MUSƏVİ

yəhudi; Musa dinindən olan.
MUSƏDDİN
MUSTAFA
OBASTAN VİKİ
Musəvi
Musəvi — Soyad, təxəllüs.
Günel Musəvi
Mirhüseyn Musəvi
Mir Hüseyn Musavi Xamene (fars. میر حسین موسوی خامنه‎) (d. 1942; Xamnə, Şərqi Azərbaycan ostanı) — 1981-1989-cu illər arasında İranın 79-cu və son baş naziri olaraq çalışan əslən Cənubi Azərbaycanlı reformist siyasətçi, incəsənət xadimi və memar. 2009-cu il prezident seçkilərində reformist namizəd idi və sonda seçkilərdən sonra olan etirazlarda müxalifət lideri oldu. Mir Hüseyn Musəvi İran Elmlər Akademiyasının rəhbərliyini həmin qurum 2009-cu ildə mühafizəkar qruplar tərəfindən ləğv edilincəyə qədər davam etdirmişdir. İran İslam İnqilabının ilk illərində Musəvi İslami Respublika Partiyasının rəsmi qəzeti olan Jomhouri-e Eslaminin redaktoru olmuş və Xarici İşlər Naziri, sonradan isə Baş Nazir vəzifələrində çalışmışdır. 1989-cu il konstitutsiya dəyişikliklərindən əvvəl İrandakı son baş nazir oldu, daha sonrakı 20 il müddətində tam olaraq fəaliyyət göstərmədi. Mədəniyyət İnqilabının Ali Şurasına hələ də üzvdür. Ancaq siyasi analitiklər və şərhçilər tərəfindən qəbul edilmədiyinin bir işarəti olaraq illərdir siyasi yığıncaqlara qatılmamaqdadır. 2009 İran prezidentlik seçkiləri üçün Musəvi namizəd oldu.
Ruhəngiz Musəvi
Ruhəngiz Musəvi — Azərbaycan müğənnisi, aktrisa, Azərbaycan Respublikasının Əməkdar artisti (2007). Ruhəngiz Mirməhəmmədəli qızı Musəvi 1953 ilin aprelin 4-də Bakı şəhərində doğulub. 1972-ci ildən Mahnı teatrının, 1974-ci ildən Azərbaycan Dövlət Rəqs Ansamblının, 1975-ci ildən Dövlət Filarmoniyasının solisti. Səs yazıları ilə val buraxılıb. 2007-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. 1978-ci il təvəllüdlü Lalə adlı bir qızı var.
Şərəfuddin Musəvi
Əbdülhüseyn Şərəfuddin Musəvi Amili — Ərəb əsilli ilahiyyatçı-alim; Təbətəbai seyid. Əllamə Şərəfuddin Amili, 1869-cu ildə (h.q. 1290) İraqın Kazimeyn şəhərində ruhani və alim ailəsində dünyaya göz açmışdır. Atası Əllamə Seyyid Yusif Şərəfuddin, anası Ayətullah Seyyid Hadi Sədrin qızı Zəhradır. Alimin ata və anası İmam Kazimin (ə) nəslindən olduğu üçün, alim seyyid və “Musəvi”lərdəndir. Şərəfuddin Amili elə bir ailədə doğulmuşdu ki, təhsil almaq üçün gərəkli vəsait ailəsində mövcud idi. Atası təhsilini təkmilləşdirib İraqın böyük alim və fəqihlərindən ictihad icazəsi alıb Cəbəl Amilə (Livanın cənubu) qayıdır. O zamanlar Amilinin 8 yaşı var idi. Kiçik yaşlarından Amili Nəcəf-Əşrəfdə “ərəb dilinin müqəddimatı” dərslərini, fiqh və üsul elmini, həmçinin, bəlağəti öyrənmiş, habelə məşhur mərceyi-təqlidlərdən olan Xorasani, Fəthullah İsfəhani, Məhəmməd Taha Nəcəfi, Kazim Təbatəbai, Həsən Kərbəlayi, İsmayıl Sədr, (öz dayısı) Seyyid Həsən Sədr və s. alimlərin məhzərində elmi dərslərdə iştirak edib onlardan lazımi şəkildə bəhrələnmişdir.
