Qara meyvəli dovşanalması
Qara meyvəli dovşanalması (lat. Cotoneaster melanocarpus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Çində, Yaponiyada, Monqolustanda, Rusiyada, Avropada 700-2600 m hündürlükdə qayalarda, meşələrdə təbii halda yayılmışdır.
== Botaniki təsviri ==
Hündürlüyü 2 m-dək olan koldur. Yarpaqları sadə, növbəli, kənarları bütöv, üstü tünd yaşıl və alt tərəfi ağımtıl tükcüklüdür. Aprel-mayda çiçəkləyir. Çiçəkləri xırda, çəhrayı, sallaq salxımlarda, çiçək saplağı tükcüklüdür. Meyvəsi şarşəkilli, qara, 2-3 çəyirdəkli, unlu, qara, yetişdikdən sonra uzun müddət bitkidə qalır. Meyvələri sentyabr-oktyabrda yetişir. Dovşanalması toxum, qələm, zoğlarla çoxalır.