MİRXIDIR
MİRİLYAS
OBASTAN VİKİ
Elşad Miri
Elşad Miri — ilahiyyatçı, "Dəvət" və ayda iki dəfə çap olunan "Oxu" adlı dini-ictimai jurnalların təsisçisi və baş redaktorudur. == Həyatı == Elşad Miri 1979-cu ilin avqust ayının 30-da Yevlax şəhərində anadan olub. 1985-1992-ci illər arasında həmin şəhərin Nizami Gəncəvi adına 7 saylı məktəbində təhsil alıb. 1992-1993-cü illərdə Ağdaş rayonunun Səməd Vurğun adına 1 saylı orta məktəbində təhsilini davam etdirib. Bu illər ərzində (1991-1993) orta məktəblə yanaşı, Qəbələ rayonunun "Ərəb dili və şəriət" məktəbi kursunu müvəffəqiyyətlə bitirib. Daha sonra imtahanla Sumqayıt Özəl Türk İlahiyyat Kollecinə qəbul olub. 1997-ci ildə oradan məzun olub. Həmin il qəbul olduğu 5 illik Qafqaz Universitetinin ilahiyyat fakültəsini 4 ilə bitirərək (2001) Xəzər Universitetinin dini elmlər üzrə magistraturasına daxil olub. Fərqlənmə diplomu ilə məzun olandan sonra, həmin təhsil ocağında 2 il dinlər tarixi, müqayisəli dinlər tarixi kimi fənləri tədris edib. Daha sonra Qərb Universitetində 2 il müntəzəm olaraq Dinlər tarixi, İslam hüququ, İslamda ailə hüququ kimi fənləri tədris edib.
Miri Qənbərov
Miri Əhəd oğlu Qənbərov (25 may 1935, Siyov, Zuvand rayonu – 11 fevral 2020, Bakı) — Azərbaycan Respublikasının ticarət naziri. Miri Qənbərov 1935-ci il mayın 25-də Lerik rayonunun Siyov kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1952-1954-cü illərdə Lənkəran kərpic zavodunda texnik-nəzarətçi və komsomol təşkilatının katibi işləmişdir.1956-cı ildə Bakı Kooperativ Texnikumunu, 1964-cü ildə isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) sənaye mallarının əmtəəşünaslıq fakültəsini bitirmişdir. 1956-1961-ci illərdə "Azərittifaq"-ın mərkəzi ticarət idarəsində əmtəəşünas, baş əmtəəşünas, 1961-1971-ci illərdə "Azərittifaq"-ın tikinti və təsərrüfat malları idarəsinin direktor müavini, 1971-1978-ci illərdə həmin idarənin baş direktoru, 1978-1979-cu illərdə "Azərittifaq"-ın baş mütəxəssisi, 1979-1981-ci illərdə Bakı şəhər Ticarət idarəsinin şöbə müdiri,Oktyabr (indiki Yasamal) rayon yeyinti idarəsinin direktoru, 1981-1994-cü illərdə Respublika "İdman Malları" topdan-pərakəndə satış birliyinin baş direktoru işləmişdir. 1994-1997-ci illərdə Azərbaycan Respublikasının Ticarət naziri vəzifəsində çalışmışdır. 1997-ci ilin iyun ayından "Azərkontrakt" Səhmdar Cəmiyyətinin sədridir. İkinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Parlamentdəki fəaliyyəti dövründə Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Estoniya, Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, İslam Konfransı Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvü olmuşdur. 2005-ci ildə "Şöhrət" ordeni, 2010-cu idə isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir. Bir çox mükafatlara layiq görülmüşdür.
Miri Rzayev
Miri İsmayıl oğlu Rzayev (d. 20 dekabr 1949) — Azərbaycan rejissoru. Miri İsmayıl oğlu Rzayev 20 dekabr 1949-cu ildə anadan olmuşdur. M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun və Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun məzunudur. 1979-1991-ci illərdə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çalışmışdır. O, burada 25-dən çox film çəkmişdir. 1998-ci ildən "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində rejissor vəzifəsində çalışır. "Odu qoru", "Mövzuya improvizə", "Təbəssüm", "Gülüş". "İlk hücum", "Varis", "Uçuş xətti", "Qaçqınlar", və s. sənədli televiziya filmlərini lentə almışdır.
