MID

mid1

adj orta; from ~ June to ~ August iyunun ortasından avqustun ortasına kimi / qədər; in ~ winter qışın ortasında / oğlan çağında

mid2

prep ortasında, arasında

MICROWAVE
MID-
OBASTAN VİKİ
Ceyms Mid
Ceyms Edvard Mid (ing. James Edward Meade) (23 iyun 1907[…] – 22 dekabr 1995[…], Kembric, İngiltərə) — məşhur ingilis iqtisadçısı. 1977-ci ildə İqtisadiyyat üzrə Nobel mükafatını Bertil Ulinlə bölüşdürmüşdür. == Həyatı == Ceyms Mid özəl Malvern Kollecini bitirmişdir. 1926-cı ildə Oksford Universitetində təhsilə başlamışdır. Əvvəlcə klassik dərslər üzrə təhsil alsa da, sonradan fəlsəfə, siyasət və iqtisadiyyat üzrə oxumuşdur və 1929-cu ildə fərqlənmə ilə məzun olmuşdur. 1930–1931-ci illərdə Kembric Universitetinin Triniti Kollecində ixtisas artırma keçmişdir. Bu müddət ərzində dövrün ən məşhur iqtisadçıları olan Dennis Robertson və Con Meynard Keyns ilə yaxın akademik əlaqələr qurmuşdur. Con Meynard Keynsin pul və məşğulluqla bağlı tədqiqatlarında iştirak edən Mid və yaxın dostları Riçard Ken, Pyero Sraffa və Robinzon Keynsin "Ümumi nəzəriyyə" kitabının hazırlanmasına böyük dəstək olmuşlar. Sonralar Ceyms Mid 1937–1939-cu illərdə İsveçrənin Cenevrə şəhərində yerləşən Millətlər Liqasının İqtisadiyyat Bölümündə iqtisadçı kimi işləmişdi.
Corc Mid
Corc Mid (ing. George Herbert Mead; 27 fevral 1863[…] – 30 aprel 1931[…], Çikaqo, İllinoys) — Amerikan filosofu, sosioloq, psixoloq == Həyatı == Mid 1863-cü 27 fevral tarixində, Masaçusetsdə, Cənubi Hadley-də anadan olmuşdur. O, protestant, orta sinif ailəsində doğulmuşdur- atası Hiram Mead, anası Elizabeth Storrs (Billings) Mead və bacısı Alisdən ibarət ailəsi vardı. Atası keçmiş konservalist pastor idi, anası isə Oberlin Kollecinin ilahiyyat seminariyasında Müqəddəs Retorik və Pastoral İlahiyyat kafedrasında oxumuşdur. Elizabet Storrs Mead iki il Oberlin Kollecində oxudu və sonradan, 1890-cı ildən 1900-cü illərə qədər, Cənubi Hadley, Massaçusets ştatının Mount Holyoke Kollecinin başçısı olaraq çalışdı. Corc Mid də həmin kollecdə ilk təhsilini almışdı. 1887-ci ilin payızında Mid Harvard Universitetinə daxil olmuşdu. Onun əsas maraqlandığı sahələr fəlsəfə və psixologiya idi. O, Josiah Roys birgə oxuduğu müddətdə, ondan çox təsirlənmişdi və düşüncələri formalaşmağa başlamışdı. Daha sonra Almaniyaya-Leypziqə gedən Mid burada Vilhelm Vuntdan "jest" konsepsiyasını öyrəndi.
Marqarit Mid
Marqarit Mid (16 dekabr 1901[…], Filadelfiya, Pensilvaniya – 15 noyabr 1978[…], Nyu-York, Nyu-York ştatı) ABŞ-lı antropoloq idi. 1960–70-ci illərdə kütləvi informasiya vasitələrində müəllif və aparıcı olmaqla mədəni antropologiya ilə bağlı verilişlər hazırlamışdır. Nyu-Yorkda Bernard Kollecində (Universitetində) bakalavr təhsili almış, magistr və doktorluq dərəcəsini isə Kolumbiya Universitetində almışdır. Marqarit Mid beş uşaqdan birincisi idi. ABŞ-da, Filadelfiyada doğulub. Ancaq Pensilvaniya ştatının Doylstoun şəhəri yaxınlığında böyüyüb. Atası Edvard Şervurd Mid Pensilvaniya Universiteti Varton məktəbində maliyyə professoru idi. Anası Emili Mid isə italyan köçkünləri araşdıran sosioloq idi. Bacısı Katarin (1906–1907) 9 aylığında ölmüşdü. Bu hadisə Mid üçün böyük zərbə olmuşdu.
