MEYİT

is. [ ər. ] Ölmüş adam; cənazə, nəş. Meyiti basdırmaq.
– Bir azdan sonra [Hacı Nəsirin] meyitini evə gətirdilər. S.S.Axundov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MEYİT cənazə — cəsəd — ölü
  • MEYİT MEYİT [Qarabirçək oğluna:] İsmayılbəyliyə getməli olsan, mənim meytimin üstündən adlayacaqsan (Ə.Vəliyev); CƏNAZƏ Peyin qat, zibil qarışdır, heyvan le

Etimologiya

  • MEYİT Ərəbcədir, cəm forması əmvat kimidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
MEYİLSİZLİK
MEYİTXANA
OBASTAN VİKİ
Meyit
Meyit, cəsəd və ya nəş ― ölən insanın bədəni. Eyni mənaya malik olan kadavra sözü ümumiyyətlə tibbi mənada işlənir. Cənazə mərasimi üçün hazırlanan meyitə cənazə deyilir. "Heyvan ölümü" mənasını verən leş sözü bəzən xüsusən mənfi konotasiya (uyğunlaşma) — insan cəsədi mənasında da istifadə edilir. Bundan əlavə, kadavra sözü tibbi məqsədlər üçün istifadə olunan heyvan ölüləri üçün də istifadə edilə bilər. Mərasimlərdə "Nəş" sözü xüsusilə seçilir. İslami cənazə mərasimlərində nəş sözünə əlavə olaraq mərhum sözü istifadə olunur. Ərəb mənşəli "rəhmətlik" sözü "Allahın rəhmətinə qovuşmuş, bağışlanmış" deməkdir. Bu mənada mərhum kəlməsi təkcə ölülərin cəsədini deyil, həm də axirətə gedəcəyinə inanılan ruh deməkdir və dəfn olunduqdan illər sonra da istifadə olunur. Kadavra sözü türkcəyə italyanca cadavere sözündən keçmişdir; cəsəd və nəş sözləri isə ərəb dili mənşəlidir.
Yeriyən meyit sindromu
Gəzən cəsəd sindromu yaxud Kotar sindromu — ipoxondrik ,nigilistik(inkar) sayıqlamalarının və depressiv əlamətlərin birləşməsindən ibarət olan sindromdur. Xəstələr heç vaxt ölməyəcəklərini və həyatları boyu əzab-əziyyət çəkəcəklərini söyləyirlər. Onlar nəinki özlərini, həmçinin ətrafdakı adamların da iztirab içində yaşadıqlarını deyir və bunun üçün təqsirkar olduqlarını bildirirlər. Yeməkdən imtina edərək həmişə tox olduqlarını söyləyirlər. Belə xəstələr bütün günü əli qoynunda gəzərək tezliklə bütün dünyanın suda qərq olacağını və hamının məhv olacağını deyirlər. Başqa birisi bütün daxili orqanların yoxluğundan, beyninin çürüməsindən şikayətlənir, yüz illər belə ağır vəziyyətdə yaşayacağını söyləyir. Bu sindrom ,əsasən, qocalıq psixozlarında rast gəlinir. Sindromun ikinci adı "Kotard"dır. Kotard sindromu ilk dəfə 1880-ci ildə Fransız nevroloq Cules Kotard tərəfindən kəşf edilib, ruhi xəstəlikdir. Bu xəstəliyə tutulanlar ölü olduqlarını düşünürlər.
Meyityarma
Meyityarma — elmi biliklərini artırması və ya ölüm səbəbinin müəyyənləşdirilməsi üçün meyitlərin yarılması. Meyitlərin yarılması hələ orta əsrlər dövründən qadağan edilmişdi. Tarixdə "yevistaxilərin yandırılması" hadisəsindən xəbərləri var. Belə ki, XVI əsrdə tələbələr müəllimlərin tapşırığı və köməkliyilə gecələr qəbiristanlıqdan yeni basdırılmış meyitləri çıxarıb aparırmış. Həmin meyitlər gizlicə yarılır, bununla da tələbələrə praktiki biliklər verilərmiş. Ancaq din xadimləri bundan xəbər tutur. Onlar qəbiristanlıqda meyit çıxaranları izləyib tutur, sonra isə hamısını meydanda, hər kəsin gözü önündə yandırıblar. Burada maraqlı bir məqamı da deyək. Yevistaxilərin yandırılması səhnəsinin fotoçəkiliş olmayan həmin dövrdə rəsmi çəkilib. Həmin rəsmin orijinalı indi məhz Azərbaycanda - Dövlət Tarix Muzeyində saxlanılır.
Meyitlər meyitlər meyitlər
Meyitlər meyitlər meyitlər (ing. Bodies Bodies Bodies) — Halina Reynin rejissorluğu ilə 2022-ci ildə ekranla çıxan komediya-qorxu janrındakı ABŞ filmi. == Süjet == İyirmi yaşlarındakı bir qrup imkanlı gəncin dəbdəbəli bir ailə malikanəsində təşkil etdiyi əyləncə şənliyi ölümcül oyun meydançasına çevrilir.

Digər lüğətlərdə