Miri Yusif
Miri Yusif (əsl adı: Mirbabayev Miryusif Mirheydər oğlu; 27 oktyabr 1977, Bakı) — Azərbaycanlı müğənni, aktyor, bəstəkar və rəssam, Azərbaycanın xalq artisti (2019). Mirbabayev Miryusif Mirheydər oğlu 27 oktyabr 1977-ci ildə Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsində anadan olub. Valideynləri Mirbabayev Mirheydər Mirhüseyn oğlu və Mirbabayeva Adelya Yusif qızıdır. Ondan böyük qardaşı və kiçik bacısı var. Qardaşı Mirbabayev Mirbağır Mirheydər oğlu iqtisadçıdır. Bacısı Mirbabayeva Günay Mirheydər qızı musiqiçidir. Miri Yusifin uşaqlıq illəri yaşadığı 8-ci kilometr qəsəbəsi ilə bağlıdır. Onun "Bakılı Sərçələr" mahnısı və ona çəkilmiş klip məhz həmin yerlə bağlı xatirələrinə həsr olunmuşdur. Miri Yusif məktəb illərindən sonra ABŞ-yə gedir. Miri Yusif burada bir çox işdə çalışır.
Miri Ben-Ari
Miri Ben-Ari (ivr. ‏מירי בן-ארי‏‎; 4 dekabr 1978, Tel-Əviv) — İsrail-ABŞ skripkaçısı.
Miri Yusif diskoqrafiya
Miri Yusifin 2006-cı ildən bu günə kimi 4 albomu işıq üzü görüb.
Miri Yusifin diskoqrafiyası
Miri Yusifin 2006-cı ildən bu günə kimi 4 albomu işıq üzü görüb.
Miri bəy Vəzirov
Vəzirov Miri bəy Mir Baba bəy oğlu (3 oktyabr 1896, Şuşa – 1925, Paris) — Cümhuriyyət tələbəsi. Mir Abdulla bəy Mir Baba bəy oğlu 1896-cı ilin oktyabrın 3-də Şuşa şəhərində anadan olmuşdu. Ailədə Miri çağrıldığından bu adla da məşhurlaşmışdı. Şəhər real məktəbini bitirmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin xaricə göndərdiyi tələbələrdən biridir. Miri bəy 1925-ci ildə Parisdə vəfat edib. Yusif Vəzir Çəmənzəminlinin qardaşıdır. Krım hökuməti 1918-ci il, iyunun 25-də Simperopolda yaradılmışdı. Baş naziri general-leytenant Süleyman bəy Sulkeviç, xarici işlər naziri Cəfər əfəndi Seyid Əhməd idi. Azərbaycan hökuməti 1918-ci il oktyabrın 23-də Krım hökuməti yanında diplomatik nümayəndəlik təsis etməyi qərara aldı.
Miri Ərəb mədrəsəsi
Mir Ərəb mədrəsəsi (özb. Mir-i Arab mаdrаsasi, fars. مدرسهٔ میر عرب‎ Madrasa-ye mir-e arab) — Buxaradakı (Özbəkistan) XVI əsrə aid dini, mənəvi, təhsil tarixi mədəni-xatirə binası. Poi Kalan memarlıq ansamblının bir hissəsidir. 1993-cü ildə Buxaranın digər görməli yerləri kimi UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdir. Mir Ərəb mədrəsəsi XVI əsrdə Özbək Şeybanilər sülaləsinin hakimiyyəti dövründə tikilmişdir. Buxara xanlığının əsas dini mərkəzlərindən biri idi. 1920-ci ildə Buxara Qızıl Ordu tərəfindən tutulduqdan sonra 1920-ci illərin sonunda mədrəsə tərk edildi və bağlandı; ruhanilər repressiyaya məruz qaldı. Mədrəsə yalnız 1946-cı ildə Orta Asiya və Qazaxıstan Müsəlmanlarının Ruhani İdarəsinin (SADUM) sədri Şeyx Eşon Babaxan ibn Əbdülməcidxanın təşəbbüsü ilə açıldı və 1989-cu ilə qədər SSRİ ərazisində fəaliyyət göstərən yeganə mədrəsə olaraq qaldı (1956–1961-ci illərdən başqa, Sovet İttifaqında Daşkənddə başqa bir var idi.) Mir Ərəb mədrəsəsinin Buxaranın Özbək hökmdarı Ubaydulla xanın ruhani müəllimi və Mavəraünnəhr xalqlarının Qızılbaş (Səfəvilər imperiyası) dövlətinə qarşı apardığı mübarizənin ideoloji ilhamçısı Nəqşibəndilik tariqatının şeyxi Seyid Abdullah əl-Yəməni Xadramauti tərəfindən tikildiyi iddia edilir. Mədrəsənin tikintisinə başlanılması dəqiq tarixi bu gün mübahisəlidir.
