.. qızın Bənövşənin dərdini.. ..gecə-gündüz artistlə mazaqlaşır (M
  • MAZAQLAŞMAQ zarafatlaşmaq — oynaqlaşmaq
MAZAQLAŞMA
MAZARAT

Digər lüğətlərdə