Emin Musəvi
Musavi Emin Qabil oğlu (29 sentyabr 1976, Bakı) — Azərbaycan Respublikasının əməkdar jurnalisti, televiziya və radio aparıcısı, "ASAN Radio"nun direktoru. == Həyatı == Musavi Emin Qabil oğlu 29 sentyabr 1976-cı ildə Bakı şəhərində doğulub. Orta təhsilini Bakı şəhər 46 saylı orta məktəbdə alıb. 1994–2000-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində Psixiatr ixtisasına yiyələnib. Həmçinin Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu Politologiya ixtisası üzrə bitirib. 1997–1999-cu illərdə ANS ÇM radiosunda aparıcı vəzifəsində çalışıb. 1999–2000-ci illərdə 106 FM radiosunda direktor vəzifəsində çalışıb. 2000–2002-ci illərdə orduda həqiqi hərbi xidmətdə olub. 2003–2004-cü illərdə Space TV-də aparıcı, 2004–2012-ci illərdə "Azad Azərbaycan" radiosunda (106.3 FM) direktor və aparıcı kimi fəaliyyətini davam etdirib. Eyni zamanda "Azad Azərbaycan Televiziyası"nda aparıcı və müəllif kimi çalışıb.
Mir Fəttah Musəvi
Mir Fəttah Mir Əli ağa oğlu Musəvi (1891, Şuşa – 5 sentyabr 1919, Bakı) — Azərbaycan bolşevik inqilabçısı, "Hümmət" təşkilatının fəal nümayəndəsi, Əks-inqilabla Mübarizə Təşkilatı rəisinin müavini. Mir Fəttah Musəvi 1891-ci ildə Şuşada kəndli ailəsində anadan olmuşdur. 1906-cı ildə Ağdamda ibtidai məktəbi bitirərək Aşqabada əmisinin yanına getmiş və orada gimnaziyaya daxil olmuşdur. Burada gimnaziya təhsili almaqla yanaşı, siyasi fəaliyyətə qoşulmuş, müsəlman gənclərinin dərnəyini təşkil etmiş və "Aşqabad" qəzeti ilə əməkdaşlıq etmişdir. 1917-ci ilin yayında Mir Fəttah Musəvi Aşqabaddan Şuşaya qayıdaraq inqilabi fəaliyyətini davam etdirmiş, 1918-ci ilin ikinci yarısında isə Bakıya gələrək "Hümmət" təşkilatına daxil olmuşdur. Tez-tez Azərbaycan qəzalarına gedərək fəhlə yığıncaqlarında çıxış etmiş, insanları müsavatçılara və denikinçilərə qarşı mübarizəyə səsləmişdir. Mir Fəttah Musəvi 1919-cu il aprelin 25-də "Hümmət" təşkilatının konfrasında Mərkəzi Komitənin üzvü və rəyasət heyətinin katibi seçilmişdir. Həmin ilin iyun ayında isə Bakıda denikinçilərə qarşı keçirilmiş mitinqə başçılıq etmişdir. Mir Fəttah Musəvi Əks-inqilabla Mübarizə Təşkilatı rəisinin müavini olmuş, ölümündən sonra onu bu vəzifədə Mahmud bəy Səfikürdski əvəz etmişdir. 1919-cu il sentyabrın 5-də Haşım Əliyev, Levan Qoqoberidze və Mir Fəttah Musəvi hazırkı Fəvvarələr meydanı ərazisində mövcud olmuş "Yeni işıq" (rus.