Karma (Miri Yusif albom)
== Albom haqqda == 1 dekabr 2010-cu il tarixində SS Production şirkətinin təqdimatı ilə “Karma” albomu işıq üzü gördü. Bu Miri Yusifin sayca ikinci albomudur.
Karvan (Miri Yusif albom)
== Albom haqqında == Miri Yusifin sayca 3-cü albomu olan Karvan EP-sırf internet vasitəsilə yayımlanan ifaçının ilk EP albomudur. Sözü gedən albom həm şərq, həm də qərb kaloritlərini özündə cəmləşdirir. Bu albomda yer alan "Səndən Olmaz" mahnısı isə 2011-ci ildə "İlin Hit Mahnısı" mükafatına layiq görülüb.
Miri Yusif bəy Vəzirov
Vəzirov Miri bəy Mir Baba bəy oğlu (3 oktyabr 1896, Şuşa – 1925, Paris) — Cümhuriyyət tələbəsi. Mir Abdulla bəy Mir Baba bəy oğlu 1896-cı ilin oktyabrın 3-də Şuşa şəhərində anadan olmuşdu. Ailədə Miri çağrıldığından bu adla da məşhurlaşmışdı. Şəhər real məktəbini bitirmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin xaricə göndərdiyi tələbələrdən biridir. Miri bəy 1925-ci ildə Parisdə vəfat edib. Yusif Vəzir Çəmənzəminlinin qardaşıdır. Krım hökuməti 1918-ci il, iyunun 25-də Simperopolda yaradılmışdı. Baş naziri general-leytenant Süleyman bəy Sulkeviç, xarici işlər naziri Cəfər əfəndi Seyid Əhməd idi. Azərbaycan hökuməti 1918-ci il oktyabrın 23-də Krım hökuməti yanında diplomatik nümayəndəlik təsis etməyi qərara aldı.
Miri Yusif & Nigar Camal (konsert)
22 iyun 2012-ci ildə "Sea Breeze" otelində Miri Yusifin Nigar Camalla birgə keçirilən konserti. Konsertin təşkilatçısı SS Production şirkəti olub.
Seyid Cavad Miri
Seyed Javad Miri Meynəg (fars. جواد میری‎; d. 1971) — İsveç-İran sosioloqu, Humanitar və Mədəni Tədqiqatlar İnstitutunun sosiologiya üzrə dosentidir. East and West: Allama Jafari on Bertrand Russell, University Press of America, 2013. Islamism and Post-Islamism: Reflections upon Allama Jafari’s Political Thought, University Press of America, 2014. Reimagining Malcolm X: Street Thinker versus Academic Thinker, University Press of America, 2015. Orientalism: A Eurocentric Vision of the ‘Other’, International Peace Studies Center Press, 2013 (Şərqşünaslıq: 'Başqalarının' Avroentrik Görüşü, Beynəlxalq Sülh Araşdırmaları Mərkəzi Mətbuat, 2013). Reclaiming the Sane Society: Essays on Erich Fromm’s Thought, edited by Seyed Javad Miri, Robert Lake and Tricia M. Kress, Sense Publishers, 2014 (Sane Cəmiyyətini xatırlamaq: Seyid Cavad Miri, Robert Leyk və Tricia M. Kress, Sense Publishers, 2014-cü ildə redaktə olunan Erich Fromm-un Düşüncələri haqqında esselər). Malcolm X: From Political Eschatology to Religious Revolutionary, edited by Dustin J. Byrd and Seyed Javad Miri, Brill, 2016 (Malcolm X: Siyasi Eschatologiyadan Dini İnqilaba Dustin J. Byrd və Seyed Cavad Miri tərəfindən redaktə edilmiş, Brill, 2016). Ali Shariati and the Future of Social Theory: Religion, Revolution, and the Role of the Intellectual, edited by Dustin J. Byrd and Seyed Javad Miri, Brill, 2017 (azərb.