Cin Midi
Cin Midi (e.ə. 134, Vençjou[d], Çjetszyan – e.ə. 86) — Hun şahzadəsi, Du markizi, İmperator Çaonun qəyyumu. == Gəncliyi == Cin Midinin əsl hun soyadı bəlli deyil. O, eramızdan əvvəl 134-cü ildə babası Günçen şanyünün hakimiyyəti dövründə Qansuda doğulmuşdu. Atası Syuçu şahzadəsi idi. Syuçu və Hsinşi şahzadələri Hunların sərhəd bölgələri olan Heksi korridorunu idarə edirdilər. E.ə. 126-cı ildə hun taxtına keçən İçiz şanyü dövründə Çin sərkərdə Huo Kubinqin başçılığı ilə 10.000 atlı ilə birgə hücuma keçdi. Əsəbləşən İçiz məğlub olan iki sərkərdəni, şahzadə Hunye və Syuçunu yanına çağırdı.
Dexys Midnight Runners
Dexys Midnight Runners — Məşhur Britaniya pop qrupu. Qrup yaradıcılığının ən məhsuldar dövrünü XX əsrin 80-ci illərində yaşamışdır.
East Midland Allied Press
Ascential plc (əvvəllər EMAP və Top Right Group) — Birləşmiş Krallıq media şirkəti. Şirkət sərgilər, festivallar və məlumat xidmətlərində ixtisaslaşmışdır. "Ascential plc" London fond birjasında verilmişdir və FTSE 250 İndeksinin tərkib hissəsidir. == Tarixi == Riçard Vinfrey 1887-ci ildə "Spalding Guardian"ı, daha sonra "Lynn News" və "Peterborough Advertiser"i satın almışdır. O həmçinin, "North Cambs Echo"nun fəaliyyətini başlatmışdır. Vinfrey sonradan liberal siyasətçi və kənd təsərrüfatı hüquqlarının təbliğatçısı olmuş, qəzetlər onun siyasi baxışlarını təbliğ etmək üçün istifadə edilmişdir. İkinci Dünya müharibəsi illərində Vinfreyin qəzetdən gələn gəlirlər onun oğlu Riçard Pattinson Vinfreyə keçməyə başlamışdır. 1947-ci ildə Pattinson Vinfreyin rəhbərliyi altında ailənin qəzetləri "East Midland Allied Press" (EMAP) adı altında birləşdirilmişdir. 2012-ci ilin mart ayında şirkət adının "Top Right Group" olaraq dəyişdiriləcəyini və jurnalların, tədbirlər və məlumat bizneslərinin üç müstəqil şirkətə ayrılacağını elan etmişdir. "EMAP" adı o vaxt .irkətin dövriyyəsinin təxminən 18 faizini təşkil edən jurnalların fəaliyyəti üçün istifadə olunmağa davam edəcəkdi.
Goku Midnight Eye
Goku Midnight Eye (yaponca: MIDNIGHT EYE ゴクウ, Hepbörn: Midnight Eye Gokū) — Buyçi Terasavanın manqa seriyası.
In the Middle of Nowhere (Modern Talking albomu)
In the Middle of Nowhere (azərb. Ortadan heç yerə‎) - 1986-cı ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur. Bu albom qrupun 4-cü çıxarılmış albomudur.
In the Middle of Nowhere (Modern Talkng albomu)
In the Middle of Nowhere (azərb. Ortadan heç yerə‎) - 1986-cı ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur. Bu albom qrupun 4-cü çıxarılmış albomudur.