Mir Hüseyn Musəvi
Mir Hüseyn Musavi Xamene (fars. میر حسین موسوی خامنه‎) (d. 1942; Xamnə, Şərqi Azərbaycan ostanı) — 1981-1989-cu illər arasında İranın 79-cu və son baş naziri olaraq çalışan əslən Cənubi Azərbaycanlı reformist siyasətçi, incəsənət xadimi və memar. 2009-cu il prezident seçkilərində reformist namizəd idi və sonda seçkilərdən sonra olan etirazlarda müxalifət lideri oldu. Mir Hüseyn Musəvi İran Elmlər Akademiyasının rəhbərliyini həmin qurum 2009-cu ildə mühafizəkar qruplar tərəfindən ləğv edilincəyə qədər davam etdirmişdir. İran İslam İnqilabının ilk illərində Musəvi İslami Respublika Partiyasının rəsmi qəzeti olan Jomhouri-e Eslaminin redaktoru olmuş və Xarici İşlər Naziri, sonradan isə Baş Nazir vəzifələrində çalışmışdır. 1989-cu il konstitutsiya dəyişikliklərindən əvvəl İrandakı son baş nazir oldu, daha sonrakı 20 il müddətində tam olaraq fəaliyyət göstərmədi. Mədəniyyət İnqilabının Ali Şurasına hələ də üzvdür. Ancaq siyasi analitiklər və şərhçilər tərəfindən qəbul edilmədiyinin bir işarəti olaraq illərdir siyasi yığıncaqlara qatılmamaqdadır. 2009 İran prezidentlik seçkiləri üçün Musəvi namizəd oldu.
Məhəmməd Musəvi Ərdəbili
Məhəmməd Müfti-şiə Musəvi Ərdəbili (tam adı: Məhəmməd ibn Məhəmməd Təqi ibn Murtəza ibn Nəqdəli ibn Mirəli ibn Hüseyn; 10 Rəcəb 1347–26 Cəmadiyəl-əvvəl 1431) — Azərbaycanlı ilahiyyatçı, seyid, ayətullah əl-üzma. Ailənin əcdadı hələ qədimdən başlayaraq Nəcəf-əşrəf, Qum, Ərdəbil, Qəzvin, Xəlxal, Rəşt, Tehran və başqa şəhərlərdə məskunlaşmış və elm öyrənmişlər. Bütün zamanlarda bu ailədə çoxlu fəqih, ədib, şair, siysətçi və sair peşə sahibləri müşahidə olunub. Onların istər din, istərsə də dünyəvi elmlərdə xüsusi ləyaqətləri və müvəffəqiyyətləri vardır. Onlardan bir çoxu müxtəlif dəqiq elmlərdə də yüksək elmi məqamlara çatmışlar. Bu sülalədən olan böyük şəxsiyyətlər haqqında tarixi və təhqiqi kitablarda yazılara rast gəlmək təəccüblü deyil. Bu şəxsiyyətlər barəsində olan yazılarda onların təfəkkürü və səciyyəvi istedad sahibi olmaları ehtiram və təşəkkürlə qələmə alınmışdır. Musəvi seyyidlərindəndir. Nəsli Musa ibn Cəfərin övladı, Murtəza ləqəbli, Seyyid İbrahim Əsğərə çatır. O hicri qəməri tarixi ilə 1347-ci ilin rəcəb ayının 10-da (miladi 1928-ci il) o zamanlar "Darül-irşad" kimi məşhur olan Ərdəbil şəhərində dünyaya göz açmışdır.
Ruhulla Musəvi Xomeyni
Ruhullah Mustafavi Musəvi Xomeyni (17 may 1900[…], Xomeyn, Mərkəzi ostanı – 3 iyun 1989, Tehran) – İran İslam Respublikasının 1-ci Ali Rəhbəri və qurucusu. Seyid. Ayətullah əl-üzma. Ayətullah Xomeyni 1902-ci ildə sentyabr ayının 24-də İranın Xomeyn şəhərində anadan olmuşdur. 5 aylığında ikən atası Seyyid Mustafanı, 15 yaşında isə anasını itirmişdir. Uşaq yaşlarından başlayaraq dini mədrəsələrdə ərəb dili və ədəbiyyatı, məntiq, fiqh, üsul və başqa elmləri öyrənmişdir. 1919-cu ildə Ərak Elmiyyə Mədrəsəsinə qəbul olunan Xomeyni burada bir müddət təhsil aldıqdan sonra Qum şəhərində Elmiyyə Mədrəsəsinə daxil olmuşdur. Fiqh və üsul dərslərində müvəffəqiyyət qazanaraq qısa zamanda ictihad (müctəhidlik) dərəcəsini əldə etmişdi. Ayətullah Xomeyni fəlsəfə, təhzibi nəfs və əxlaq kimi fənlərdən dərs deməyə başlamış və tanınmış Qum alimləri arasında yer almış, sonralar isə fiqh və üsul dərslərinin məşhur müəllimlərindən biri olmuşdur. Xomeyni o dövrdə hökumət əleyhinə olan şəxslərlə əməkdaşlıq edərək Rza şaha və Pəhləvi sülaləsinə qarşı mübarizə aparırdı.