Avara (Miri Yusif albom)
== Albom haqqında == Miri Yusifin ilk solo albomudur. Albom Amerikada Everrock Records studiyasında 2006-cı ildə yazılmışdır.
Məktub (Miri Yusif mahnı)
Məktub — 2012-ci il 26 iyul tarixində video kimi təqdim olunmuş, Miri Yusifin sayca 4-cü olan Nirvana albomundan olan mahnı. Mahnının sözləri Miri Yusifə, musiqisi Emin Kərimiyə aiddir. Mahnının videosu Xınalıq kəndində lentə alınıb.
Nirvana (Miri Yusif albom)
"Nirvana" – Miri Yusifin dördüncü solo albomudur.
Ağ Qarğa (Miri Yusif albom)
== Albom haqqında == "Ağ Qarğa" – Miri Yusifin beşinci solo albomudur.
II Mirian
II Mirian — Farnavazianlar sülaləsindən səkkizinci İberiya çarı. İran ordusunun köməyi ilə hakimiyyəti geri almışdı. Yerinə oğlu II Artaksias keçdi.
I Mirian
I Mirian — I Saurmaqın kürəkəni idi. Dəryal keçidində dağlı xalqların işğalına qarşı mübarizə aparmışdı. Dianna tanrıçasına inanırdı.
Laqoa-Mirin
Laqoa-Мirin (port. Lagoa Mirim, isp. Laguna Merín) — Braziliya cənubunda, Uruqvayın isə şərqində olan şirinsulu göl. Uruqvarda göl Laquna-Merin olaraq adlanır. Uzunluğu 220 km, maksimal eni 42 km təşkil edir. Ümumi sahəsi 3750 km² olan göl dünyada sahəsinə görə 54-cüdür. Atlantik okeandan bataqlılaşmış qumlu sahə ilə ayrılır. Ensiz San-Qonsalo axarı Laqoa-Mirin gölünü Patus gölü ilə birləşdirir. Dayazdır. Gölə tökülən ən iri çay Jaquarandır.
Mirhəsən Mirişli
Mirhəsən Miriş oğlu Mirişli — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1955). 1903-cü ildə Naxçıvan şəhərində dünyaya gəlmişdir. İlk təhsilini Naxçıvanda almış burada ilk əczaçılardan olmuşdur. Uzun müddət bu sahədə fəaliyyət göstərmişdir. Naxçıvan MSSR Ali Sovetinin deputatı olmuşdur. Sonradan həyatını teatrla bağlamış və Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru olmuşdur. Teatrın səhnəsində müxtəlif obrazları ilə yadda qalmışdır. S. Rəhmanın "Toy" əsərində Kərəmov, S. Vurğunun "Vaqif" əsərində Vəzir, Üzeyir Hacıbəyovun "O olmasın bu olsun" əsərində Rüstəm bəy, Ə. Abbasquliyevin "Günəş doğur" əsərində Şahqulu, M. S. Ordubadinin "Beş manatlıq gəlin" əsərində Kərbəlayi Həsənalı obrazlarını yaratmışdır.
Miriam Giovanelli
Miriam Giovanelli (28 aprel 1989, Roma) — İtaliya-İspaniya aktrisası və fotomodeli.
Miriam adaları
Miriam adaları — Frans-İosif Torpağı arxipelaqına daxil olan 3 adadan ibarət adalar qrupu. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Adalar arxipelaqın şimalında, Cekson adasının şimalı qutaracağından 600 m şimalda yerləşir. Adalar buzla örtülmürlər. Qrupa daxil olan ən iri ada 700 metr, digər ikisi isə 100 metr uzunluğa malikdir.