Kiçik Midiya
Kiçik Midiya – Əhəmənilər imperiyasının vilayəti. Madaylar fars Əhəmənilər sülaləsi tərəfindən devirildikdən sonra Midiya dövlətinə tabe olan ərazilərin böyük bir hissəsi Əhəmənilərin əlinə keçdi. İlk Əhəmənilər dövründə müasir Azərbaycan ərazisinin hansı hissəsinin fars dövləti tərkibinə daxil olduğunu bilmirik. Maraqlıdır ki, Madanın birinci satrapı Oybar "Nabonidin salnaməsi"ndə a"mçtpehat mat Gutium" adlanır. Sonuncu ad (Gutium) qədim Mada vilayətlərinə – Cənubi Azərbaycana, güman ki, qədim Urartuya da işarədir. Ksenofontun məlumatından aydın olur ki, Mada Kirin dövründə Ermənistan və kadusilərlə eyni canişinliyə daxil idi. Deməli, Cənubi Azərbaycan torpaqlarının xeyli hissəsi, bəlkə də onun bütün ərazisi bu dövrdə Mada satraplığına daxil idi. Herodot farsların hökmranlığının Qafqaz sıra dağlarınadək yayıldığını söyləyir, lakin bilmirik ki, onun dediklərini Kuruşun zamanınamı aid etmək lazımdır, yoxsa sonrakı dövrə. X, XI və XIV satraplıqların daxil olduğu vilayətlər hər halda e.ə. V əsrin birinci yarısından gec olmayaraq əsasən artıq farslara tabe idi.
Lanqedok-Russillyon-Midi-Pirenei
Oksitaniya (fr. Occitanie) — Fransanın cənub bir bölgəsidir. Mərkəzi Tuluza şəhəridir. == Adı == Qanunun mətni Langedok (fr. Languedoc) və Russilyon (fr. Roussillon),Pireney Dağları (fr. Pyrénées) tarixi bölgələrinin adlarını və bölgənin Fransanın xəritəsi (Cənub;fr. Midi) üzərində yerləşdiyini, bölgənin müvəqqəti adını, tirelə ayrılmışdır. Regional kapitalın daimi adı və yeri 2016-cı il iyulun 1-dən əvvəl Regional Şura tərəfindən müəyyənləşdirilmişdir və 2016-cı il oktyabrın 1-dək Fransanın Dövlət Şurası tərəfindən təsdiq edilmişdir.. == Coğrafiya == Ümumi sahəsi 72,724 km² olan bölgə, Fransanın böyük şəhərlərindəki ikinci böyük şəhərdir.
Middlesex County, Connecticut
Midlseks dairəsi — ABŞ-nin Konnektikut ştatında yerləşən bir dairədir. Dairənin əhalisi 2010-cu ilin statistikasına görə 165.676 nəfər təşkil edir.
Middletown (Connecticut)
Midltaun — ABŞ-nin Konnektikut ştatında yerləşən Middlesex dairəsindəki şəhər. Şəhərin əhalisi 2010-cu ilin statistikasına görə 47.468 nəfər təşkil edir.
Middlton adası
Middlton adası (ing. Middleton Island) — Sakit Okeanda, Alyaskanın Kordoba şəhərindən 130 km cənub-qərbdə, yaşayış olmayan kiçik ada. 1958-1963-cü illərdə Amerika Hərbi Hava Qüvvələrinə məxsus Midlton radiolapasiya staniyası burada yerləşirdi. 1964-cü ildə Böyük Alyaska zəlzələsindən sonra ada dəniz səviyyəsindən 3,7 m hündürlüyə qalxır. Adada işlək olmayan hava limanı və hidrometroloji radar stansiyası var.
Midel-şpanqout
Midel-şpanqout — gəmiqayırmaya ya gəmiçiliyə aid bir termin. Gəmi layihəsində əsas nöqtələrdən biri olub, iki paralelin tən ortasından keçən peripendikulyar kəsik.
Midhat Paşa
Əhməd Şəfiq Mithat Paşa (d. 18 oktyabr 1822 - ö. 8 may 1884) — Sultan Əbdüləziz və II Əbdülhəmidin səltənətində 2 dəfə - ümumilikdə 4 ay 5 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == 18 oktyabr 1822-ci ildə İstanbulda dünyaya gəlmişdir. Əsl adı Əhməd Şəfiqdir. Atası Hafiz Mehmed Əşrəf Əfəndi Əvkaf nazirliyində (dini işlər üzrə qurum) kiçik bir məmur idi. Bu səbəblə kiçik yaşlarında dini təhsil aldı. Hətta deyilənə görə, 10 yaşında Quranı əzbərləmişdi. 11 yaşında atasının naib təyin edildiyi Vidinə getsə də, ertəsi il atasıyla birlikdə İstanbula qayıtdı. 1834-cü ildə rəisülküttab Akif Paşanın vasitəsiylə divan-ı hümayunda xidmətə alındı.
