MİRBALA

bax: Mir və Bala.
MİRBAĞIR
MİRBƏŞİR
OBASTAN VİKİ
Mirbala Rəsulov
Mirbala Səlimli
Səlimli Mirbala Seyidəsgər oğlu (5 aprel 1963, Qubalı, Hacıqabul rayonu, Azərbaycan SSR) — teatr və kino rejissoru, ssenarist, 1990-cı ildən ATXİ-nin, 2005-ci ildən Kinematoqrafiya İttifaqları Konfederasiyasının və AKİ-nin, 2006-cı ildən isə Rusiya Kinorejissorları Gildiyasının üzvü. Mirbala Səlimli 1963-cü il aprelin 5-də indiki Hacıqabul rayonunun Qubalı kəndində anadan olmuşdur. 1985-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino və dram aktyorluğu şöbəsini, 1995-ci ildə B. V. Şukin adına Moskva Ali Teatr Məktəbinin teatr rejissorluğu şöbəsini və 2001-ci ildə isə Moskva Ali Ssenaristlər və Rejissorlar kursunun kinorejissorluğu şöbəsini fərqlənmə diplomları ilə bitirmişdir. Məşhur rus kinorejissoru AlekseyYuriyeviç Germanın (Алексей Юревич Герман) tələbəsidir və onun çəkdiyi "Allah olmaq çətindir" filmində təcrübə keçmişdir. 2003–2004-cü illərdə AVANTI proqramı (İsveçrə) çərçivəsində kinorejissor K. Zanussi (Polşa) və kinodramaturq D. Benkedən (Almaniya) və 2006–2007-ci illərdə İFA-SC proqramı (İsveçrə) çərçivəsində kinodramaturq Kler Daunzdan (Böyük Britaniya) ustad dərsləri almışdır. 1985-ci ildən Şəki Dövlət Dram Teatrında işləyir və hazırda bu teatrın baş rejissorudur. Teatr rejissoru kimi Azərbaycan və dünya dramaturgiyasının incilərindən sayılan 30-dan çox dram əsərinə quruluş vermişdir. Jan Batist Molyerin "Xəsis" komediyasının quruluşuna görə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Qızıl Dərviş" (2009) mükafatına, İlyas Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı" tamaşasına görə Azərbaycan Mədəniyyət Nazirliyinin təsis etdiyi "Zirvə" (2014) mükafatına, Haldun Tanerin "…Və dəyirman dönərdi" tamaşasına görə TÜRKSOY-un təsis etdiyi Haldun Taner medalına (2015) layiq görülmüşdür. 2000-ci ildən "Mir iskusstva" (Moskva) Yaradıcılıq birliyi ilə əməkdaşlıq edir və rejissor, ssenarist və operator kimi burada 20-dən çox sənədli film çəkmiş, beynəlxalq festivalların diplomlarını almışdır. 2002-ci ildə kinorejissor və ssenarist kimi "Debüt" studiyasında "Odla qol-boyun" adlı qısametrajlı bədii film çəkmişdir.
Mirbala Səlimov