Miribel-Lanşatr
Miribel-Lanşatr (fr. Miribel-Lanchâtre) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38235. Kommunanın 2004-cü il üçün əhalisi 332 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 423 ilə 1 509 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 110 km cənub-şərqdə, Qrenobldan 25 km cənubda yerləşir.
Miribel-lez-Eşel
Miribel-lez-Eşel (fr. Miribel-les-Échelles) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Şartryoz-Qye kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38236. Kommunanın 1999-cu il üçün əhalisi 1708 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 7 km şimal-qərbdə yerləşir.
Miribel (En)
Miribel (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Miribrahim Həmzəyev
Mir İbrahim Mir Tağı oğlu Həmzəyev (25 dekabr 1908 və ya 1908, Yelizavetpol – 4 fevral 1982 və ya 1982, Bakı) — Azərbaycan teatr aktyoru və rejissoru, Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Azərbaycan SSR xalq artisti (1965). Miribrahim Həmzəyev 1908-ci il dekabrın 25-də Gəncə şəhərində tanınmış mömin ailədə anadan olub. 1916-cı ildə Gəncədəki yeni tipli altısinifli məktəbə gedib. 1920-ci ildə Gəncə fəhlə klubunun nəzdindəki dram dərnəyinə üzv olub və buradakı tamaşalarda müntəzəm çıxış edib. 1920–1921-ci illərdə Gəncə hərbi komissarlığında işləyib və bu zaman dram dərnəyindən ayrılmayıb. 1921–1925-ci illərəd Gəncə Pedaqoji Texnikumunda oxuyub. Həm burada, həm də şəhərdəki bir neçə dram dərnəyinin tamaşalarında oynayıb. 1925–1928-ci illərdə Gəncə mərkəzi klubunda direktor işləyib. 1930-cu ildə Mirzə Fətəli Axundov adına Bakı Teatr Məktəbinə daxil olan İbrahim Həmzəyev buranı 1933-cü ildə bitirir. O, Teatr Məktəbində təhsil alarkən paralel olaraq dram dərnəklərində çıxış edirdi.
Miribrahim bəy Talışxanov
Mir İbrahim bəy Mir İsmayıl bəy oğlu Talışinski (11 iyul 1828, Lənkəran – 29 aprel 1894, Lənkəran, Lənkəran qəzası) — Azərbaycan hərbçisi, general-mayor. Azərbaycan tarixinin görkəmli hərbi xadimlərindən biri də general-mayor Mir İbrahim bəy Talışinskidir. O, mədəniyyət və ictimai fikir tariximizdə daha çox xeyriyyəçi, dilçi, hərbçi və bacarıqlı təsərrüfatçı kimi tanınmışdır. 1828-ci ilin iyul ayının 11-də Lənkəran şəhərində anadan olan Mir İbrahim bəy Mir İsmayıl bəy oğlu, Talış xanı general-leytenant Mir Mustafa xanın nəvəsidir. Onun hərbi çini general-mayor olduğundan xalq arasında "Yaranal xan" və ya "Yaranal Miri bəy" adı ilə tanınmışdır. Mir İbrahim bəy 1845-ci ildə Unter zabit rütbəsində xidmətə başlamışdır. Ona 1847-ci ilin fevralında Podpraporşik, mart ayında Portupey-praporşik, dekabr ayında isə praporşik rütbəsi verilmişdir. 1850-ci ildə Abşeron piyada polkuna göndərilmiş, ordakı nümunəvi xidmətə görə 1851-ci ildə podporuçik rütbəsinə yüksəlmişdir. 1849–1858-ci illərdə Turçidağ, Kutiş, Kumukda hərbi səfərlərdə, Kaytağ və Tabasaran üsyanına qarşı hərbi döyüşlərdə iştirak etmişdir. Hərbi səfərlərdə və döyüşlərdə göstərdiyi xidmətlərə və qəhrəmanlığa görə 4-cü dərəcəli Müqəddəs Anna ordeni ilə təltif olunmuşdur.
Miricacalia
Miricacalia (lat. Miricacalia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Miricacalia makineana (Yatabe) Kitam.

Digər lüğətlərdə