Ruhullah Musəvi Xomeyni

Seyid Abbas Musəvi
Seyid Abbas Musəvi (1971, İran) — (fars. سید عباس موسوی‎), (d. 29.05.1971) İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2020-cı ildən) Seyid Abbas Musəvi İran İslam Respublikasının Mazandaran ostanındandır. Seyid Abbas Musəvi öncədən İran İslam Respublikasının xarici işlər nazirliyinin sözçüsü olmuşdur.
Əbdülkərim Musəvi Ərdəbili
Əbdülkərim Müsəvi Ərdəbili (28 yanvar 1926, Ərdəbil – 23 noyabr 2016, Tehran) — İran siyasətçisi və ayətullah. Həzrət Ayətullah əl-üzma Musəvi Ərdəbili hicri-qəməri 1344-cü il (mil.1926) rəcəb ayının 13-ü səhər vaxtı, Əmirəl-mö`mininin (ə) milad günündə Ərdəbil şəhərində yoxsul bir ruhani ailəsində dünyaya göz açdı. Onun babaları Azərbaycanın Ordubad rayonundan Ərdəbilə köçmüşdülər. Atası böyük ruhani mərhum Seyid Əbdürrəhim, anası təqvalı xanım, mərhumə Seyid Xədicə olmuşdur. Onların həmin vaxtadək səkkiz qız övladı vardı. Ailənin son övladı və yeganə oğlu olan ustad hicri qəməri 1346-cı ildə 2 yaşında ikən (qarın yatalağı xəstəliyinə yoluxmuş) anasını itirmiş və bacılarının qayğısı ilə böyümüşdür. Ustadın uşaqlıq dövrü ilə bağlı xatirələrindən biri onun həmin yaşlarda gördüyü bir yuxudur. Özü bu barədə belə buyurur: "Uşaq vaxtlarımda İmam Mehdinin (əc) ziyarətinə çox müştaq idim. İmamla görüş üçün kitablarda tövsiyə olunan bütün əməlləri yerinə yetirirdim. Çalışırdım ki, hətta müstəhəb əməlləri də tərk etməyim.
Seyid Razi Musəvi
Seyid Razi Musəvi (fars. سید رضی موسوی‎) (1962, Mehdişəhr şəhristanı, Simnan ostanı – 25 dekabr 2023, Seyyidə Zeynəb[d], Dəməşq mühafazası) — İran hərbi xadimi, İİKK-nin Qüds qüvvələrində xidmət edən general. O, 2023-cü ildə HƏMAS–İsrail müharibəsi zamanı Suriyanın Rif-Dəməşq mühafəzəsinin Seyyidə-Zeynəb ərazisində İsrailin hava hücumu nəticəsində öldürülmüşdür. Ölümü zamanı Musəvi İranın Suriyada ən nüfuzlu hərbi komandiri kimi təsvir edilmişdir. Seyid Razi Musəvi 1963-cü ildə Zəncanda anadan olmuşdur. O, 1980-ci illərdən bəri İranın Qüds qüvvələrinin tərkibində Suriyada xidmət etmiş, Livanın "Hizbullah" qruplaşmasına silah və vəsait transferini asanlaşdırmışdır. Musəvi 1990-cı ildə Suriyada 2250-ci bölmə kimi tanınan İranın logistika bölməsinin rəhbəri vəzifəsini icra etmişdir. Suriyada vətəndaş müharibəsi boyunca Musəvi İsrail tərəfindən təşkil edilən çoxsaylı sui-qəsd cəhdləri ilə üzləşmişdir. Seyid Razi Musəvi HƏMAS–İsrail müharibəsi zamanı, 25 dekabr 2023-cü ildə Dəməşqin 10 kilometr (6 mil) cənubunda, Seyyidə-Zeynəbdə yerləşən iqamətgahına İsrailin hava hücumu nəticəsində öldürülmüşdür. İran Prezidenti İbrahim Rəisi Musəvinin öldürülməsini "sionist rejimin bölgədəki məyusluğunun və zəifliyinin əlaməti" adlandırmış, bunun əvəzini "mütləq ödəyəcəkləri"ni bildirmişdir.
