MÖHKƏMLƏTMƏK

f.
1. Möhkəm etmək, davamlı hala salmaq; bərkitmək. Düyünü möhkəmlətmək. Vinti burub möhkəmlətmək.
[Kamran:] Qırılan zəncirləri bir də möhkəmlətmək olmaz. H.Nəzərli.

2. Müdafiə qüvvəsini artırmaq; alınmaz, keçilməz, möhkəm hala gətirmək; bərkitmək. Müdafiəni möhkəmlətmək. Səngərləri möhkəmlətmək.
3. məc. Cismən və ruhən bərkitmək, sağlamlaşdırmaq, qüvvətləndirmək. Vaxtında yemək və istirahət etmək bədəni möhkəmlədən şərtlərdən biridir.
4. məc. Möhkəm etmək, sarsılmaz hala gətirmək; ciddiləşdirmək. İntizamı möhkəmlətmək.
[Rüstəm kişi] briqada və manqaları möhkəmlətdi, uçot işlərini qaydaya saldı. M.İbrahimov.

Antonimlər (əks mənalı sözlər)

  • MÖHKƏMLƏTMƏK MÖHKƏMLƏTMƏK – BOŞALTMAQ Körpə ağacların dibini boşaltmaq yox, möhkəmlətmək lazımdır ki, külək onları kökündən çıxartmasın
MÖHKƏMLƏTMƏ
MÖHKƏMLİK

Digər lüğətlərdə