Midhəd Abbasov
Midhət Teymur oğlu Abbasov — texnika elmləri doktoru (1962), neftçi, alim, professor, AMEA-nın həqiqi üzvü (1980), REA-nın müxbir üzvü (1984), Yer haqqında elmlər şöbəsinin akademik-katibi (1976–1990), SSRİ Ali Sovetində deputat, AMEA-nın vitse prezidenti (1990–1997), Azərbaycan Respublikası Prezident Şurasının üzvü (1991), AAzərbaycan Respublikasının dövlət katibi (1991–1992), AMEA Dərin Neft-Qaz Yataqları İnstitutunun (indiki Geologiya və Geofizika İnstitutu) direktoru (1971–2003), Azərbaycanın əməkdar elm xadimi (1990). == Həyatı == Midhət Abbasov 31 iyul 1926-cı ildə Bakıda anadan olub. 1949-cu ildə "Neft-mədən işi" ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun (indiki Neft Akademiyası) neft-mədən fakültəsini bitirib. M. T. Abbasov əmək fəaliyyətinə 1949-cu ildə "Azneft" birliyində başlamışdır. "Azneft" İB-nin "Molotovneft" trestində işlədiyi müddətdə AzSİ-nun aspiranturasına daxil olub. == Elmi fəaliyyəti == 1951-ci ildən Azərbaycan EA-da işləyir. Əvvəlcə neft və qaz yataqlarının kəşfiyyatı sahəsində, 1960-cı ildən isə neft və qaz yataqları problemləri elmi tədqiqat institutunda laboratoriya müdiri, elmi işlər üzrə direktor müavini, 1971-ci ildən isə direktor olmuşdur. 1951–1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft ekspedisiyasında işləyərək, kiçik elmi işçidən elmi işlər üzrə müdir müavini vəzifəsinə qədər yüksəlib. 1953-cü ildə "Qarışıq rejim şəraitlərində neft yataqlarının işlənilmə sistemlərinin layihələndirilməsinin bəzi məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Neft ekspedisiyasının ləğvi ilə əlaqədar olaraq, 1958-ci ildə o, AzETNÇİ-nun yeraltı hidrodinamika laboratoriyasının müdiri vəzifəsinə keçirilmişdir.
Midhəd Qəfərov
Midhəd Qəfərov (1966, Salyan rayonu) — hüquq elmləri doktoru, professor. == Həyatı == Midhəd Seyidəhməd oğlu Qəfərov 1966-cı ildə Azərbaycan Respublikasının Salyan rayonunun Noxudlu kəndində anadan olmuşdur. 1973–1983-cü illərdə Salyan rayonunun Noxudu kəndindəki orta məktəbdə təhsil almışdır. O, 1988–1993-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Hüquq fakültəsini fərqlənmə ilə bitirmiş, 1994–1999-cu illərdə BDU-nun "Cinayət prosesi" kafedrasının aspirantı olmuşdur. M. Qəfərov 1993–1994-cü illərdə BDU-nun "Cinayət prosesi" kafedrasının baş laborantı vəzifəsində işləmişdir. 1994-cü ildən BDU-nun "Cinayət prosesi" kafedrasının müəllimidir. == Elmi yaradıcılığı == Midhəd Qəfərov 1999-cu ildən hüquq elmləri namizədi, dosent, 2009-cu ildən hüquq elmləri doktorudur. 2004–2011-ci ildən BDU-nun hüquq fakültəsinin magistratura üzrə dekan müavini vəzifəsində çalışmışdır. 2012-ci ildən "Cinayət prosesi" kafedrasının professorudur. Təhqiqat sahəsi: Cinayət prosesində müstəntiq tərəfindən müttəhimin hüquqları və qanuni mənafeyinin təmin edilməsi; Müqayisəli cinayət prosessual hüquq;AR-in hüquq-mühafizə orqanları; Təhqiqat; Appelyasiya və kassasiya instansiyalarında icraat.