Qaraköhnə-i Musəvi (Marağa)
Qaraköhnə-i Musəvi (fars. قره كنه موسوي‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 37 nəfər yaşayır (9 ailə).
Seyid Məhəmməd Musəvi Ərdəbili
Seyid Məhəmməd Musəvi Məhəmmədtağı oğlu Ərdəbili (1928-?) — İslam alimi, müctəhid. Bu nəcabətli ailənin əcdadı hələ qədimdən başlayaraq Nəcəf-əşrəf, Qum, Ərdəbil, Qəzvin, Xalxal, Rəşt, Tehran və başqa şəhərlərdə məskunlaşmış və mənəviyyatda öncül olub, müvəffəqiyyətlə ədəb və elm öyrənmişlər. Bütün zamanlarda bu ailədə çoxlu fəqih, ədib, şair, siysətçi və sair peşə sahibləri müşahidə olunub. Onların istər din, istərsə də dünyəvi elmlərdə xüsusi ləyaqətləri və müvəffəqiyyətləri vardır. Onlardan bir çoxu müxtəlif dəqiq elmlərdə də yüksək elmi məqamlara çatmışlar. Bu sülalədən olan böyük şəxsiyyətlər haqqında tarixi və təhqiqi kitablarda yazılara rast gəlmək təəccüblü deyil. Bu şəxsiyyətlər barəsində olan yazılarda onların təfəkkürü və səciyyəvi istedad sahibi olmaları ehtiram və təşəkkürlə qələmə alınmışdır. Onun adı Məhəmməd ibn Məhəmməd Təqi ibn Murtəza ibn Nəqdəli ibn Mirəli ibn Hüseyndir. O böyük şəxsiyyət Musəvi seyyidlərindəndir. Onun nəsli Musa ibn Cəfərin (ə) övladı, Murtəza ləqəbli, Seyyid İbrahim Əsğərə çatır.
Seyid Əli Musəvi Nur
Seyid Əli Musəvi Nur (16 mart 2004-cü ildə Ramhormoz şəhərində anadan olub) İranın Xuzistan əyalətinin Ramhormoz şəhərindən olan karateçidir . Seyid Əli Musəvi Nur müxtəlif rütbələrdə İran millisinin üzvüdür. O, 2021-ci ildə Almatıda keçirilən karate üzrə Asiya çempionatında qızıl medal qazanıb. Dünya Karate Federasiyasının reytinqində 70 kq çəki ilə 3-cü yerdədir. Seyid Əli Musəvi Nur Mehdi Cəfəri, Mehdi Əhmədi, Reza Maydanaro, Qasem Asiyabri, Nəriman Zamani, Məhəmməd Hadi Məhəmmədi kimi məşhur məşqçilərin nəzarəti altında müxtəlif rütbələrdə karate üzrə milli komandaların üzvü olub. 12 yaşında karate ilə məşğul olub və əsas yaş qruplarında müxtəlif çempionluq titulları qazandıqdan sonra 2017-ci ildə milli komandanın üzvü olub və hazırda İran İslam Respublikasının karate komandasının milli çempionu və dünyanın ən qürurlu karateçiləri. 2016-cı ildə məşqçi Ramhormzi Hossein Ayouzinin nəzarəti altında Abadis Club-da karate ilə məşğul olmağa başladı və ilk rəsmi medalını 2022-ci ildə Zəncan vilayətində milli komandanın milli çempionatında qazandı. Dünya Karate Federasiyasının açıqladığı son reytinqdə Seyid Əli Musəvi Nur 70 kq çəki dərəcəsində 3-cü yerdədir. Onun şərəflərindən biri 2021-ci ildə karate üzrə Asiya çempionatında 1 qızıl medal qazanmasıdır.
