1. Möhkəm şeyin halı; bərklik, davamlılıq. Materialın möhkəmliyi.
2. Möhkəm olma; dözümlülük, səbatlılıq, mətinlik, iradəlilik.
Mədəndə işləyən adamlardan ilk növbədə möhkəmlik tələb olunur.
3. Yenilməzlik, alınmazlıq, sarsılmazlıq. Qalanın möhkəmliyi. Arxanın möhkəmliyi.
4. Sağlamlıq, qüvvətlilik, davamlılıq. Bədənin möhkəmliyi.