Midhət Abasov
Midhət Teymur oğlu Abbasov — texnika elmləri doktoru (1962), neftçi, alim, professor, AMEA-nın həqiqi üzvü (1980), REA-nın müxbir üzvü (1984), Yer haqqında elmlər şöbəsinin akademik-katibi (1976–1990), SSRİ Ali Sovetində deputat, AMEA-nın vitse prezidenti (1990–1997), Azərbaycan Respublikası Prezident Şurasının üzvü (1991), AAzərbaycan Respublikasının dövlət katibi (1991–1992), AMEA Dərin Neft-Qaz Yataqları İnstitutunun (indiki Geologiya və Geofizika İnstitutu) direktoru (1971–2003), Azərbaycanın əməkdar elm xadimi (1990). == Həyatı == Midhət Abbasov 31 iyul 1926-cı ildə Bakıda anadan olub. 1949-cu ildə "Neft-mədən işi" ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun (indiki Neft Akademiyası) neft-mədən fakültəsini bitirib. M. T. Abbasov əmək fəaliyyətinə 1949-cu ildə "Azneft" birliyində başlamışdır. "Azneft" İB-nin "Molotovneft" trestində işlədiyi müddətdə AzSİ-nun aspiranturasına daxil olub. == Elmi fəaliyyəti == 1951-ci ildən Azərbaycan EA-da işləyir. Əvvəlcə neft və qaz yataqlarının kəşfiyyatı sahəsində, 1960-cı ildən isə neft və qaz yataqları problemləri elmi tədqiqat institutunda laboratoriya müdiri, elmi işlər üzrə direktor müavini, 1971-ci ildən isə direktor olmuşdur. 1951–1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft ekspedisiyasında işləyərək, kiçik elmi işçidən elmi işlər üzrə müdir müavini vəzifəsinə qədər yüksəlib. 1953-cü ildə "Qarışıq rejim şəraitlərində neft yataqlarının işlənilmə sistemlərinin layihələndirilməsinin bəzi məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Neft ekspedisiyasının ləğvi ilə əlaqədar olaraq, 1958-ci ildə o, AzETNÇİ-nun yeraltı hidrodinamika laboratoriyasının müdiri vəzifəsinə keçirilmişdir.
Midhət Ağamirov
Midhət Ağamirov (15 may 1920, Şuşa) —Tanınmış filosof, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi və əməkdar elm xadimi. Azərbaycan SSR EA müxbir üzvü. Marksist-leninçi fəlsəfi fikir tarixinin tədqiqi, təbliği və tədrisinin görkəmli nümayəndəsi. == Həyatı == Midhət Mir Musa oğlu Ağamirov 15 may 1920-ci ildə Şuşada ziyalı ailəsində dünyaya göz açmışdır. Orta təhsilini başa vurduqdan sonra, 1940-cı ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olmuşdur. Midhət Ağamirov öz dövrünə görə elmin bir çox sahələrində məşhur olan Mir Möhsün Nəvvabın oğul nəvəsidir. Midhət Ağamirov 15 yanvar 1939-cu ildən 12 oktyabr 1940-cı ilə kimi “Gənc işçi” qəzetində çalışmış, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi aparatında əməkdaçlıq etmiş, “Gənc bolşevik” jurnalında məsul katib kimi fəaliyyət göstərmiş, “Pionerskaya pravda” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olmuşdur. 1 sentyabr 1940-cı ildən 1 iyul 1941-ci ilə kimi Vladimir İliç Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tələbəsi olmuşdur. 8 oktyabr 1941-ci ildən 15 iyul 1942-ci ilə kimi Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin nəzdindəki Partiya Tarixi İnstitutunda-Sov.İKP MK yanında Marksizm-leninizm İnstitutunun Azərbaycan filialında elmi işçi vəzifəzində çalışmılşdır. 16 iyul 1942-ci ildən 28 iyul 1957-ci ilə kimi həmin İnstitutda böyük elmi işçi vəzifəsində fəaliyyət göstərmişdir.