Məhəmməd Müfti-şiə Musəvi
Seyid Məhəmməd Müfti-şiə Musəvi (23 dekabr 1928, Ərdəbil – 19 may 2010) — İslam alimi, müctəhid. == Həyatı == === Ailəsi və əsil-nəsəbi === Bu nəcabətli ailənin əcdadı hələ qədimdən başlayaraq Nəcəf-əşrəf, Qum, Ərdəbil, Qəzvin, Xalxal, Rəşt, Tehran və başqa şəhərlərdə məskunlaşmış və mənəviyyatda öncül olub, müvəffəqiyyətlə ədəb və elm öyrənmişlər. Bütün zamanlarda bu ailədə çoxlu fəqih, ədib, şair, siysətçi və sair peşə sahibləri müşahidə olunub. Onların istər din, istərsə də dünyəvi elmlərdə xüsusi ləyaqətləri və müvəffəqiyyətləri vardır. Onlardan bir çoxu müxtəlif dəqiq elmlərdə də yüksək elmi məqamlara çatmışlar. Bu sülalədən olan böyük şəxsiyyətlər haqqında tarixi və təhqiqi kitablarda yazılara rast gəlmək təəccüblü deyil. Bu şəxsiyyətlər barəsində olan yazılarda onların təfəkkürü və səciyyəvi istedad sahibi olmaları ehtiram və təşəkkürlə qələmə alınmışdır. === Təvəllüdü və adı === Onun adı Məhəmməd ibn Məhəmməd Təqi ibn Murtəza ibn Nəqdəli ibn Mirəli ibn Hüseyndir. O böyük şəxsiyyət Musəvi seyyidlərindəndir. Onun nəsli Musa ibn Cəfərin (ə) övladı, Murtəza ləqəbli, Seyyid İbrahim Əsğərə çatır.
Məhəmməd Müfti-şiə Musəvi Ərdəbili
Məhəmməd Müfti-şiə Musəvi Ərdəbili (tam adı: Məhəmməd ibn Məhəmməd Təqi ibn Murtəza ibn Nəqdəli ibn Mirəli ibn Hüseyn; 10 Rəcəb 1347–26 Cəmadiyəl-əvvəl 1431) — Azərbaycanlı ilahiyyatçı, seyid, ayətullah əl-üzma. Ailənin əcdadı hələ qədimdən başlayaraq Nəcəf-əşrəf, Qum, Ərdəbil, Qəzvin, Xəlxal, Rəşt, Tehran və başqa şəhərlərdə məskunlaşmış və elm öyrənmişlər. Bütün zamanlarda bu ailədə çoxlu fəqih, ədib, şair, siysətçi və sair peşə sahibləri müşahidə olunub. Onların istər din, istərsə də dünyəvi elmlərdə xüsusi ləyaqətləri və müvəffəqiyyətləri vardır. Onlardan bir çoxu müxtəlif dəqiq elmlərdə də yüksək elmi məqamlara çatmışlar. Bu sülalədən olan böyük şəxsiyyətlər haqqında tarixi və təhqiqi kitablarda yazılara rast gəlmək təəccüblü deyil. Bu şəxsiyyətlər barəsində olan yazılarda onların təfəkkürü və səciyyəvi istedad sahibi olmaları ehtiram və təşəkkürlə qələmə alınmışdır. Musəvi seyyidlərindəndir. Nəsli Musa ibn Cəfərin övladı, Murtəza ləqəbli, Seyyid İbrahim Əsğərə çatır. O hicri qəməri tarixi ilə 1347-ci ilin rəcəb ayının 10-da (miladi 1928-ci il) o zamanlar "Darül-irşad" kimi məşhur olan Ərdəbil şəhərində dünyaya göz açmışdır.