Midhət Quliyev
Midhət Quliyev (1921, Şuşa rayonu – 1970, Bakı) — 9 may faşizm üzərində qələbə qazanılmasında böyük rolu olan azərbaycanlı, Şuşanın tanınmış həkimlərindən biri. == Erkən həyatı == Midhət Quliyev Qarabağda, Şuşada məşhur olan Quliyevlər nəslindəndir. Bu soyun ulu babası Nəsib ağadır. Nəsib Şuşa şəhərində anadan olub, XVIII əsrin II yarısında, XIX əsrin əvvəllərində yaşamışdır. Nəsib ağa Sultanağa xanım ilə ailə qurmuş, onların Bayramqulu, Lətif adlı oğlanları dünyaya gəlmişdir. Bayramqulu Nəsib oğlu 1799-cu ildə Şuşa şəhərində doğulmuş, ilk təhsilini məhəllə mollaxanasında almışdır. Məşədi Bayramqulu papaqçılıqla məşğul olmuşdu. Məşədi Bayramqulunun törəmələri Quliyev soyadını daşıyırdılar. Məşədi Bayramqulu Zeynəb xanımla ailə qurmuş, onların Əhməd, Mahmud, Bədəl, Cabbar, Muxtar, Əli, Salman adlı oğlanları, Xanım adlı qızları dünyaya gəlmişdir. Məşədi Bayramqulunun üçüncü oğlu Bədəl 1845-ci ildə Şuşa şəhərində anadan olmuş, təhsilini məhəllə mollaxanasında almış, papaqçılıqla məşğul olmuşdu.
Midhət Əhmədov
Midhət Əhmədov — Azərbaycan bəstəkarı, pedaqoq. == Həyatı == 1914-cü ildə Bakıda neftçi - mühəndis ailəsində dünyaya gələn M.Əhmədov orta məktəbi bitirdikdən sonra işçi fakültəyə, - kontrabas sinfinə daxil olur. O illər Azərbaycanda milli musiqiçi kadrların yetişdirilməsi məsələsi aktual idi və elə bu məqsədlə 1934-cü ildə M.Əhmədov Leninqrada (Sankt-Peterburq) ezam olunur. Leninqrad konservatoriyasının professorları K.Kuşnaryov və M.O.Şteynberqin sinfində bəstəkarlıq sənətinin sirlərini mənimsəyir (həmçinin D.Şestakoviçin dərslərində də könüllü iştirak edən). İkinci Dünya müharibəsi M. Əhmədovu təhsilini yarımçıq qoyub Bakıya dönməyə məcbur etdi. Bakı Konservatoriyasında təhsilini davam etdirməklə yanaşı (B.İ.Zeydmanın sinfində) o, ictimai fəaliyyətə də başlayır. Azərbaycan Konsert Birliyində, Respublika Uşaqların Bədii Tərbiyəsi Evində M.Əhmədov genişmiqyaslı işlər aparır. Bir çox dövlət mükafatı qazanıb. Bunların sırasında 1978-ci ildə layiq görüldüyü Azərbaycan SSR Əməkdar Müəllimi fəxri adı var.
Midiavtobus
Midiavtobus sərnişin daşımalarında istifadə edilən tək mərtəbəli bir vasitədir. Mikroavtobuslardan daha böyük və avtobuslardan daha kiçikdirlər. Uzunluğu 8 ilə 11 metr arasında dəyişir. Ümumiyyətlə dizel ilə işləyirlər. Midiavtobuslar dünyanın bir çox ölkəsində istifadə olunurlar.
Midilli
Lesbos (yunan. Λέσβος, türk. Midilli) — Egey dənizinin şimal-şərq hissəsində yerləşən, Yunanıstana məxsus ada. Lesbos adasının ərazisi 1 636 km²-dir. Ada ərazisinin böyüklüyünə görə Yunanıstan adaları arasında 3-cü, Aralıq dənizi hövzəsində isə Siciliya, Sardiniya, Kipr, Korsika, Krit, Malyorka və Evbeyadan sonra 8-ci yeri tutur. Əsas şəhəri Mitilenadır. == Tarixi == Şair Terpandr (e.ə. VIII əsr) bu adada anadan olmuşdur. Qədim yunan şairəsi Sapfo da e.ə. VII–VI əsrlərdə bu adada yaşayıb-yaratmışdır.
Midiya
Midiya dövləti