Hacı Mirməhəmməd Kərim Mircəfər əl-Ələvi əl-Hüseyni əl-Musəvi əl-Bakuvi
Mir Məhəmməd Kərim ağa (1855 və ya 1853, Bakı – 1938) — Bakı qazısı, "Qurani-Kərim"i ilk dəfə Azərbaycan dilinə çevirən. == Həyatı == Tam adı Mir Məhəmməd Kərim ibn Mir Cəfər əl-Ələvi əl-Hüseyni əl-Bakuvi olan müəllif 1853-cü ildə Bakıda anadan olmuşdur. Mir Məhəmməd Kərim soyunun Hz. Əlidən gəlməsi səbəbilə özünü Ələvi, Hz. Hüseyn soyundan gəldiyi üçün Hüseyni və Bakıda anadan olduğu üçün də Bakuvi adları ilə tanıtmışdır. Axund Mir Məhəmməd Kərim ağa İçərişəhərdə yaşayan tanınmış seyid, Bakının hörmətli şəxslərindən sayılan Ağa Seyid Məhəmmədin nəvəsidir. Mir Məhəmməd Kərim ağa həmçinin qəbri insanların inam və ziyarət yeri olan Mir Mövsüm ağanın xalasının həyat yoldaşıdır. "Qurani-Kərim"i ilk dəfə Azərbaycan dilinə çevirən, ilk dəfə bu müqəddəs kitabın təfsirini (izahı) yazan, xalqın maariflənməsində, Bakıda qızlar məktəbinin açılmasında xidmətləri olan din xadimi Mir Məhəmməd Kərim ağa Cəfərzadə idi. Mir Məhəmməd Kərim ağa Cəfərzadə müsəlmanların müqəddəs kitabı olan Quranı ərəb dilindən Azərbaycan dilinə tərcümə edəndən sonra din xadimləri arasında ona qarşı hücumlar səngimirdi. O dövürdə mollalar istəmirdi ki, camaat "Qurani-Kərim"i dərindən mənimsəsinlər.
Musəvilik və Xristianlıq
Musəvilik və Xristianlıq İbrahimi dinlərdir oxşar mərkəzə malikdirlər.İnancları,praktikaları,ibadətləri fərqlidir.
Seyid Əli Musəvinin ölümü
Seyid Əli Musəvinin ölümü — əslən İran azərbaycanlısı və 2009-cu il prezidentlik seçkilərində əsas namizədlərdən olan Mir Hüseyn Musəvinin qardaşı oğlu olan Seyid Əli Musəvinin 27 dekabr 2009-cu ildə öldürülməsi nəzərdə tutulur. 2009-cu ildə keçirilmiş prezidentlik seçkilərində əsas mübarizə Mahmud Əhmədinejad ilə əslən təbrizli və azərbaycanlı olan Mir Hüseyn Musəvi arasında gedirdi. Seçkilərdə Mahmud Əhmədinejadın qələbə qazanmasının elan edilməsindən sonra kütləvi etirazlar başladı. Etirazçılar seçkilərdə saxtalaşdırmanın edildiyini iddia edirdilər və bunu sübut edəcək dəlillərə sahib idilər. Bu etirazlara qatılan Seyid Əli Musəvinin təhlükəsizlik qüvvələri tərəfindən ya kürəyindən, ya da sinəsindən vurulduğu bildirilir. "ABC News"-un bildirdiyinə görə, Musəvi güllələnməzdən əvvəl onu maşın da vurmuşdur. "France 24"-ün xəbərinə görə, islahatçı xəbər saytı olan "Parlemannews" iddia etmişdir ki, Musəvi sinəsindən vurulduqdan sonra xəstəxanada vəfat etmişdir. "Times" isə iddia etmişdir ki, Musəvi xəstəxanaya çatmamış yolda keçinmişdir. İranlı kinorejissor və Mir Hüseyn Musəvinin seçki kompaniyasının xaricdəki rəsmi nümayəndəsi Muhsin Mahmelbaf "BBC"-ə bildirmişdir ki, İranın gizli polisi Musəvinin öldürülməsindən günlər əvvəldən etibarən ona zənglər etmiş və "biz səni öldürəcəyik" demişdir. Onun ölümündən sonra bədəni xaricində etirazlar gedən İ"bn Sina" xəstəxanasına aparılmışdır.

Digər lüğətlərdə